Modern.az

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

6 İyul 2018, 23:42

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 79,51 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,11 dollar dollar/barel azdır. Modern.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 5-də 78,88 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,11 dollar/barel azdır.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 5-də 75,53 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,09 dollar/barel azdır.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyulun 5-də 77,01 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,06 dollar/barel çoxdur.

Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı