Modern.az

Milli Məclisin yaz sessiyasında qəbul etdiyi yeni qanun layihələri - SİYAHI

Milli Məclisin yaz sessiyasında qəbul etdiyi yeni qanun layihələri - SİYAHI

Parlament

30 İyun 2018, 10:27

Dünən – iyunun 29-da  Milli Məclisin sonuncu növbədənkənar plenar iclası keçirilib. Dünənki növbədənkənar iclasla Milli Məclisin yaz sessiyası ərzindəki fəaliyyətinə yekun vurulub.

 

Modern.az-ın məlumatına görə, yaz sessiyası ərzində parlament bir neçə yeni qanun layihəsini qəbul edib və bəzi qanunlara dəyişiklikləri qəbul edib.

 

Yaz sessiyası ərzində Milli Məclisdə qəbul olunan yeni qanun layihələri aşağıdakılardır:

 

1.“Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Konstitusiya qanununun layihəsi;

2. “Azərbaycan Respublikasının Dövlət  gerbi haqqında” Konstitusiya qanununun layihəsi;

3. “Azərbaycan Respublikasının Dövlət himni haqqında” Konstitusiya qanununun layihəsi;

4. “Azərbaycan Respublikasında Dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” qanun layihəsi;

5. “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi;

6. “Hesablama Palatası haqqında” qanun layihəsi;

7. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi;

8. “Peşə təhsili haqqında” qanun layihəsi;

9. "Məşğulluq haqqında" Azərbaycan Respublikası qanununun layihəsi;

10. "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi;

 

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.

İyun ayında Milli Məclisin 2 növbədənkənar  iclası (12 və 29 iyun) keçirilib.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı