Modern.az

ABŞ-ın müvəqqəti işlər vəkili ölkəsinin Müstəqillik günündə mühüm mesajlar verdi

ABŞ-ın müvəqqəti işlər vəkili ölkəsinin Müstəqillik günündə mühüm mesajlar verdi

Aktual

4 İyul 2018, 19:27

ABŞ-ın Azərbaycandakı səfirliyi ölkəsinin Müstəqilliyinin elan olunmasının 242-ci ildönümü ilə əlaqədar rəsmi qəbul təşkil edib.

 

Modern.az-ın xəbərinə görə, ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Uilyam R. Qil tədbirdə çıxış edərək ölkəsinin müstəqillik tarixindən danışıb.

 

O bildirib ki, 242 il sonra da ABŞ 1776-cı ildə başlatdığı yolla irəliləməkdə qətiyyətlidir.

 

U. Qil Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə də toxunub: “Həm ABŞ, həm Azərbaycan xalqı bilir ki, tarixi və əsas dəyərləri ehtiramla yad etmək bizə cəmiyyət olaraq davam etmək istədiyimiz yolu müəyyənləşdirməyə imkan verir. ABŞ müstəqil, sabit, çiçəklənən Azərbaycanı dəstəkləməyə davam edir və əminəm ki, birgə işləyərək yaxşı gələcək qura bilərik və quracağıq".

 

Tədbirdə çıxış edən maliyyə naziri Samir Şərifov isə Azərbaycan  hökuməti adından ABŞ xalqını müstəqillik günü münasibətilə təbrik edib. O qeyd edib ki, ikitərəfli əlaqələr iki dövlətin  maraqları çərçivəsində inkişaf edir: "Bu gün Azərbaycan ABŞ-ın həyata keçirdiyi beynəlxalq antiterror fəaliyyətinə dəstək verir. ABŞ da öz növbəsində Azərbaycanın iştirakı ilə həyata keçirilən enerji layihələrinə həmişə güclü dəstək ifadə edir. Azərbaycan  tərəfi Donald Trampın ölkəmizə münasibətini və ABŞ-ın Azərbaycandakı böyük enerji layihələrinin reallaşdırılmasına dəstəyini yüksək qiymətləndirir. Biz ABŞ-la əməkdaşlığın gələcəkdə daha güclənəcəyinə əminik. Azərbaycan prezidenti İlham Əliyevin dediyi kimi biz Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün ATƏT-in həmsədri kimi ABŞ-ın səylərinə  böyük  ümid bəsləyirik”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar