Modern.az

Bu gün Bakıda 120 ilin  REKORD istisi qeydə alındı 

Bu gün Bakıda 120 ilin  REKORD istisi qeydə alındı 

Ölkə

1 İyul 2018, 17:15

Bu gün Bakıda və Abşeron yarımadasında bütün instrumental müşahidə dövrü ərzində (120 il) rekord temperatur göstəricisi qeydə alınıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Milli Proqnozlar Bürosundan Modern.az-a verilən məlumata görə, 1 iyul tarixində Bakıda və Abşeron yarımadasında 43-44 dərəcə temperatur qeydə alınıb. 

Bundan əvvəl rekord göstərici Bakı üçün 2017-ci ilin avqust ayında 41,6 dərəcə müşahidə edilib. Bu gün qeyd olunan temperatur həm iyul ayı üçün, həm də bütün yay mövsümü üçün rekord temperaturdur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar