Modern.az

Nazir Bakı şəhərinin Təhsil İdarəsini ona tapşırdı - ƏMR  

Nazir Bakı şəhərinin Təhsil İdarəsini ona tapşırdı - ƏMR  

Təhsil

5 İyul 2018, 10:11

Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir vəzifəsinin icrası təhsil nazirinin yeni müavini Məhəbbət Vəliyevaya həvalə edilib.


Bu barədə Modern.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.


Qeyd edək ki, Məhəbbət Vəliyeva Bakı şəhərində anadan olub.


1990-cı ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji  Rus dili və Ədəbiyyatı İnstitutunu Rus dili və ədəbiyyatı müəllimi ixtisası üzrə bitirib. 


1991-2003-cü illərdə Səbail rayonu 190 nömrəli tam orta məktəbdə müəllim, 2003-2008-ci illərdə “XXI əsr” Ümumtəhsil Mərkəzində təlim-tərbiyə işləri üzrə direktor müavini, 2008-2014-cü illərdə akademik Zərifə Əliyeva adına liseyin direktoru vəzifəsində çalışıb.


2001-ci ildə “İlin ən yaxşı müəllimi” Respublika müsabiqəsinin qalibi olub.


Azərbaycan Respublikası  Prezidentinin 2008-ci il 25 sentyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adına layiq görülüb.


2014-2015-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, 2015-2018-ci illərdə BŞTİ-nin müdiri vəzifələrində çalışıb.


Azərbaycan Prezidenti İlham Əliyevin 27 iyun 2018-ci il tarixli sərəncamı ilə  təhsil nazirinin müavini vəzifəsinə təyin edilib.


Psixologiya üzrə fəlsəfə doktorudur.


YAP Nəsimi Rayon Təşkilatı Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür.


Ailəlidir, 2 övladı var.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!