Modern.az

Pakistan səfiri azərbaycanlı iş adamlarına çağırış etdi

Pakistan səfiri azərbaycanlı iş adamlarına çağırış etdi

Aktual

4 İyul 2018, 15:05

“Burada biz tariximizin yeni səhifəsini açırıq. Biz 1996-cı ildə Azərbaycanda fəaliyyətə başlamışıq”.

Modern.az xəbər verir ki, bu sözləri Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand deyib:

“Bizim prezidentlərimiz və baş nazirlərimiz Azərbaycana gəliblər. Həmçinin Azərbaycanın keçmiş prezidenti Heydər Əliyev 1 dəfə Pakistana gəlib. Hazırki prezident İlham Əliyev isə bir neçə dəfə Pakistanda səfərdə olub”.

Səfir bildirib ki, ötən il Türkiyə və Azərbaycan arasında həyata keçirilən Bakı-Tbilisi-Qars dəmiryolu xətti çox önəmli layihədir.

“Bu dəmir yolu xətti Azərbaycan-Pakistan arasında olan ticarət əlaqələrinin inkişafına öz töhəsini verəcək. Azərbaycanlı iş adamlarına səslənirəm ki, Pakistana sərmayə qoysunlar. Bu bizim iki tərəfli münasibətlərimizə müsbət təsir edəcək”.

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar