Modern.az

Milli Məclisin illərdir qəbul edə bilmədiyi qanun layihələri...  

Milli Məclisin illərdir qəbul edə bilmədiyi qanun layihələri...   

2 İyul 2018, 09:53

Artıq Milli Məclisin yaz sessiyası öz işini tamamlayıb. Geridə qoyduğumuz bu dövr ərzində Milli Məclisdə bir sıra qanunlar qəbul edildi, bəzi sənədlərə isə əlavə və dəyişikliklər edildi.  Amma bəzi qanun layihələri var ki, Milli Məclis onları illərdir qəbul edə bilmir.

 

Modern.az saytı Milli Məclisin illərdir qəbul edə bilmədiyi qanun layihələrini təqdim edir.

 

Qəbulu gecikdirilən qanun layihələrindən biri Rəqabət Məcəlləsidir. Məcəllə  2006-cı ildə Prezident tərəfindən Milli Məclisə təqdim edilib.

Qanun layihəsi parlamentdə iki oxunuşdan keçsə də, hələ ki 3-cü oxunuşa təqdim edilməyib. Dəfələrlə bu qanun layihəsinin qəbulu üçün parlamentdə məsələ qaldırılıb. Hətta Rəqabət Məcəlləsinin qəbul olunmasının vacibliyi “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” ölkə Prezidentinin 2016-cı il 13 iyul tarixli sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planında da öz əksini tapıb.

 

Qəbulu gecikdirilən digər sənəd "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsidir. Qanun layihəsi 27 maddədən ibarətdir. “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi ictimai müzakirələrdə dəfələrlə qalmaqala səbəb olub. Xüsusilə sənəddə yer alan “surroqat ana” məsələsinə cəmiyyətdən sərt təpki gəlib. Və "surroqat ana" müddədi etirazlara səbəb olduğundan, o bənd layihədən çıxarılıb. Sənəd indiyədək bir neçə dəfə dəyişikliyə məruz qalıb. Və nəhayət ki, sənədin yekun variantı artıq  hazırdır. Qanun layihəsinin müzakirəsi parlamentin payız sessiyasının işlər planına daxil edilməsi gözlənilir.

Qeyd edək ki, "Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsinin müzakirəsi milli mentalitetə uyğun gəlməməsi səbəbindən bir neçə dəfə təxirə salınıb. Layihədə narazılıq yaradan əsas məsələlərdən biri ekstrokorporal mayalanma üçün donorluğun tətbiqi ilə bağlı idi.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi