Modern.az

Elmar Vəliyevi güllələyən şəxsin FOTOSU yayıldı

Elmar Vəliyevi güllələyən şəxsin FOTOSU yayıldı

4 İyul 2018, 09:11

Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevə silahlı hücum edən Yunus Səfərovun fotosu yayılıb. 
Modern.az xəbər verir ki, onun Rusiya Federasiyasının vətəndaşı olduğu bildirilir. 

Məlumatda qeyd olunur ki, Y.Səfərov əslən Gəncə şəhərindən olsa da, bir neçə ildir ki, Rusiyada yaşayır.

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətlərindən Modern.az-a daxil olan məlumata görə, cinayəti törədən 1983-cü ildə Gəncə şəhərində anadan olan Yunis Səfərov dərhal həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutularaq tərksilah edilib.

 

Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanılaraq prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir