24 sentyabr 2018, Bazar ertəsi
Ana Səhifə - QARABAĞ - Qarabağda general Movsesə “cəhənnəm silahı” ilə zərbə
Qarabağda general Movsesə “cəhənnəm silahı” ilə zərbə
29.06.2018, 13:39

İyunun 27-də Ermənistanın baş naziri Nikol Paşinyan Avetik Kerobyanı Müdafiə Nazirliyinin Hərbi-sənaye komitəsinin sədri təyin edib. Həmin vəzifəni bundan əvvəl David Paxçanyan tuturdu.

Modern.az xəbər verir ki, Virtualaz.org-un məlumatına görə, informasiya texnologiyaları müəssisələri İttifaqının sədri Karen Vardanyan bu təyinatı müsbət qiymətləndirib. Amma deyib ki, müdafiə sənayesi dərhal Müdafiə Nazirliyinin tərkibindən çıxarılmalıdır. Çünki bu gün ordu hərbi sənayenin inkişafına mane olur, bilərəkdən deyil, sadəcə generallar həmişə əvvəlki müharibənin məntiqi ilə döyüşürlər. “Azərbaycan bizə qarşı İsrail istehsalı olan ən müasir pilotsuz sistemlər tətbiq edir, indi isə Azərbaycanda elə mərhələ yetişib ki, onların ən yeni texnologiyalarla yaradılan daha çox silahları var, bizim generallar isə 2016-cı ilin aprel müharibəsinin silahları ilə döyüşmür”-Vardanyan deyir.

Karen Vardanyan Ermənistan ordusunun rabitə vasitələrinin çatışmaması üzündən apreldə böyük itkilər verdiyini deyb. O bildirib ki, aprel döyüşləri zamanı hətta Ermənistan prezidenti Serj Sərkisyan Dağlıq Qarabağ “ordusunun” baş qərargah rəisi olan general Movses Akopyanla adi mobil rabitə ilə əlaqə saxlayırdı. Və Vardanyan sensasion sayıla biləcək məlumat açıqlayaraq deyib ki, Azərbaycanın pilotsuz kəşfiyyat təyyarəsi Sərkisyanın Akopyanla telefon danışıqlarını qeydə alıb, nəticədə general Movsesin yeri müəyyən olunub.

“Ermənistan prezidenti Dağlıq Qarabağın Baş qərargah rəisi ilə mobil telefonla əlaqə yaratmağa çalışıb, həmin İsrail istehsalı olan pilotsuz təyyarə isə bu telefon danışığını ələ keçirib, Dağlıq Qarabağın hərbi rəisinin olduğu yerə zərbə endiriblər, amma sonuncunun bəxti gətirib və zərbədən yayınıb. Hətta bütün bunlardan sonra həmin adamı Ermənistan silahlı qüvvələrinin Baş qərargah rəisi təyin edirlər və o yenə də  rabitə vasitələrinə əhəmiyyət vermir. Bütün bunlardan sonra belə Ermənistanın yeni hakimiyyəti onu baş hərbi müfəttiş təyin edir. Bu adamın yeri zibillikdir, çünki Movses Akopyan hansı problemlərin olduğunu gördüyü halda iki il ərzində onları həll etməyib. Deməli bu adam orduda qalmalı deyil, xüsusən də baş hərbi müfəttiş vəzifəsində”-Karen Vardanyan qeyd edib.

Vardanyan Azərbaycanla irimiqyaslı müharibənin yaxınlaşması təhlükəsindən narahatlıq ifadə edib. Deyib ki, Azərbaycanın hərbi-sənaye sahəsində Ermənistan üzərində açıq üstünlüyü var: “Biz isə özümüzün dağılıb çürümüş, tapdalanmış yanaşmalarımızla Azərbaycanı təxribata çəkirik ki, bizə hücum etsin”.

2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan ordusunun işğal altındakı Xocavənd rayonu ərazisində general Movses Akopyanın da olduğu qərargaha TOS-1A “Solntsepyok” ağır odsaçan sistemindən zərbə endirdiyi məlumdur. Həmin zərbədən sonra Movses bir neçə gün ortalarda görünmədi, onun öldüyü təxmin edilirdi. 

Lakin daha sonra məlum oldu ki, qərargaha endirilən zərbələrdə ermənilərin bir neçə hərbçisi məhv edilsə də həmin vaxt binanın içərisində olan general Movses və digər yüksək rütbəlilər sağ qalıb. Görünür ona görə ki, qərargaha cəmi 3 raket zərbəsi endirilmişdi və bu zərbələrin hədəfi tam məhv etmək üçün kifayət etdiyi hesablanmışdı. Amma “Solntsepyok” odsaçanının üç termobarik raketi qərargah binasını məhv etmək üçün kifayət etməyib və Movsesin bəxti gətirib.

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Yaşlı qadını döyüb boyunbağısını oğurlayanlar saxlanılıb - FOTO 
24.09.2018, 13:38

Yaşlı qadını döyüb boyunbağısını oğurlayanlar saxlanılıb - FOTO 

Bakının gölməçəli yollarında xarab olan maşınlar - Sürücülər dəymiş ziyanı kimdən tələb etsinlər?
24.09.2018, 13:37

Bakının gölməçəli yollarında xarab olan maşınlar - Sürücülər dəymiş ziyanı kimdən tələb etsinlər?

Millimiz dünya çempionatında dördüncü yeri tutub
24.09.2018, 13:30

Millimiz dünya çempionatında dördüncü yeri tutub

“KTMT-ya qoşulmaq olmaz” - Deputat
24.09.2018, 13:27

“KTMT-ya qoşulmaq olmaz” - Deputat

Qoyun oğruları saxlanılıb
24.09.2018, 13:24

Qoyun oğruları saxlanılıb

Türkiyənin azərbaycanlı deputatı Etimad İsmayılovun ölümündən DANIŞDI    
24.09.2018, 13:21

Türkiyənin azərbaycanlı deputatı Etimad İsmayılovun ölümündən DANIŞDI  

Hava şəraiti ilə bağlı yeni XƏBƏRDARLIQ
24.09.2018, 13:16

Hava şəraiti ilə bağlı yeni XƏBƏRDARLIQ

Kimlər fərdi təhsil ala bilər? - VİDEO
24.09.2018, 13:08

Kimlər fərdi təhsil ala bilər? - VİDEO

Sabah ölkə ərazisində gözlənilən hava PROQNOZU 
24.09.2018, 13:05

Sabah ölkə ərazisində gözlənilən hava PROQNOZU 

Azərbaycanda tütün məlumatlarından istifadəyə görə cərimənin məbləği bəlli olub - EKSKLÜZİV
24.09.2018, 13:02

Azərbaycanda tütün məlumatlarından istifadəyə görə cərimənin məbləği bəlli olub - EKSKLÜZİV

Naqif Həmzəyev baş konsulla görüşdü - FOTO
24.09.2018, 12:53

Naqif Həmzəyev baş konsulla görüşdü - FOTO

Ərdoğandan BMT ilə bağlı islahat TƏKLİFİ
24.09.2018, 12:44

Ərdoğandan BMT ilə bağlı islahat TƏKLİFİ

Polis məşhur oteldəki qətllə bağlı məlumat YAYDI
24.09.2018, 12:38

Polis məşhur oteldəki qətllə bağlı məlumat YAYDI

Avropa Birliyi hərbi gücünü 4 dəfə artıracaq
24.09.2018, 12:30

Avropa Birliyi hərbi gücünü 4 dəfə artıracaq

“İrşad Electronics”in rəhbərinin ölüm səbəbi bilindi - İNTİHAR
24.09.2018, 12:24

“İrşad Electronics”in rəhbərinin ölüm səbəbi bilindi - İNTİHAR

İpoteka kağızları elektronlaşdırılır
24.09.2018, 12:22

İpoteka kağızları elektronlaşdırılır

Lotereya oyunlarının Tiraj komissiyasında üzvlər azaldılır
24.09.2018, 12:17

Lotereya oyunlarının Tiraj komissiyasında üzvlər azaldılır

Deputat bankları dollar krediti olanlara güzəşt etməyə ÇAĞIRDI
24.09.2018, 12:16

Deputat bankları dollar krediti olanlara güzəşt etməyə ÇAĞIRDI

Gədəbəy sakininin evindən marixuana çıxdı  - Foto
24.09.2018, 12:12

Gədəbəy sakininin evindən marixuana çıxdı  - Foto

Gömrükdə əməliyyat: Avtomobildəki gizli yerdən 10 telefon tapıldı - FOTO
24.09.2018, 12:03

Gömrükdə əməliyyat: Avtomobildəki gizli yerdən 10 telefon tapıldı - FOTO

Pekin yenə Vaşinqtondan narazıdır
24.09.2018, 12:01

Pekin yenə Vaşinqtondan narazıdır

Etimad İsmayılovu qətlə yetirən Gözəl Dəmirov barəsində qərar verildi
24.09.2018, 11:59

Etimad İsmayılovu qətlə yetirən Gözəl Dəmirov barəsində qərar verildi

Pravoslav xristianları arasında PARÇALANMA - Moskva bu dəfə “dini zərbə” aldı
24.09.2018, 11:58

Pravoslav xristianları arasında PARÇALANMA - Moskva bu dəfə “dini zərbə” aldı

“Ozmo” və “Tutku” məktəb bufetlərindən niyə yığışdırılmır?
24.09.2018, 11:57

“Ozmo” və “Tutku” məktəb bufetlərindən niyə yığışdırılmır?

DTX və polis Astarada əməliyyat keçirdi
24.09.2018, 11:53

DTX və polis Astarada əməliyyat keçirdi

“Azərsu” Bakı Meriyasının ittihamlarına CAVAB VERDİ   
24.09.2018, 11:52

“Azərsu” Bakı Meriyasının ittihamlarına CAVAB VERDİ  

Əli Məslimlinin təklifini Ziyad Səmədzadə də dəstəklədi
24.09.2018, 11:46

Əli Məslimlinin təklifini Ziyad Səmədzadə də dəstəklədi

“Niyə Bakıda bircə valyutadəyişmə məntəqəsi də yoxdur?” - Deputat cavab TƏLƏB ETDİ   
24.09.2018, 11:42

“Niyə Bakıda bircə valyutadəyişmə məntəqəsi də yoxdur?” - Deputat cavab TƏLƏB ETDİ  

Fədayə Laçın məhkəmədə mahnı oxudu
24.09.2018, 11:41

Fədayə Laçın məhkəmədə mahnı oxudu

Azərbaycanda lotereyalarla bağlı qanun dəyişdirilir   
24.09.2018, 11:31

Azərbaycanda lotereyalarla bağlı qanun dəyişdirilir  

Gələn ilin dövlət büdcəsi Hökumətə təqdim olundu     
24.09.2018, 11:28

Gələn ilin dövlət büdcəsi Hökumətə təqdim olundu    

Vəsilə Vahidqızı: “Biz beynəlxalq uğur hekayələrini ekrana gətirmək istəyirik” - MÜSAHİBƏ   
24.09.2018, 11:25

Vəsilə Vahidqızı: “Biz beynəlxalq uğur hekayələrini ekrana gətirmək istəyirik” - MÜSAHİBƏ  

Bulvarda kişi meyiti tapıldı - FOTO
24.09.2018, 11:24

Bulvarda kişi meyiti tapıldı - FOTO

Deputatdan maraqlı addım - Tələbələrə dərsi Fəxri Xiyabanda keçdi - FOTO
24.09.2018, 11:24

Deputatdan maraqlı addım - Tələbələrə dərsi Fəxri Xiyabanda keçdi - FOTO

"Aqrolizinq" rəhbərliyi Şəkidə vətəndaşlarla görüşüb
24.09.2018, 11:19

"Aqrolizinq" rəhbərliyi Şəkidə vətəndaşlarla görüşüb

ARXİV