Modern.az

Pakistan Azərbaycandan meyvə almaq İSTƏYİR

Pakistan Azərbaycandan meyvə almaq İSTƏYİR

Aktual

3 İyul 2018, 14:02

Pakistanın "Rawalpindi Chamber of commerce and İndustry" (RCCİ) Sənaye və Ticarət Palatasının təşkilatçılığı ilə Pakistan-Azərbaycan biznes forumu keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu sözləri Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand bu gün keçirilən mətbuat konfransında deyib.

 

Səfir bildirib ki, məqsəd iki ölkə arasında ticarət əlaqələrini inkişaf etdirməkdir: “Düşünürəm ki, bu forum Azərbaycan üçün faydalı olacaq”.

 

Sənaye və Ticarət Palatasının sədri Zahid Latif Xanın sözlərinə görə, forumda iştirak etmək üçün Pakistandan 450-dən çox tekstil, kimya, plastik, mebel, qida, konstruksiya və digər sahələr üzrə ticarət nümayəndələri Azərbaycana gəlib:

“Azərbaycan və Pakistan biznesinin nümayəndələri arasında görüşlər təşkil edilərək gələcək sərmayə planları müzakirə olunacaq”. Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk üç ölkədən biri olduğunu vurğulayan Z. L. Xan qeyd edib ki, Pakistan bir çox sahədə Azərbaycanla əməkdaşlığa maraqlıdır: “Pakistanda olmayan meyvələri Azərbaycandan ala bilərik”-deyə o əlavə edib.

 

Daha sonra çıxış edən RCCİ-nin keçmiş prezidenti Sohail Altaf forumun iki ölkə arasında sənaye, turizm və digər sahələrdə əlaqələrin inkişafı məqsədini daşıdığını söyləyib. O, forumdan sonra investisiya, biznes, iqtisadiyyat sahələrində irəliləyişlərin əldə ediləcəyinə inandığını bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!