Modern.az

Milli Məclis təsdiqlədi: sentyabrın 1-dən yeni şəxsiyyət vəsiqələri veriləcək

Milli Məclis təsdiqlədi: sentyabrın 1-dən yeni şəxsiyyət vəsiqələri veriləcək

Aktual

29 İyun 2018, 13:47

Milli Məclisin iclasında "Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi müddətləri ilə əlaqədar bəzi qanunlarda dəyişikliklər edilməsi haqqında" layihəsi müzakirəyə çıxarılıb.

Modern.az saytının xəbərinə görə, layihə səsə qoyularaq qəbul edilib.

Azərbaycanda 2018-ci ilin sentyabrın 1-dən vətəndaşlara yeni nəsil şəxsiyyət vəsiqələri veriləcək.

Bundan əvvəlki layihədə yeni nəsil şəxsiyyət vəsiqələrinin 2019-cu ilin yanvarın 1-dən veriləcəyi planlaşdırılırdı.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır