Modern.az

Diasporla İş üzrə Dövlət Komitəsində təqdimatlar gerçəkləşdi - FOTOLAR  

Diasporla İş üzrə Dövlət Komitəsində təqdimatlar gerçəkləşdi - FOTOLAR   

5 İyul 2018, 13:51

Azərbayan Respublikasının Diasporla İş Üzrə Dövlət Komitəsinin yaradılmasının 16-cı ildönümü qeyd olunub.

Modern.az xəbər verir ki, komitənin kollektivi saat 10:00-da Fəxri xiyabanda görkəmli dövlət xadimi Heydər Əliyevin xatirəsini yad edib, məzarı üstünə əklil və gül dəstələri qoyublar.
Daha sonra oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarı ziyarət edilib və üzərinə gül dəstələri qoyulub.


Diasporla İş üzrə Dövlət Komitəsində davam edən tədbirdə qurumun sədri Fuaf Muradov diaspor sahəsində dövlət siyasəti, görülən işlər, diaspor hərəkatına yeni yanaşmalar və planlar barədə məlumat verib.

Dövlət başçısının müvafiq sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunan diaspor nümayəndələrinə medallar təqdim edilib.


Komitənin yeni loqosunun, yenilənmiş veb-saytının, ilk dəfə yaradılan diaspor xəritəsinin təqdimatı keçirilib.

Bildirilib ki, diaspor hərəkatını xarakterizə edən 100 videorolik hazırlanır, tədbir zamanı onların bir neçəsi nümayiş olunub.


Qeyd  olunub ki, Diasporla İş üzrə Dövlət Komitənin himni də hazırlanıb və himn ilk dəfə təqdim olunub.


Tədbirdə Komitənin əməkdaşları, bəzi diaspor təşkilatlarının rəhbərləri və nümayəndələri, media təmsilçiləri iştirak edib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir