Modern.az

Jurnalist Natiq Cavadlının qızı Türkiyə universitetinə qəbul olundu  

Jurnalist Natiq Cavadlının qızı Türkiyə universitetinə qəbul olundu   

29 İyun 2018, 15:15

Tanınmış jurnalist Natiq Cavadlının qızı Ayçiçək Cavadlı Türkiyədə verdiyi imtahanda yüksək bal toplayaraq, tələbə adını qazanıb.

N.Cavadlı Modern.az-a bildirib ki, qızı Sivas şəhərindəki Cümhuriyyət Universitetinin tibb fakültəsinə qəbul olunub.

Onun sözlərinə görə, Ayçiçək Türkiyənin 11 universitetinə imtahan verib.

“Hələlik ikisinin cavabı məlumdur. Tibb fakültəsilə yanaşı, kompüter mühəndisliyini də qazanıb. Digərlərinin də cavabı önümüzdəki günlərdə açıqlanacaq. Amma çox güman ki, tibb fakültəsini seçəcək”,-deyə N.Cavadlı bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq