Modern.az

Sürücülərin diqqətinə: texniki baxışla bağlı YENİLİK edildi

Sürücülərin diqqətinə: texniki baxışla bağlı YENİLİK edildi

İqtisadiyyat

29 İyun 2018, 14:41

Milli Məclis yol hərəkəti qaydalarının pozulmasına görə inzibati məsuliyyətlə bağlı qanunvericiliyə dəyişiklik edib.

 

Modern.az xəbər verir ki, “Yol hərəkəti haqqında” qanuna edilən dəyişikliyə görə, bundan sonra texniki baxışdan keçməyən avtomobili idarə etməyə görə də kameralar vasitəsilə elektron qərar tərtib olunacaq (indiyə kimi buna görə cərimə yalnız yolda saxlanılaraq yazıla bilər).


Eyni zamanda, qanunda texniki baxış talonu ləğv edilir, bundan sonra sadəcə elektron qeydiyyat aparılacaq.

 

Texniki baxışdan keçməyən avtomobili idarə etməyə görə yalnız sürücü cərimələnəcək. Buna görə vəzifəli şəxsin və hüquqi şəxsin məsuliyyəti ləğv olunur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır