20 noyabr 2018, Çərşənbə
Ana Səhifə - İQTİSADİYYAT - Pirverdiyev utanıb istefa verəcəkmi?..
Pirverdiyev utanıb istefa verəcəkmi?..
05.07.2018, 15:54

İyulun 4-də Prezident İlham Əliyevin yanında ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar keçirilən müşavirədə “Azərenerji” rəhbəri Etibar Pirverdiyev də hesabat verib.

 

E.Pirverdiyev öncə baş verən qəza ilə əlaqədar Prezidentdən və Azərbaycan xalqından üzr istəyib. Daha sonra 15 il ərzində enerji sektorundakı inkişafdan danışmaq istəyib.

Prezident İlham Əliyev isə E.Pirverdiyevin sözünü kəsərək bildirib:

- Biz bilirik son 15 ildə nələr görülüb. Sən qəzanın səbəblərini de. Nə üçün ölkəni qaranlıq bürümüşdü?

E.Pirverdiyev qəzaya səbəbin enerji sərfiyyatının artımı ilə əlaqələndirib:

- İyun ayında gündəlik elektrik istehsalını götürdükdə görürük ki, ayın əvvəlində 50-55 milyon arası enerji sərfiyyatı olub, son bir həftədə isə bu rəqəm 70-75 milyona çatmışdır...

Prezident onun sözünü kəsərək, deyib:

- Bu, qəzanın səbəbi ola bilməz. Bəziləri bunu isti hava ilə əlaqələndirirlər. Bizdən də daha isti ölkələr var, orda belə qəzalar baş vermir. Baş verəndə isə ölkələrin enerji sistemi çökmür. Qəza baş verə bilər və qəzanın fəsadlarının aradan qaldırılması prosesi aparılmalıdır və aparılır. Ancaq bir qəzaya görə bütün ölkənin enerji sisteminin çökməsi böyük səhvdir, yumşaq desək. Bizim kifayət qədər enerji gücümüz var. Biz hazırda xarici ölkələrə elektrik enerjisi ixrac edirik. İsti havalarla bağlı istehlakın artması qəza səbəbi ola bilməz. Qəzanın səbəblərini komissiya araşdıracaq. Siz isə sadəcə olaraq, utanmalısınız – xalq qarşısında, ölkə qarşısında. İnsanlara bu qədər əziyyət vermisiniz isti havada. Metroda qalanlar, qocalar, uşaqlar, qadınlar, xəstələr, liftlərdə qalanlar... İqtisadiyyata nə qədər böyük ziyan vurmusunuz. Təkcə Neft Şirkətinin ziyanını hesablasaq, görərik, ölkəyə nə qədər  iqtisadi ziyan dəyib. Mən bu sahəyə bu qədər investisiya ayırmışam. Dövlət investisiya proqramında hər il bu məqsədlə böyük vəsait ayrılır, yeni elektrik stansiyaları tikilir. Hazırda Şimal-2 ES tikilməkdədir. Son 15 ildə 30 stansiya tikilib. Elə bir sistem qurulmalı idi ki, bir qəzaya görə ölkənin enerji sektoru çökməsin. Nə üçün Bakıda, Sumqayıtda və s. şəhərlərdəki elektrik stansiyaları qəza baş verəndə fəaliyyət göstərmir? Bunun səbəbləri haqda danışmalısınız, bunun izahatını verməlisiniz. Qəza səbəbi kimi istiliyin göstərilməsi məni qane edə bilməz.

Bir daha deyirəm, Yaqub Eyyubov və bütün komissiya üzvləri, məsələni ciddi araşdırmaq lazımdır, hamı fəal işləməlidir və qısa müddət ərzində birinci, xüsusilə ikinci qəzanın səbəbləri haqda mənə məruzə edilməlidir”.


Ölkə başçısının bu irdalarından sonra əksəriyyət Etibar Pirverdiyevin istefa verməsini gözləyirdi. Amma gözlənilən reallaşmadı...

 

“Günahkar təkcə Etibar Pirverdiyev deyil...”

 


Konstitusiya Araşdırmaları Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev Modern.az
-a bildirib ki, Azərbaycanda istefa mədəniyyəti yoxdur:

“Prezident İlham Əliyevin haqlı iradlarından sonra istefalar olmalı idi. Bu vəzifəyə məsul olan şəxslərin vəzifələrinin öhdəsindən gələ bilmədiklərinə görə istefa verməsi normal görünə bilərdi. Təəssüf ki, bizim məmur sistemində belə ənənə yoxdur. Cənab prezident enerji fəlakətilə bağlı çıxışında da bildirdi ki, qəza zamanı ölkənin enerji sistemi çökdü. Ayrı-ayrı hissələrdə qəza baş verə bilər, amma bu, ölkənin enerji sistemini çökdürməməli idi. Hər il investisiya proqramlarında ölkənin enerjilə təmin edilməsi istiqamətində əhəmiyyətli addımlar atılmış, yeni stansiyalar tikilmiş, ölkənin enerji gücü artmışdı. Bu halda suallar yaranır ki, hara gedir yatırılan vəsait?! Bu qədər vəsait ayrılmasına rəğmən, avadanlıqlar niyə hələ də köhnədir?! Yəqin bu suallara qəzayla bağlı yaradılan komissiya cavab verəcək. Və komissiyanın ilkin rəyində də artıq ciddi surətdə qüsurların meydanda olması görünür.

 

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bundan əvvəl də qeydə alınmış çatışmazlıqların aradan qaldırılması ilə bağlı göstəirşlərin yerinə yetirilmədiyini bildirdi. Eyni zamanda, Baş prokurorun açıqlaması da bu sahədə düzgün idarəçilik olmadığını göstərir. Baş vermiş hadisə ilə əlaqədar “yanğın təhlükəsizlik qaydalarını pozma”, “vəzifədən sui-istifadə etmə” və “səhlənkarlıq” maddələri ilə cinayət işi qaldırılıb. Araşdırmaların nəticələrindən asılı olaraq mənimsəmə faklarının da işə əlavə ediləcəyi gözləniləndir. Burda təkcə “Azərenerji” rəhbəri yox, digərləri də məsuliyyət daşıyır. Ayrılan vəsaitin mənimsənilməsi və işə bu qədər səhlənkar yanaşılması bir nəfərin işi deyil. Mingəçevir İES rəhbərliyindən tutmuş daha yuxarılaradək hamısı məsuliyyət daşıyır. Etibar Pirverdiyevlə bağlı açıqlananlar onun üçün ilkin məsuliyyət yaradır. İnvestisiyalarla bağlı araşdırmalardan sonra ortaya nələr çıxacaq, bunu sonrakı etapda görəcəyik.

Qeyd edim ki, bundan əvvəl də bir neçə dəfə Mingəçevir İE”-in 6-cı blokunda  problemlər  yaranmışdı”.

 

Etibar Pirverdiyev “yeni stansiyalar açılır” deməklə “oynayırmış”

 

Hüquqşünas ölkə başçısının qəzayla bağlı yaratdığı Komissiyanın tərkibinə diqqət çəkib:

“Qəza ilə bağlı komissiya yaradılması yerində qərardır. Komissiyanın tərkibinə kimlərin daxil olması ilə bağlı yalnız vəzifələr göstərilmişdi. Düşünürəm ki, bu da vəzifədən göndərilənlərin olacağına bir işarədir...

Cənab prezident Komissiyaya tədbirlər planının hazırlanması göstərişini verdi. Bütün bunlardan belə çıxır ki, indiyədək dövlət tərəfindən ayrılan vəsaitlərə və göstərilən dəstəyə baxmayaraq, “Azərenerji” “yeni stansiyalar açılır”, yeni stansiyalar istifadəyə verilir” və s. deməklə “oynayırmış”.

Birinci gün qəza oldu, anladıq. Bəs ikinci gün niyə təkrarlandı?! Bu, olmamalı idi. Bəzi dövlət qurumları qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı peşəkar fəaliyyət göstərdi. Prezidentin də qeyd etdiyi kimi, insanlar bu vəziyyətdə təmkinlərini qorudular.

Qəzanın nəticələri dərindən araşdırmalıdır. Təxribatın olub-olmaması da nəzərə alınmalıdır.


Fizika İnstitutunun direktoru Nazim Məmmədovun açıqlamasında qəzaya çox ciddi səbəblərin olduğu görünür.

Bütün dünyada enerjinin tətbiqi, işlənməsi o qədər yenilənib ki, hər hansı qəza zamanı onun genişmiqyaslı olmaması təmin edilir. İES-də açılma sistemi işləməyib, 1 ton mazut tökülüb və yanıb. Sonra digər hissələrə də keçib. Buna səhlənkarlıq demək azdır. Düşünürəm ki, minlərlə insanın məruz qaldığı əziyyətə sadəcə səhlənkarlıq demək azdır.

Cənab prezidentin də dediyi kimi, istilərin qəzaya səbəb kimi göstərilməsi gülünc versiyadır. Onda iqlimi bizdən isti olan ölkələr alışıb-yanmalıdır. Burada daha ciddi səbəblər var. Ümumilikdə bu sektora cavabdeh olan şəxslər - təkcə Etibar Piriverdiyev deyil, digərləri də məsuliyyətə cəlb edilməlidirlər. Kimlər ki, investisiya proqramlarını təsdiqləyirdilər, hansı səbəbdən buna diqqət etməyiblər? Qərarların icrasına nəzarət edənlər hara baxıblar? Suallar çoxdur. Cavablar isə araşdırmalardan sonra bəlli olacaq”.


Gülşən RAUFQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Salyanda piyada yol qəzasının qurbanı oldu
20.11.2018, 00:19

Salyanda piyada yol qəzasının qurbanı oldu

Qarakənd faciəsinin 27 ildir çözülməyən müəmması
20.11.2018, 00:08

Qarakənd faciəsinin 27 ildir çözülməyən müəmması

Azərbaycan nefti bahalaşıb
19.11.2018, 23:51

Azərbaycan nefti bahalaşıb

Leyla Əliyeva Moskvada Nəsiminin büstünün açılışında - FOTOLAR
19.11.2018, 23:39

Leyla Əliyeva Moskvada Nəsiminin büstünün açılışında - FOTOLAR

“Bizə heç bir maneə ola bilməz” – Qurban Qurbanov
19.11.2018, 23:20

“Bizə heç bir maneə ola bilməz” – Qurban Qurbanov

Almaniya Səudiyyə Ərəbistanına silah ixracını dayandırıb
19.11.2018, 23:11

Almaniya Səudiyyə Ərəbistanına silah ixracını dayandırıb

“İran-Azərbaycan münasibətlərini heç kim poza bilməz” - Ruhani
19.11.2018, 22:55

“İran-Azərbaycan münasibətlərini heç kim poza bilməz” - Ruhani

Trampdan Pakistana qarşı ağır ifadələr
19.11.2018, 22:36

Trampdan Pakistana qarşı ağır ifadələr

Tovuzdakı qəzada iki nəfər ağır xəsarət aldı
19.11.2018, 22:23

Tovuzdakı qəzada iki nəfər ağır xəsarət aldı

Azərbaycanda Belarus dərmanlarının buraxılışı üzrə birgə müəssisə yaradıla bilər
19.11.2018, 22:11

Azərbaycanda Belarus dərmanlarının buraxılışı üzrə birgə müəssisə yaradıla bilər

İlham Əliyev: “Belarusla ticari-iqtisadi sahədə yaxşı perspektivlər və nəticələr var”
19.11.2018, 21:58

İlham Əliyev: “Belarusla ticari-iqtisadi sahədə yaxşı perspektivlər və nəticələr var”

Kanadanın Rusiyadakı səfirliyinə hücum oldu
19.11.2018, 21:37

Kanadanın Rusiyadakı səfirliyinə hücum oldu

Bakıda xurmada Aralıq dənizi meyvə milçəyi aşkarlandı - FOTO
19.11.2018, 21:23

Bakıda xurmada Aralıq dənizi meyvə milçəyi aşkarlandı - FOTO

İlham Əliyev: “Azərbaycan üçün Belarus mehriban dost və etibarlı tərəfdaşdır”
19.11.2018, 21:10

İlham Əliyev: “Azərbaycan üçün Belarus mehriban dost və etibarlı tərəfdaşdır”

“Azərbaycanı favorit sayıram” – Rəqib baş məşqçi
19.11.2018, 20:57

“Azərbaycanı favorit sayıram” – Rəqib baş məşqçi

Ukrayna İnterpola üzvlüyünü dayandırır
19.11.2018, 20:45

Ukrayna İnterpola üzvlüyünü dayandırır

Bərdə sakini çəlləkdən avtomobil hazırlayıb - VİDEO
19.11.2018, 20:32

Bərdə sakini çəlləkdən avtomobil hazırlayıb - VİDEO

Ədliyyə orqanlarının kadr korpusu komplektləşdirilir
19.11.2018, 20:18

Ədliyyə orqanlarının kadr korpusu komplektləşdirilir

Bərdədə mikroavtobus minik maşını ilə toqquşdu: Yaralılar var
19.11.2018, 20:06

Bərdədə mikroavtobus minik maşını ilə toqquşdu: Yaralılar var

Bu ölkənin prezidenti itkin düşüb
19.11.2018, 19:56

Bu ölkənin prezidenti itkin düşüb

İlham Əliyevin Belarusa səfəri başa çatdı - FOTO
19.11.2018, 19:51

İlham Əliyevin Belarusa səfəri başa çatdı - FOTO

Bakıda narkotiklə mübarizəyə dair sessiya keçirilir - Nazir və generallar bir arada + Fotolar
19.11.2018, 19:46

Bakıda narkotiklə mübarizəyə dair sessiya keçirilir - Nazir və generallar bir arada + Fotolar

MMS və SMS ləğv olunacaq
19.11.2018, 19:39

MMS və SMS ləğv olunacaq

Bakı-Sumqayıt yolunda maşın piyadanı vurub öldürdü - Foto
19.11.2018, 19:28

Bakı-Sumqayıt yolunda maşın piyadanı vurub öldürdü - Foto

Ağsuda kolları məhv edən şəxs 32 min manat cərimələndi
19.11.2018, 19:15

Ağsuda kolları məhv edən şəxs 32 min manat cərimələndi

Ədəbiyyat üzrə yeni Nobel Komitəsi yaradıldı
19.11.2018, 19:01

Ədəbiyyat üzrə yeni Nobel Komitəsi yaradıldı

Putinlə Ərdoğan görüşüb
19.11.2018, 18:50

Putinlə Ərdoğan görüşüb

Sabah Bakının bu rayonlarında qaz olmayacaq
19.11.2018, 18:39

Sabah Bakının bu rayonlarında qaz olmayacaq

Azərbaycan yığması yenə uduzdu
19.11.2018, 18:28

Azərbaycan yığması yenə uduzdu

Əfqanıstanın Azərbaycandakı yeni səfiri Bakıya gəlib
19.11.2018, 18:22

Əfqanıstanın Azərbaycandakı yeni səfiri Bakıya gəlib

Ramiz Mehdiyev Qriqorian kilsəsinin Səfəvilər dövlətinə qarşı casusluğundan YAZDI
19.11.2018, 18:13

Ramiz Mehdiyev Qriqorian kilsəsinin Səfəvilər dövlətinə qarşı casusluğundan YAZDI

Dövlət Komitəsinin rəhbərliyi Nyu-Yorkda görüşlər keçirib - FOTO
19.11.2018, 18:09

Dövlət Komitəsinin rəhbərliyi Nyu-Yorkda görüşlər keçirib - FOTO

Azərbaycan Belarusdan yeni silahlar alacaq
19.11.2018, 18:03

Azərbaycan Belarusdan yeni silahlar alacaq

Nazirlik 136 minə yaxın ağac paylayıb
19.11.2018, 17:43

Nazirlik 136 minə yaxın ağac paylayıb

Mətbuat Şurasından jurnalistin ölümü ilə bağlı NEKROLOQ
19.11.2018, 17:26

Mətbuat Şurasından jurnalistin ölümü ilə bağlı NEKROLOQ

Paşinyan QƏZƏBLƏNDİ: “Hamı bizim maraqlarımızla hesablaşacaq”
19.11.2018, 17:18

Paşinyan QƏZƏBLƏNDİ: “Hamı bizim maraqlarımızla hesablaşacaq”

Manat və dolların sabahkı məzənnəsi
19.11.2018, 17:12

Manat və dolların sabahkı məzənnəsi

Doktorant və dissertantlar imtahan verdilər
19.11.2018, 16:55

Doktorant və dissertantlar imtahan verdilər

Putinin iştirakı ilə “Türk Axını”nın açılışı olub
19.11.2018, 16:54

Putinin iştirakı ilə “Türk Axını”nın açılışı olub

Ağsu sakini təbiətə 32 min manat ziyan vurdu
19.11.2018, 16:44

Ağsu sakini təbiətə 32 min manat ziyan vurdu

Bir ailənin 3 üzvü dəm qazından zəhərləndi - XƏTAİDƏ
19.11.2018, 16:39

Bir ailənin 3 üzvü dəm qazından zəhərləndi - XƏTAİDƏ

Azərbaycan-Belarus sənədləri imzalandı - YENİLƏNİB
19.11.2018, 16:35

Azərbaycan-Belarus sənədləri imzalandı - YENİLƏNİB

Prezidentlər bəyanat verdilər
19.11.2018, 16:22

Prezidentlər bəyanat verdilər

Azərbaycan və Rusiya jurnalistləri arasında memorandum imzalandı
19.11.2018, 16:20

Azərbaycan və Rusiya jurnalistləri arasında memorandum imzalandı

İlham Əliyev: “Azərbaycan və Belarus arasında əməkdaşlıq tamamilə yeni səviyyəyə çatıb”
19.11.2018, 16:01

İlham Əliyev: “Azərbaycan və Belarus arasında əməkdaşlıq tamamilə yeni səviyyəyə çatıb”

Avropa Birliyi və Böyük Britaniya Brexit-lə bağlı RAZILAŞDI
19.11.2018, 15:56

Avropa Birliyi və Böyük Britaniya Brexit-lə bağlı RAZILAŞDI

Aqrar Tədqiqatlar Mərkəzinin media üçün təqdimatı olub
19.11.2018, 15:50

Aqrar Tədqiqatlar Mərkəzinin media üçün təqdimatı olub

391 dərslik, 154 müəllim... - DİM monitorinqin nəticələrini AÇIQLADI
19.11.2018, 15:46

391 dərslik, 154 müəllim... - DİM monitorinqin nəticələrini AÇIQLADI

Renault-Nissan-Mitsubishi alyansının prezidenti həbs olundu
19.11.2018, 15:45

Renault-Nissan-Mitsubishi alyansının prezidenti həbs olundu

Tələbələr pulsuz müayinə olunacaq
19.11.2018, 15:45

Tələbələr pulsuz müayinə olunacaq

ARXİV