Modern.az

1058 şagird buraxılış imtahanına gəlmədi, 3 nəfər qovuldu

1058 şagird buraxılış imtahanına gəlmədi, 3 nəfər qovuldu

29 İyun 2018, 18:53

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 27-də Gəncə, Lənkəran, Naftalan, Şəki, Sumqayıt şəhərlərində, Abşeron, Ağdam, Ağsu, Astara, Bərdə, Biləsuvar, Daşkəsən, Goranboy, Göygöl, İmişli, Kürdəmir, Oğuz, Qəbələ, Saatlı, Sabirabad, Şabran, Şamaxı, Samux, Tərtər, Xaçmaz, Yevlax və Zərdab rayonlarında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan (IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada keçirdiyi buraxılış imtahanlarının nəticələrini açıqlayıb.

Modern.az xəbər verir ki,  IX sinif üzrə imtahanda iştirakı gözlənilən 39554 şagirddən 1058 nəfəri imtahana gəlməyib. 3 nəfər imtahan qaydalarını pozduğu üçün imtahandan xaric edilib.

 XI sinif üzrə imtahanda iştirakı gözlənilən 30528 şagirddən 1030 nəfəri imtahana gəlməyib. 23 nəfər qaydaları pozduğu üçün imtahandan xaric edilib.

 Qeyd olunub ki, buraxılış imtahanlarının nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb. Apelyasiya Komissiyası Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə küçəsi, 28 ünvanında (keçmiş Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir. Şagirdlər Apelyasiya Komissiyasına 2 və 3 iyul tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır