Modern.az

Azərbaycanda günəş və küləkdən enerji almağa 60 milyon manat  yatırılıb - Bəs NƏTİCƏ varmı?

Azərbaycanda günəş və küləkdən enerji almağa 60 milyon manat  yatırılıb - Bəs NƏTİCƏ varmı?

6 İyul 2018, 13:59

Bu vaxtadək dövlət tərəfindən Azərbaycandakı günəş və külək elektrik stansiyası üzrə layihələrə 60 milyon manatdan çox vəsait qoyulub.

Modern.az saytı AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) sədr müavini Cəmil Məlikov deyib.

O qeyd edib ki, indiyədək dövlət tərəfindən 56 milyon manat günəş, 6 milyon manat isə külək elektrik stansiyaları üzrə layihələrə ayrılıb.


C.Məlikovun sözlərinə görə, hazırda Azərbaycanın enerji balansında alternativ və bərpaolunan enerji mənbələrindən (ABOEM) istifadənin payı 9 faizdir.

O bildirib ki, Azərbaycanın enerji balansında alternativ və bərpaolunan enerji mənbələrindən istifadənin payının 2020-ci ilədək 20 faizə çatdırılması nəzərdə tutulur.
2020-ci ilə qədər ölkədə 420 meqavat qoyuluş gücü olan 7 külək, 7 günəş və 9 bio enerji stansiyasının quraşdırılması planlaşdırılır.


C.Məlikov bildirib ki, Azərbaycandakı külək elektrik stansiyalarının (KES) gücü hazırda 60 meqavatdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi