18 dekabr 2018, Çərşənbə
Ana Səhifə - PARLAMENT - Deputatlar Mingəçevir İES-də baş verən hadisədən şübhələnirlər: “Bəlkə təxribat olub...”  
Deputatlar Mingəçevir İES-də baş verən hadisədən şübhələnirlər: “Bəlkə təxribat olub...”  
03.07.2018, 17:12

İyulun 3-nə keçən gecə Mingəçevir İstilik Elektrik Stansiyasında (İES) qəza baş verib. Nəticədə stansiyanın enerji bloklarından birinin fəaliyyəti dayanıb və ölkə ərazisində ciddi enerji problemi yaranıb. Hazırda qəzanın səbəbləri araşdırılır.

Mingəçevir İES-də baş verən hadisə ilə bağlı  Energetika Nazirliyi və “Azərenerji” ASC  birgə rəsmi məlumat yayıblar.

Rəsmi məlumatda bəyan edilib ki, qəza havaların kəskin isti keçməsi ilə əlaqədar olaraq elektrik enerjisinə tələbatın ciddi şəkildə artması (təqribən 40 faiz) və elektrik avadanlıqlarının istismarında açılmalar nəticəsində baş verib.

Prezident baş vermiş hadisənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədi ilə “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyası yaradıb.

 

Milli Məclisin deputatları bu dəfə Modern.az-a Mingəçevir İES-də baş verən hadisə  barədə danışıblar.

 

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib ki, dünyanın hər yerində belə hadisələr olur:

“Son günlər Azərbaycanda havalar çox isti keçir. Mingəçevir də isti olan yerdir. Hadisəyə səbəb kimi müəyyən qısaqapanma, problem ola bilər. Son vaxtlar demək olar ki, Azərbaycanda elektrik enerjisi ilə bağlı problem yoxdur. Məsələlər kifayət qədər yüksək səviyyədə həll edilir. Cənab prezident də Mingəçevirdə baş verən hadisə ilə əlaqədar Dövlət Komissiyası yaratdı. Həmin komissiya və hüquq mühafizə orqanları hadisənin başvermə səbəblərini dərindən araşdıracaqlar. Bu hadisədir, ola bilər. İndi elə Qubadan gəlirəm, orada da tempratur yüksəkdir. Təxminən 45-46 dərəcə isti var”.

Deputat bildirib ki, hadisə baş verəndən sonra çoxlu ittihamlar irəli sürülür:

““Azərenerji”nin sistemi ilə mənim azdan-çoxdan tanışlığım var. Mən baş nazirin birinci müavini olan zaman o sistemlə işləmişəm. Orada tədbirlər görülür. İlk növbədə hadisənin səbəblərini araşdırmaq lazımdır. Araşdırmalar olmasa, hər hansı ittihamlar irəli sürmək olmaz. Biz müharibə şəraitində olan dövlətik. Bizdə belə hadisələrin qarşısı çox ciddi şəkildə alınmalıdır. Cavabdeh olan orqanlar da buna cavab verməlidir. Araşdırmalar ciddi aparılmalıdır. Çünki belə hadisələr həm iqtisadi, həm də siyasi cəhətdən dövlətə müəyyən ziyan vurur”.
 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas xatırladıb ki, 2002-ci ildə də belə bir hadisə baş verib:

“İndi də belə bir hadisə baş verib. Bu, dünyanın hər yerində olacaq bir şeydir. Ancaq məsələ ondadır ki, belə hadisələrə hər zaman hazır olmaq lazımdır. Bundan nəticə çıxarmaq lazımdır. Möhtərəm prezident tərəfindən artıq Mingəçevirdə baş verən hadisə ilə bağlı komissiya yaradılıb. Komissiya hadisənin baş vermə səbəblərini araşdıracaq. Kim də bu işdə məsuliyyət daşıyırsa, cəzalandırılacaq. Adamı cəzalandırmaqla iş bitmiş sayılmır. Sadəcə, iş elə qurulmalıdır ki, belə bir hadisə təkrarlanmasın”.

Deputat qeyd edib ki, Azərbaycan müharibə şəraitində yaşayan dövlətdir:

“Ölkədə işıq da, transformator  partalaya bilər. Bir neçə il bundan əvvəl İrkutskda da elektrik stansiyası partlamışdı. Hətta həmin stansiyanı 1 il müddətinə düzəldə bilmədilər. Nə qədər də adam həyatını itirmişdi. Mingəçevirdə baş verən hadisə ilə bağlı ciddi tədbirlər görülməlidir. Belə hadisələr insanlarda panika, qorxu yaradır. Həm də olmaz axı ki, erməni də həmin vaxt hücum edə bilər. Hesab edirəm ki, araşdırmalardan sonra hadisənin başvermə səbəbləri hamıya bəlli olacaq”.

 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli dəfələrlə Mingəçevir su anbarı da daxil olmaqla digər su anbarları barədə müəyyən qədər qəza vəziyyəti barədə daim xəbərdarlıqların olduğunu  qeyd edib.

“Bəndlərdə betonun yuyulması, sızma halları var. Bunun nəticəsində də müəyyən qəza hadisələri baş verə bilər. Bunlar eyni zamanda sovet dövründə qurulmuş elektrik şəbəkəsi sistemidir. Müəyyən qədər nasazlıqların olması barədə məlumatlar var. Hesab edirəm ki, belə hadisələrin qarşısının alınması üçün tədbirlər görülməlidir. Mütləq avadanlıqlar dəyişdirilməlidir. Azərbaycanın da buna iqtisadi imkanı çatır. Beynəlxalq standartlara uyğun  transformatorlar qurulmalıdır. Bunu Mingəçevir, Şirvan  və digər su elektrik stansiyalarında da etmək lazımdır”.
 

Deputat bildirib ki,  Mingəçevir İES-də baş verən hadisə  son 10 ilin ən böyük qəzalarından biridir:

“Çünki adətən belə olmayıb ki, bütün ölkə ərazisində elektrik enerjisinin verilməsi dayandırılsın. Hədsiz dərəcədə məlumatlar var ki, məişət avadanlıqları, soyuducu, kondisioner və s. qurğular sıradan çıxıb. Deməli, ortada ziyanlıq var. Həmçinin, dövlət mülkiyyətinə ziyan dəyib. Bununla yanaşı, əhaliyə maddi ziyan dəyib. Kütləvi ziyan varsa, bunun üçün məsuliyyət də var. Düşünürəm ki, müvafiq orqanlar, prokurorluq birgə araşdırmalar aparmalıdır. Çünki biz dəqiq bilmirik ki, hadisə hansı səbəbdən baş verib. Bəlkə təxribat olub və ya çox ciddi aşınmalar olub... Hər halda ziyan ortadadır. Əhali nə qədər həyəcan yaşayıb. Ölkə ərazisində belə qaranlığın olması nəticəsində xeyli oğurluq hadisələri, cinayət törədilə bilərdi. Ona görə də bu çox ciddi bir məsələdir. Araşdırmalardan sonra, mütləq günahkarlar cəzalarını almalıdlr".


Mirmahmud KAZIMOĞLU
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
İsrail parlamentində ermənilərin saxta diplomları ilə bağlı həyəcan
18.12.2018, 20:44

İsrail parlamentində ermənilərin saxta diplomları ilə bağlı həyəcan

“Mercedes” yük maşınına çırpıldı
18.12.2018, 20:28

“Mercedes” yük maşınına çırpıldı

ABŞ yeni hərbi qurum yaradır
18.12.2018, 20:17

ABŞ yeni hərbi qurum yaradır

Azərbaycanın mobil operatoru öz smartfonunu buraxır
18.12.2018, 20:04

Azərbaycanın mobil operatoru öz smartfonunu buraxır

Sumqayıtda əmək yarmarkası keçirilib - FOTO
18.12.2018, 19:59

Sumqayıtda əmək yarmarkası keçirilib - FOTO

Köməksiz qalan azyaşlı xilas edildi
18.12.2018, 19:57

Köməksiz qalan azyaşlı xilas edildi

Əhalinin banklarda 8 milyarddan çox əmanəti var
18.12.2018, 19:46

Əhalinin banklarda 8 milyarddan çox əmanəti var

Polad Bülbüloğlu yenidən sədr seçildi
18.12.2018, 19:41

Polad Bülbüloğlu yenidən sədr seçildi

“Azerspace-2” telekommunikasiya peyki sınaq orbitinə çatıb
18.12.2018, 19:32

“Azerspace-2” telekommunikasiya peyki sınaq orbitinə çatıb

Bakıda masaj salonu fahişəxana çıxdı - Sahibi həbs olundu
18.12.2018, 19:24

Bakıda masaj salonu fahişəxana çıxdı - Sahibi həbs olundu

Azərbaycanla Gürcüstan arasında enerji sahəsində memorandum imzalandı
18.12.2018, 19:19

Azərbaycanla Gürcüstan arasında enerji sahəsində memorandum imzalandı

Tanınmış klarnet ifaçısı vəfat etdi - FOTO
18.12.2018, 19:12

Tanınmış klarnet ifaçısı vəfat etdi - FOTO

Müdafiə Nazirliyinin rəhbər heyətinin toplanışı keçirilib - FOTO
18.12.2018, 19:01

Müdafiə Nazirliyinin rəhbər heyətinin toplanışı keçirilib - FOTO

Azərbaycan xarici ölkələrlə yorulmadan işləyəcək - Hikmət Hacıyev
18.12.2018, 18:53

Azərbaycan xarici ölkələrlə yorulmadan işləyəcək - Hikmət Hacıyev

Elmar Məmmədyarov səfirləri bir araya topladı - FOTOLAR
18.12.2018, 18:40

Elmar Məmmədyarov səfirləri bir araya topladı - FOTOLAR

Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir - FOTOLAR
18.12.2018, 18:30

Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir - FOTOLAR

Konstitusiya Məhkəməsi Ali Məhkəmənin daha bir qərarını ləğv ETDİ
18.12.2018, 18:26

Konstitusiya Məhkəməsi Ali Məhkəmənin daha bir qərarını ləğv ETDİ

Azərbaycandan Türkiyə universitetlərinə attestatla qəbul dayandırılır - RƏSMİ SƏNƏD
18.12.2018, 18:20

Azərbaycandan Türkiyə universitetlərinə attestatla qəbul dayandırılır - RƏSMİ SƏNƏD

Abel Məhərrəmovun səfir oğlu mükafatlandırıldı - FOTOLAR
18.12.2018, 18:08

Abel Məhərrəmovun səfir oğlu mükafatlandırıldı - FOTOLAR

Qənirə Paşayeva Türkiyədə özəl ödülə layiq görülüb
18.12.2018, 18:04

Qənirə Paşayeva Türkiyədə özəl ödülə layiq görülüb

Rövşən Rzayev köçkünləri qəbul etdi
18.12.2018, 17:53

Rövşən Rzayev köçkünləri qəbul etdi

Deputatdan sosial şəbəkələrlə bağlı ÇAĞIRIŞ: “…dərhal ölçü götürülməlidir!”   
18.12.2018, 17:45

Deputatdan sosial şəbəkələrlə bağlı ÇAĞIRIŞ: “…dərhal ölçü götürülməlidir!”  

Manatın sabahkı MƏZƏNNƏSİ
18.12.2018, 17:16

Manatın sabahkı MƏZƏNNƏSİ

Prezident icra başçısı ilə bağlı sərəncam imzaladı   
18.12.2018, 17:05

Prezident icra başçısı ilə bağlı sərəncam imzaladı  

2018-ci ilin ən yadda qalan HADİSƏLƏRİ
18.12.2018, 16:53

2018-ci ilin ən yadda qalan HADİSƏLƏRİ

Gənclər Evində Avropa Həmrəylik Korpusunun açılış tədbiri oldu
18.12.2018, 16:39

Gənclər Evində Avropa Həmrəylik Korpusunun açılış tədbiri oldu

Azərbaycanın qətnaməsi BMT-də qəbul edildi 
18.12.2018, 16:38

Azərbaycanın qətnaməsi BMT-də qəbul edildi 

Masallıda “Mercedes” yandı
18.12.2018, 16:36

Masallıda “Mercedes” yandı

ABŞ diplomatı ADU-nun “Səfir saatı”nda tələbələrlə görüşdü
18.12.2018, 16:21

ABŞ diplomatı ADU-nun “Səfir saatı”nda tələbələrlə görüşdü

Tahir Salahovun əsərləri dünya inciləri sırasında yer alır
18.12.2018, 16:08

Tahir Salahovun əsərləri dünya inciləri sırasında yer alır

Bu il sahibkarlara 145 milyon manat güzəştli kredit verilib 
18.12.2018, 16:06

Bu il sahibkarlara 145 milyon manat güzəştli kredit verilib 

XXI əsrin qadını ilk kitabını Azərbaycana həsr edib   
18.12.2018, 16:04

XXI əsrin qadını ilk kitabını Azərbaycana həsr edib  

Prezident: “5 milyondan çox vətəndaş hər il pulsuz tibbi müayinədən keçir”
18.12.2018, 15:55

Prezident:5 milyondan çox vətəndaş hər il pulsuz tibbi müayinədən keçir

Daha 263 şəhidin vərəsəsinə birdəfəlik ödəniş verildi
18.12.2018, 15:43

Daha 263 şəhidin vərəsəsinə birdəfəlik ödəniş verildi

Bakıda avtomobillə vurulan piyada digər avtomobilin altında qaldı
18.12.2018, 15:37

Bakıda avtomobillə vurulan piyada digər avtomobilin altında qaldı

Rusiya-Azərbaycan gənclər forumu öz işinə başlayıb 
18.12.2018, 15:21

Rusiya-Azərbaycan gənclər forumu öz işinə başlayıb 

AQTA media nümayəndələri üçün təlimə start verib
18.12.2018, 15:20

AQTA media nümayəndələri üçün təlimə start verib

Ermənistan ordusunun zabiti əsgəri güllələdi
18.12.2018, 15:16

Ermənistan ordusunun zabiti əsgəri güllələdi

Bu il 151 fermerə 10 milyon manat aqrar kredit verilib
18.12.2018, 15:15

Bu il 151 fermerə 10 milyon manat aqrar kredit verilib

Prezident və birinci xanım Milli İncəsənət Muzeyindəki açılışda - YENİLƏNİB  
18.12.2018, 15:14

Prezident və birinci xanım Milli İncəsənət Muzeyindəki açılışda - YENİLƏNİB  

Deputat və tarixçidən Araz Əlizadəyə CAVAB: “Əhməd Cavadla bağlı bu müzakirə yersizdir!”   
18.12.2018, 15:08

Deputat və tarixçidən Araz Əlizadəyə CAVAB: “Əhməd Cavadla bağlı bu müzakirə yersizdir!”  

Çöl quşlarını kənd toyuğu kimi satmaq istəyən saxlanıldı
18.12.2018, 15:05

Çöl quşlarını kənd toyuğu kimi satmaq istəyən saxlanıldı

Bu il dünyada 80 jurnalist öldürülüb - HESABAT   
18.12.2018, 14:56

Bu il dünyada 80 jurnalist öldürülüb - HESABAT  

Orta məktəbdən yeniyetmələr arasındakı bıçaqlanma ilə bağlı AÇIQLAMA
18.12.2018, 14:53

Orta məktəbdən yeniyetmələr arasındakı bıçaqlanma ilə bağlı AÇIQLAMA

Şaxta baba uşaq bağçasında öldü   
18.12.2018, 14:49

Şaxta baba uşaq bağçasında öldü  

“BP-Azerbaijan” Energetika Nazirliyi ilə Memorandum imzaladı
18.12.2018, 14:44

“BP-Azerbaijan” Energetika Nazirliyi iMemorandum imzala

“…müəllimlərin maaşı artırılmalıdır!” - TƏKLİF
18.12.2018, 14:38

“…müəllimlərin maaşı artırılmalıdır!” - TƏKLİF

“Şagirdləri bu qədər yükləmək olmaz!” - Milli Məclisdə təhsil PROBLEMLƏRİ qaldırıldı   
18.12.2018, 14:28

“Şagirdləri bu qədər yükləmək olmaz!” - Milli Məclisdə təhsil PROBLEMLƏRİ qaldırıldı  

İki nəfəri xəncərlə hədələyib pullarını aldılar - BAKIDA
18.12.2018, 14:27

İki nəfəri xəncərlə hədələyib pullarını aldılar - BAKIDA

“Ümumi təhsil haqqında” qanun layihəsi birinci oxunuşdan keçdi
18.12.2018, 14:25

“Ümumi təhsil haqqında” qanun layihəsi birinci oxunuşdan keçdi

ARXİV