Modern.az

\"ASAN Xidmət\"ə yeni mətbuat katibi təyin olundu

\

3 İyul 2018, 11:27
"Lider" televiziyasının Xəbərlər Departamentinin redaksiya rəhbəri Elnur Niftəliyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (ASAN xidmət) yeni mətbuat katibi təyin olunub. Modern.az Eurasia Diary-ə istinadən xəbər verir ki, Elnur Niftəliyev məlumatı təsdiqləyib.
 
 
Qeyd edək ki, qurumun bundan əvvəlki mətbuat katibi Anar Hüseynov olub.
 
 
Elnur Niftəliyev 2004-cü ildə Elm Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin jurnalistika fakültəsinin bakalavr, 2006- cı ildə isə Bakı Dövlət Universitenin jurnalistika fakültəsinin magistr təhsil pillələrini fərqlənmə diplomları ilə bitirib. 2006-2009-cu illərdə BDU-nun Jurnalistika fakültəsinin əyani aspirantı olub. 2000-cil ildən etibarən müxtəlif mətbu orqanlarda və televiziya kanallarında jurnalist kimi fəaliyyət göstərib. 2004-2006-cı illərdə «Azad Azərbaycan» Teleradio şirkətində “Son Xəbər” proqramında müxbir vəzifəsində çalışıb. 2006-cı ildən «Lider» TV və Radio Azərbaycan Məhdud Məsuliyyətli Cəmiyyətində müxbir, aparıcı, prodüser vəzifələrində çalışıb. 2013-cü ildən həmən televiziyada Xəbərlər Departamentində redaksiya rəhbəri vəzifəsində çalışıb.


Filologiya üzrə fəlsəfə doktorudur. Ailəlidir, üç övladı var.
 
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir