Modern.az

Braziliyanı Dünya çempionatından uzaqlaşdıran Belçika YARIMFİNALDA

Braziliyanı Dünya çempionatından uzaqlaşdıran Belçika YARIMFİNALDA

6 İyul 2018, 23:55

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında 1/4 finalın ikinci oyunu yekunlaşdı. Modern.az xəbər verir ki, “Kazan Arena” baş tutan qarşılaşmada Braziliya və Belçika komandaları üz-üzə gəlib. Görüşdə üstün tərəf avropalılar olub. Braziliyanı 2:1 hesabı ilə məğlub edən Belçika yarımfinala adlayıb. Yarımfinalda  Belçikanın rəqibi Fransa olacaq.

Qeyd edək ki, Belçika və Fransa komandalarının qarşılacağı ilk yarımfinal oyunu iyulun 10-da Bakı vaxtı ilə 22:00-da başlayacaq. 

23:31

 

Braziliya ikinci hissədə hesab arasındakı fərqi azalda bilib. Oyunun 76-cı dəqiqəsində Renato Auqusto fərqlənib.

 

22:32

 

Braziliya və Belçika oyununda ikinci qol vuruldu. Oyunun 31-ci dəqiqəsində Bruyne əks hücumda gözəl qol vuraraq hesabı 2:0 edib.

 

22:20

 

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında 1/4 finalın ikinci oyunu başlayıb. Modern.az xəbər verir ki, “Kazan Arena” baş tutan qarşılaşmada Braziliya və Belçika komandaları üz-üzə gəlib. Görüşü serbiyalı Milorad Maziç idarə edir.

Oyunda hesab 13-cü dəqiqədə açılıb. Vinsen Kompani hesabı açıb.

 

Braziliya-Belçika oyunun qalibi yarımfinal mərhələsində Fransa millisi ilə qarşılaşacaq.

 

Qeyd edək ki, Braziliya səkkizdəbir finalda Meksikanı 2:0, Belçika isə Yaponiyanı 3:2 hesabı ilə məğlub edib. Bu komandalar dünya çempionatları tarixində ikinci dəfə üz-üzə gələcəklər. 2002-ci il mundialının səkkizdəbir finalında Braziliya rəqibini 2:0 hesabı ilə üstələyib. Belçika dünya çempionatlarında Cənubi Amerika təmsilçiləri ilə 4 dəfə qarşılaşıb və bu matçların 3-də məğlub olub. Braziliya isə son üç mundialda Avropa təmsilçilərinə uduzaraq mübarizəni dayandırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı