Modern.az

Xüsusi xidmət Serj Sarkisyanın qardaşını və qardaşı oğlunu belə apardı - VİDEO  

Xüsusi xidmət Serj Sarkisyanın qardaşını və qardaşı oğlunu belə apardı - VİDEO   

5 İyul 2018, 08:56

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları keçmiş prezident Serj Sarkisyanın qardaşı Aleksandrın evində təxminən 8 saat axtarış aparıblar.

Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, ötən axşam aparılan axtarışlar başa çatdıqdan sonar Aleksandr Sarkisyan və onun oğlu Ayk Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıblar.

 
Milli Təhlükəsizlik Xidmət hələlik bu xüsusi əməliyyatın yekunları barədə məlumat verməyib.

Qeyd edək ki, bundan öncə Ermənistanın Baş Prokurorluğu keçmiş prezident Serj Sarkiyanın qardaşı oğluna qarşı cinayət işini bərpa eetmişdi.

 

Ayk Sarkisyan adam öldürməyə təşəbbüsdə ittiham edilir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi