20 fevral 2019, Çərşənbə
Ana Səhifə - ƏDƏBİYYAT - Akif Əli - Nə qədər ayıb!
Akif Əli - Nə qədər ayıb!
06.07.2018, 16:37

Akif ƏLİ,
Yazıçı-publisist,
Fəlsəfə doktoru           

           
Mingəçevirdəki Elektrik Stansiyasında baş verən qəza nəticəsində Bakı və Gəncə də daxil olmaqla respublikanın 39 şəhər və rayonunda elektrik enerjisi kəsildi. Hadisəyə dərhal reaksiya verən Azərbaycan Respublikasının Prezidenti qəzanın səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədi ilə Dövlət Komissiyasının yaradılması barədə Sərəncam imzaladı. Bütün aidiyyatı qurumlar ən qısa vaxtda  problemi aradan qaldırmaq üçün səfərbər oldular.

           
Əlbəttə, qəzadan heç bir ölkə sığortalanmayıb, dünyanın hər yerində təbii fəlakətlər, daşqınlar, uçqunlar, dağıntılar, təxribatlar, yanğınlar olur və dövlət mübarizəyə qalxır. Hər ölkə fəlakətə bir cür münasibət bəsləyir. Hər xalq öz ağrısını eyni cür qarşılamır. Ağıllı tərzdə, səbrlə, təmkinlə, sakit və soyuqqanlı davrananlar da olur, panikaya düşən, təlaş içində gur emosional reaksiya verən cəmiyyətlər də. Dünyanın müxtəlif fəlakət zonalarından baxdığımız və oxuduğumuz reportajlarda nizamlı-intizamlı şəkildə xilasedicilərə yardıma qoşan toplumları da görmüşük, başılovlu qara-qışqırıq sala-sala, təlaş içində əl-ayağa dolaşıb işə mane olan kütlələri də. Hərəsinin davranışı o cəmiyyətin yetginlik dərəcəsinin, həyat tərzinin, tarixən keçdiyi mədəni-intellektual inkişafının göstəricisidir. Eyni zamanda həmin davranışları tənzimləyən rəsmi idarəetmə strukturlarının səriştəsini, dövlətin ictimai-siyasi təngini, iqtisadi gücünü, potensial imkanlarını ortaya qoyur ekstremal situasiyalar. Bir sözlə, bu gör-götür dünyasında öyrənməli çox şey var... 

           
Mingəçevirdə baş verən qəza nəticəsində Bakının və bölgələrin enerji təminatında, su təchizatında yaranan fasilələri əhalimiz anlayışla qarşılayıb dözüm, müdriklik göstərdi.

           
Fəqət o  gərgin məqamda, başqa bir hadisə insanları silkələdi: Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsd olmuşdur! Enerji sahəsində yaranmış qeyri-ordinar hadisə kimi, bu cinayət informasiyası da bir göz qırpımında gündəmi zəbt etdi. Yenə internet portallarında, saytlarda, sosial şəbəkələrdə, şəxsi bloq və səhifələrdə ən müxtəlif təfəkkür məhsulu olan yalan-doğru informasiyalar bir-birini itələyə-itələyə, bir-birini təkzib edə-edə oxucuların üstünə gəldi. Hərə bir söz yazdı, hərə bir fikir dedi, hərə öz versiyasını paylaşdı. Bəzən hətta məsuliyyətsizcəsinə, narahatlığa əsas yoxdur, adi kriminal hadisədir, deyənlər oldu. Hər macalda dövlət qulluqçularına, hakimiyyət nümayəndələrinə, sadə zəhmətkeş məmur təbəqəsinə haqlı-haqsız hücuma keçənlər yenə ruhlanaraq qulduru az qala qəhrəman simasında göstərməyə, ona bəraət qazandırmağa çalışdılar. Onun “haqq elədiyini” əsaslandırmağa, mübarizə aparan bir “eloğlu” obrazı yapmağa səy etdilər. 

           
Əslində narahatçılığa, özü də çox böyük narahatçılığa əsas var idi! Söhbət heç də adi kriminal hadisədən deyil, qeyri-adi cinayət əməlindən, pis bir presedentin baş verdiyindən gedirdi: Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinə silahlı hücum olmuşdu! Yenicə 100 illiyini qeyd etdiyimiz Demokratik Respublikanın ilk paytaxtı qədim Gəncənin müasirləşməsində, yenidən qurulub  gözəlləşməsində, daha da abadlaşmasında böyük xidmətləri olan İcra Hakimiyyətinin başçısına silahlı basqın edilmiş,  ağır cinayət törədilmişdi! Ali dövlət orqanı təmsilçisinə qarşı həyata keçirilən bu “samosud” (özbaşınalıq) aktını dəyərləndirmək üçün hadisəyə  xüsusi münasibət zəruri idi. Kimsə kimisə sevməyə bilər, konfliktdə ola bilər. Ancaq hüquqi dövlətdə hər hansı şikayət, narazılıq faktının kriminal küçə razborkaları yolu ilə həll edilməsi nonsensdir. Bunun üçün yuxarı instansiyalar var, məhkəmə var, müvafiq dövlət və hökumət strukturları, hüquq-mühafizə orqanları var... Odur ki,  polisin yaxaladığı silahlı quldur barədə ictimai fikrə adekvat obraz təlqin etmək, onun mütləq qanun qarşısında cavab verəcəyini, layiqli cəzasını alacağını söyləmək, dövlət məmuruna əl qaldırmağın yolverilməz olduğunu demək və belə əməlləri qətiyyətlə pisləmək labüddür. Kriminal olayın əhəmiyyətini azaltmağa çalışmaq dövlət təfəkküründən uzaq düşüncənin təzahürüdür. Heç bir dövlətin yaxın buraxmadığı bu sayaq pis presedentin yaranmasına, az qala terrorun ört-basdır edilməsinə rəvac vermək deməkdir.  

           
Bir sözlə, təəssüf ki, caninin əməli sözügedən bəzi sosial şəbəkəçilərin əlində dəstəvuza çevrildi. Virtual aləmdə fəallıq göstərən və kimliyi, hardan yayıldığı bilinməyən hünərvər oxşarları onun təhrifli anti-obrazını yaratmağa çalışdılar. Sən demə “məmurun qənimi” - “xalqın mənafeyini düşünənlərdən” imiş! Hətta əlində tapança dinin, imamın  təəssübünü də çəkirmiş! Üstəlik qana susamış adama insan hüquqları naminə “qaşın üstündə qan var” demək olmazmış! Dövlət qulluqçusunu isə güllə-barana tutmaq halal  imiş… və s. və i. belə-belə cəfəngiyyatlar.     

           
Bu nə təfəkkür, necə düşüncə tərzidir!

           
Vaxtilə elə həmin sosial şəbəkələrdə, saytlarda, portallarda, bloq və səhifələrdə dövlətə qulluq edən məmurların haqq-nahaq tənqid atəşinə tutulmasına, ən adi, əhəmiyyətsiz bir sözü şişirdib az qala milli xəyanət  şəklində təqdim edilməsinə, tərbiyəsiz üsullarla təhqir olunmasına,  aşağılanmasına susan, göz yuman, yaxud gizlində “əlini-əlinə sürtüb” sevinən, bəlkə də hətta rəvac verən “çoxbilmişlərin” mediaya aşıladıqları “tezislər” sonradan o kriminal təfəkkürlü söyüşcüllər dəstəsi tərəfindən eynən şişirdilərək “konseptual” vərdişə çevrildi. Laqeyd müşahidələr fonunda tədricən hücumlar xırda məmurlardan iri məmurlara keçdi, ölkə daxilindən yurddışına çıxdı, görəvlilər vaxtında susqunluq göstərdiyi üçün iri məmurlardan nəhayət, ölkə rəhbərliyinə doğru uzandı. Hətta Ulu öndərə, Dövlət başçısına və onun ailəsinə qarşı nalayiq ifadələr işlədən “söyüş çetesinin” formalaşmasına səbəb oldu. Milləti heç də yaxşı cəhətdən xarakterizə etməyən belə üzdəniraq rüsvayçı əməlləri tək biz yox, bütün Avropa da gördü…  

           
Hüquq-mühafizə orqanlarının yaydığı məlumatdan bilindi ki, Gəncə İcra Hakimiyyətinin başçısına silah tuşlayan adi küçə xuliqanı yox, qatı residivist imiş. Bu cinayət əməlindən əvvəl də o, dövlət qulluqçusuna hücum edib, polisin silahını oğurlayıb qaçıb, axtarışda olub, cəzadan yayınıb və indi qayıdıb ilk fürsət düşən kimi daha böyük vəzifəli dövlət adamına – Prezidentin səlahiyyətli nümayəndəsinə basqın edib. Özü də şəhərin mərkəzində, İcra Hakimiyyəti binasının qarşısında, insanların gur olduğu yerdə belə təhlükəli əməl törətmək üçün adi xuliqanlıq “kifayət etməz”, bunun üçün adamda ən qatı cinayətkarlara xas azğınlıq və zorakılıq psixologiyası olmalıdır. Demək, o heç də adi krim-hadisə törətməmişdi, düşünülmüş planlı şəkildə qanunsuz əməl etmiş,  dövlət nümayəndəsinə hücuma vərdişli olaraq xüsusi amansızlıqla ağır cinayət törətmişdi. Dünyanın heç bir ölkəsində heç bir dövlət belə kriminal şəxsin özbaşınalığını əhəmiyyətsiz kimi təfsir etməz. Axı böyük bir şəhərin İcra başçısı işsiz-gücsüz sıra nəfəri deyil ki, küçədə gədələrlə adi kriminal “razborka” iştirakçısı olsun… Belə məntiqsiz-məsuliyyətsiz düşüncə nə qədər ayıb!

           
Cinayət və cəza bəşəri problemdir. Kriminal cəmiyyət daxilində elə bir əməldir ki, onun adisi, yaxud mürəkkəbi olmaz, hər cinayətin qarşısı dərhal və qanunun bütün sərtliyi ilə alınmalıdır. Hər cinayətin uyğun cəzası var. Hər əməlin adekvat cavabı var. Hər dövlət  çalışır ki, vətəndaşı özünü ölkədə güvənli sansın və dövlətinə, dövlət başçısına  arxalansın. Əks halda cəmiyyətdə xaos törənər, dövlətçilik dağılar, ölkə əldən gedər... Avropada, Amerikada polisin hətta ən elementar “dur” işarəsini  belə yerinə yetirməyən sıravi vətəndaşla necə sərt davranıldığını görmüşük. O ki ola böyük vəzifə sahibinə silahlı hücum…

           
Təsadüfi deyil ki, Azərbaycan Prezidenti də məhz bu bəşəri mülahizələrə görə dərhal Gəncədə baş vermis hadisəni şəxsi nəzarətinə götürüb müvafiq tapşırıqlar verib.  Çünki söhbət məhz qeyri-adi cinayət əməlindən gedirdi!

           
Tarixilik baxımından çox qısa bir müddət ərzində dirçəlib ayağa qalxan, güclənib möhkəmlənən, regionda ən qüdrətli orduya, ən inkişaf etmiş iqtisadiyyata malik olan müstəqil Azərbaycan dövlətinin sabitliyi onun stabil inkişafının rəhnidir. Dövrədəki  düşmənlər təbii, bu sabit inkişaf tempini sinirə bilməz. Onlar ötənlərin vəzirov-mütəllibov-axcçi əyyamlarında olduğu kimi, iradəsiz, səriştəsiz iqtidarlar görmək və bulanıq suda balıq tutmaq sevdası ilə yenidən xaos yaratmağa, qarşıdurmaya nail olmağa çalışacaqlar. Hər fürsət düşdükcə dövləti sarsıtmaq üçün, hökumətin dayanıqlığını dağıtmaq üçün, xalq-iqtidar birliyini pozmaq üçün min cür fitnə-fəsada əl atacaqlar... Və atırlar da…

           
Ancaq indiki Azərbaycan kimlərinsə xiffətini çəkdiyi o dönəmlərdən fəqli olaraq hər hansı məkrli düşmənin, pisniyyətli təxribatçının, residiv kriminal ünsürün qarşısında aciz qalan ölkə deyil. İndi qətiyyətli iradə sahibi olan, müstəqil siyasət yeridən, yüksək bacarıqlı Dövlət başçısı tərəfindən idarə olunan mövcud iqtidar hər bir qəza olayını dərhal aradan qaldırmağa, onun baş vermə səbəblərini araşdırmağa və günahkarı layiqincə cəzalandırmağa qadir hakimiyyətə malikdir. Ölkədə milli-mənəvi dəyərlərə əsaslanan daxili sabitliyi, davamlı inkişafı qoruyub saxlamaq isə hamıdan və hər kəsdən baş verən olaylara həssas münasibət tələb edir.

5.07.2018


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
İran Avrasiya İttifaqına qoşulur - SƏBƏB, YENİLƏNİB
20.02.2019, 01:05

İran Avrasiya İttifaqına qoşulur - SƏBƏB, YENİLƏNİB

Rusiyadan  ABŞ-a ittiham
20.02.2019, 00:52

Rusiyadan  ABŞ-a ittiham

Prezidentin qardaşı hakim qarşısına çıxarıldı
20.02.2019, 00:33

Prezidentin qardaşı hakim qarşısına çıxarıldı

“Səbail” klubu 2400 manat cərimələndi
20.02.2019, 00:13

“Səbail” klubu 2400 manat cərimələndi

42 il ölmüş kimi qeydiyyatda olan qadın danışdı - VİDEO
19.02.2019, 23:59

42 il ölmüş kimi qeydiyyatda olan qadın danışdı - VİDEO

Bu ölkədə 16 terrorçu zərərsizləşdirildi
19.02.2019, 23:41

Bu ölkədə 16 terrorçu zərərsizləşdirildi

Yanğında 7 uşaq öldü
19.02.2019, 23:28

Yanğında 7 uşaq öldü

Astaradakı “Yanar bulaq” palçıq püskürdü - VİDEO
19.02.2019, 23:14

Astaradakı “Yanar bulaq” palçıq püskürdü - VİDEO

Terror təşkilatının lideri Türkiyədə komaya düşdü
19.02.2019, 22:59

Terror təşkilatının lideri Türkiyədə komaya düşdü

Azərbaycanda münaqişəli ailələrin sayı artır
19.02.2019, 22:41

Azərbaycanda münaqişəli ailələrin sayı artır

Cavanşir Feyziyev: “Kimliyindən asılı olmayaraq hər kəs qanun qarşısında cavabdehdir”
19.02.2019, 22:31

Cavanşir Feyziyev: “Kimliyindən asılı olmayaraq hər kəs qanun qarşısında cavabdehdir”

Türkiyə hərbçiləri S-400 təlimlərinə başlayıb
19.02.2019, 21:56

Türkiyə hərbçiləri S-400 təlimlərinə başlayıb

12 nəfər qar uçqunu altında qalıb
19.02.2019, 21:38

12 nəfər qar uçqunu altında qalıb

Qubada “Prado” aşdı: 2 nəfər kömək gözləyir
19.02.2019, 21:24

Qubada “Prado” aşdı: 2 nəfər kömək gözləyir

“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT PA-da fikirlər səsləndiriləcək” - Bahar Muradova
19.02.2019, 21:10

“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT PA-da fikirlər səsləndiriləcək” - Bahar Muradova

Musa Urudun ingilis dilində şeirlər kitabı çap edildi
19.02.2019, 20:57

Musa Urudun ingilis dilində şeirlər kitabı çap edildi

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunda müzakirə
19.02.2019, 20:49

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunda müzakirə

Pakistan Hindistanı dialoqa çağırır
19.02.2019, 20:38

Pakistan Hindistanı dialoqa çağırır

Poçt bağlamalarına 30 faiz vergi qoyuldu
19.02.2019, 20:28

Poçt bağlamalarına 30 faiz vergi qoyuldu

“Avropa İttifaqı Azərbaycanla nəqliyyat sahəsində əməkdaşlıqda maraqlıdır” - Henrik Hololey 
19.02.2019, 20:16

“Avropa İttifaqı Azərbaycanla nəqliyyat sahəsində əməkdaşlıqda maraqlıdır” - Henrik Hololey 

Avstriya ilə iqtisadi əlaqələr müzakirə edildi
19.02.2019, 20:01

Avstriya ilə iqtisadi əlaqələr müzakirə edildi

Ağstafada 2 saylı məktəbdə ana dili günü qeyd olunub
19.02.2019, 19:26

Ağstafada 2 saylı məktəbdə ana dili günü qeyd olunub

Bakıda bu yollarda tıxac var - Rəsmi XƏBƏRDARLIQ
19.02.2019, 19:14

Bakıda bu yollarda tıxac var - Rəsmi XƏBƏRDARLIQ

“O, ölkədən qaçmaq niyyətindədir”- ADU-dan Kamal Abdulla ilə bağlı ittihamlara CAVAB
19.02.2019, 19:02

“O, ölkədən qaçmaq niyyətindədir- ADU-dan Kamal Abdulla ilə bağlı ittihamlara CAVAB

TAP layihəsi 85 faizdən çox icra olunub
19.02.2019, 18:25

TAP layihəsi 85 faizdən çox icra olunub

Netanyahu Putinlə görüşəcək
19.02.2019, 18:09

Netanyahu Putinlə görüşəcək

Muzey ziyarətləri üçün onlayn bilet almaq mümkün olacaq
19.02.2019, 18:01

Muzey ziyarətləri üçün onlayn bilet almaq mümkün olacaq

200 köçkün ailəsinə yeni mənzillər verildi - FOTOLAR
19.02.2019, 17:58

200 köçkün ailəsinə yeni mənzillər verildi - FOTOLAR

Ötən ildən axtarışda olan şəxs saxlanıldı
19.02.2019, 17:54

Ötən ildən axtarışda olan şəxs saxlanıldı

Məmmədyarov Avropa Komissiyasının rəsmisi ilə müzakirə apardı
19.02.2019, 17:38

Məmmədyarov Avropa Komissiyasının rəsmisi ilə müzakirə apardı

Rövşən Rzayev köçkünlərin problemlərini dinlədi
19.02.2019, 17:34

Rövşən Rzayev köçkünlərin problemlərini dinlədi

“Balkanlardakı türklər türkcənin varlığını qoruyur” - MÜSAHİBƏ   
19.02.2019, 17:27

“Balkanlardakı türklər türkcənin varlığını qoruyur” - MÜSAHİBƏ  

Azercell IV Buktreyler Festivalının əsas tərəfdaşıdır
19.02.2019, 17:26

Azercell IV Buktreyler Festivalının əsas tərəfdaşıdır

Koçaryanın oğlu ifadə verməkdən imtina etdi
19.02.2019, 17:22

Koçaryanın oğlu ifadə verməkdən imtina etdi

Manatın sabahkı məzənnəsi dəyişir?
19.02.2019, 17:14

Manatın sabahkı məzənnəsi dəyişir?

Baş redaktor Britaniyanın Bakıdakı səfirliyinə getdi  
19.02.2019, 17:11

Baş redaktor Britaniyanın Bakıdakı səfirliyinə getdi  

İran Avrasiya İttifaqına qoşulacaq
19.02.2019, 17:08

İran Avrasiya İttifaqına qoşulacaq

“Bu tullantılarla dənizlər, göllər, meşələr, çaylar çirklənir”
19.02.2019, 17:05

“Bu tullantılarla dənizlər, göllər, meşələr, çaylar çirklənir”

Azərbaycanla sərhəddə kamikadze öldürüldü
19.02.2019, 16:59

Azərbaycanla sərhəddə kamikadze öldürüldü

Zabit Səmədov: “Çeçen və azərbaycanlılar arasındakı bugünkü görüş dövlət başçılarının təşəbbüsü idi”   
19.02.2019, 16:58

Zabit Səmədov: “Çeçen və azərbaycanlılar arasındakı bugünkü görüş dövlət başçılarının təşəbbüsü idi”  

Rumıniya Cənub Qaz Dəhlizinə qoşulur?
19.02.2019, 16:45

Rumıniya Cənub Qaz Dəhlizinə qoşulur?

Oqtay Şirəliyev ATU-nun yeni Tədris Mərkəzinə gəldi 
19.02.2019, 16:04

Oqtay Şirəliyev ATU-nun yeni Tədris Mərkəzinə gəldi 

Meksika rəsmisi Tərcümə Mərkəzində
19.02.2019, 16:04

Meksika rəsmisi Tərcümə Mərkəzində

“Nar” sosial şəbəkələrdən abunəçilərinə müştəri xidmətləri göstərir
19.02.2019, 16:00

“Nar” sosial şəbəkələrdən abunəçilərinə müştəri xidmətləri göstərir

İlham Əliyevin vəzifə verdiyi diplomat DANIŞDI: “Prezidentin Mərkəzlə bağlı bəzi tapşırıqları var”   
19.02.2019, 15:58

İlham Əliyevin vəzifə verdiyi diplomat DANIŞDI: “Prezidentin Mərkəzlə bağlı bəzi tapşırıqları var”  

ATƏT-in Baş katibi Bakıya gələcək
19.02.2019, 15:48

ATƏT-in Baş katibi Bakıya gələcək

Bakıda beynəlxalq forum işə başlayıb
19.02.2019, 15:47

Bakıda beynəlxalq forum işə başlayıb

UNEC-də “Akademik İngilis dili” kursları başlayacaq
19.02.2019, 15:28

UNEC-də “Akademik İngilis dili” kursları başlayacaq

Anar Kərimov nazir müavini oldu - TƏYİNAT
19.02.2019, 15:25

Anar Kərimov nazir müavini oldu - TƏYİNAT

Dövlət Agentliyi yollardakı son vəziyyəti açıqladı - SİYAHI   
19.02.2019, 15:09

Dövlət Agentliyi yollardakı son vəziyyəti açıqladı - SİYAHI  

ARXİV