15 dekabr 2018, Şənbə
Ana Səhifə - PARLAMENT - Deputatlar da cangüdən saxlayırlarmı....  
Deputatlar da cangüdən saxlayırlarmı....  
07.07.2018, 09:25

Cangüdənlik müasir dövrdə özünü təsdiqləmiş peşədir. Azərbaycanda da cangüdənlə gəzən vəzifə adamları, imkanlı şəxslər az deyil. Bu sırada siyasətçilər, müğənnilər, məmurlar, rektorlar, iş adamları çoxdur. Bir sıra şəxslər də var ki, onlar  özlərinə imic formalaşdırmaq məqsədilə cangüdən tuturlar.

İyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin və onun mühafizəçisi Qasım Aşbazovun silahlı hücuma məruz qalması cangüdən mövzusunu bir xeyli aktuallaşdırıb. Yeri gəlmişkən, Milli Məclisdə təmsil olunan bir neçə deputatın da cangüdəni var.


Bəs digərləri?..  Elmar Vəliyev olayından sonra onlar da özlərinə cangüdən tutmaq haqda düşünüblərmi?...


Modern.az saytının əməkdaşı mövzuyla bağlı bir neçə deputatın fikrini öyrənib.

 

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov heç vaxt cangüdəndən istifadə etmədiyini və indi də bu haqda düşünmədiyini deyib:

“Mənim əlimdə imkan olan zaman ancaq kiməsə köməklik etmişəm. Kiminləsə ədavətim olmadığına görə də cangüdənə ehtiyacım yoxdur.  Nə də cangüdəni saxlamağa imkanım var. Mən dükana, bazara və ürəyim istədiyi yerə rahat şəkildə gedə bilirəm. İnanmıram ki, kimsə mənə nəsə etmək istəsin, mən də cangüdən saxlayım. Hər zaman xalqın arasında olan biriyəm. Elə bilirəm ki, hamı məni çox istəyir. Xüsusilə də kənd adamları. Bu günə kimi heç kəsə sataşmamışam, bir söz belə deməmişəm. Hər zaman çalışmışam ki, deputat seçildiyim bölgədə, yaşadığım ərazidə, ümumiyyətlə insanlarımız arasında hörmət-izzət qazanım. Şükürlər olsun ki,  bu hörməti qazanmışam. Ona görə də mənim cangüdənlə gəzməyə zərrə qədər ehtiyacım yoxdur”

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov vaxtilə yüksək vəzifələrdə işləsə də, heüç vaxt cangüdəndən istifadə etməyib.

 

“Mən ən çətin vaxtlarda, 1992-1993-cü illərdə Baş nazirin birinci müavini işləmişəm. Ancaq heç vaxt da cangüdəndən istifadə etməmişəm. Çünki həmişə xalqın arasında olmuşam. Mənim xalqdan gizli heç nəyim yoxdur. İnsanlara yaxın olmaq, onların dərdini dinləyib, problemnlərinə köməklik etmək lazımdır”.

 

Deputat bildirib ki, bu gün bəzi məmurlar öz işləriylə məşğuldur, nəinki dövlətin işləriylə:

 

“Qanuna əsasən, 3 şəxs dövlət hesabına cangüdəndən istifadə edə bilər.  Bunlar Prezident, Baş nazir və Milli Məclisin sədridir.  Qalan şəxslər hansı pulun hesabına cangüdəni saxlayırlar? Ümumiyyətlə, bunların hamısı qeyri-qanuni hərəkətlərdir”.

 

Milli Məclisin Hüquq siyasəti və dövlət qurucuuluğu komitəsinin üzvü Fəzail Ağamalı vaxtilə cangüdəndən istifadə etdiyini bildirib.

 

“Əvvəla, insana verilən ömrü Allah alır. İkinci tərəfdən isə mən elə bir əməlin sahibi deyiləm ki, cangüdənlərlə gəzim.  Bir ara istisna olunmaqla. Keçmiş deputat Hüseyn Abdullayevlə aramızda problem yaranan zaman özüm şəxsən Daxili İşlər Nazirliyinə müraciət etdim ki, mənim təhlükəsizliyim təmin olunsun. Çünki Hüseyn Abdullayevin ətrafında quldur dəstəsi vardı. O, hər şeyə əl ata bilərdi. Haradasa 2 aya yaxın Çevik Polis Alayı tərəfindən mən mühafizə olundum. Vəssalam. Bir də 1990-cı illərin əvvəllərində  hadisələrin gərgin vaxtında partiyadaşlarımın çox böyük təkidi ilə 10-15 gün hara getmişəmsə, partiya üzvlərinin bir neçəsi məni müşayiət edib”.

 

Deputat deyib ki, kimsə adamın qəsdinə dayanıbsa,1 və 2 cangüdənlə canını qoruya bilməz:

 

“Mərhum prezident Heydər Əliyevin həyata keçirmiş olduğu cinayətkarlığa qarşı sərt mübarizə, daxili işlər orqanlarının peşəkar fəaliyyəti nəticəsində 1990-cı illərn sonundan başlayaraq Azərbaycanda  cangüdənlə gəzməyə ehtiyac görülmədi. Bu gün də ölkəmizdə cangüdəndən istifadə etməyə ehtiyac yoxdur. Ona görə də mən nə silah, nə də cangüdən gəzdirməyə ehtiyac duyuram”.

 

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Tahir Kərimli də vaxtilə cangüdəndən istifadə edib.

 

“Azərbaycan Xalq Cəbhəsi hərəkatı yarananda İsmayıllıda hakim işləyirdim. O zaman mənə Əliheydər adlı şəxsi cangüdən ayırmışdılar. Bunu mənə qərarla İsmayıllıdakı xalq hərəkatı ayırmışdı. Hətta həmin şəxs Ali Məhkəmədə işləyəndə də məni müşayiət etdi.
Vəhdət Partiyası yarananda da Zahid adlı şəxs könüllü olaraq mənə cangüdənlik edirdi.  Mən o zaman cangüdəndən mitinqlər zamanı istifadə edirdim. Adi vaxtlarda isə heç vaxt cangüdəndən istifadə etməmişəm. Onlara isə əməkhaqqı verməmişəm. İndi isə cangüdənim yoxdur və ehtiyac belə duymuram. Bu gün mən işə piyada gəlmişəm”.


Mirmahmud KAZIMOĞLU
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
“Neftçi” “Sumqayıt”a uduzdu
15.12.2018, 22:14

“Neftçi” “Sumqayıt”a uduzdu

“Beşiktaş” Pepe ilə yollarını ayırdı
15.12.2018, 21:56

“Beşiktaş” Pepe ilə yollarını ayırdı

“Ruhani diplomatiyası” - Allahşükür Paşazadənin Vazgen və Qareginlə danışıqlarının SSRİ-dən başlanan TARİXİ
15.12.2018, 21:48

“Ruhani diplomatiyası” - Allahşükür Paşazadənin Vazgen və Qareginlə danışıqlarının SSRİ-dən başlanan TARİXİ

Fransada qarşıdurma: Daha 107 etirazçı saxlanıldı
15.12.2018, 21:37

Fransada qarşıdurma: Daha 107 etirazçı saxlanıldı

Qarabağda iki erməni əsgəri ağır yaralandı
15.12.2018, 21:27

Qarabağda iki erməni əsgəri ağır yaralandı

Tanımış Prodüser-rejissor Minarə Əskərova yenidən beyin əməlliyatı olunmalıdır
15.12.2018, 21:13

Tanımış Prodüser-rejissor Minarə Əskərova yenidən beyin əməlliyatı olunmalıdır

Başına 1,5 milyon mükafat qoyulan terrorçu saxlanıldı
15.12.2018, 20:57

Başına 1,5 milyon mükafat qoyulan terrorçu saxlanıldı

Leyla Əliyeva “Cırtdan nağıllar aləmində” adlı ailəvi meqa-şouda - FOTOLAR
15.12.2018, 20:39

Leyla Əliyeva “Cırtdan nağıllar aləmində” adlı ailəvi meqa-şouda - FOTOLAR

Ukraynada təyyarə qəzası
15.12.2018, 20:26

Ukraynada təyyarə qəzası

Dünyanın ən etibarlı avtomobillərinin adı açıqlandı
15.12.2018, 20:15

Dünyanın ən etibarlı avtomobillərinin adı açıqlandı

Mübarizə qarşı çıxan nadan və cahillər - Millət vəkili
15.12.2018, 20:02

Mübarizə qarşı çıxan nadan və cahillər - Millət vəkili

Heydər Əliyev Fondu internat uşaqları üçün əyləncə təşkil edib
15.12.2018, 18:56

Heydər Əliyev Fondu internat uşaqları üçün əyləncə təşkil edib

Faiq Ələkbərlinin “Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi” kitabı çap olundu   
15.12.2018, 18:39

Faiq Ələkbərlinin “Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi” kitabı çap olundu  

Tramp ABŞ-ı 1,9 trilyon ziyana salıb
15.12.2018, 18:00

Tramp ABŞ-ı 1,9 trilyon ziyana salıb

11 yaşlı Tramp soyadından imtina etmək istəyir
15.12.2018, 17:56

11 yaşlı Tramp soyadından imtina etmək istəyir

İran qonşu ölkələrlə idxal rüsumlarını ləğv edə bilər
15.12.2018, 17:49

İran qonşu ölkələrlə idxal rüsumlarını ləğv edə bilər

Oqtay Əsədov Salome Zurabişvilinin inauqurasiyasında iştirak edəcək
15.12.2018, 17:34

Oqtay Əsədov Salome Zurabişvilinin inauqurasiyasında iştirak edəcək

Gürcüstanda 65 yaşlı azərbaycanlı qadın başı kəsilərək qətlə yetirilib
15.12.2018, 17:17

Gürcüstanda 65 yaşlı azərbaycanlı qadın başı kəsilərək qətlə yetirilib

Rusiya Aralıq dənizi hövzəsini təyyarələr və gəmilər üçün bağladı
15.12.2018, 17:05

Rusiya Aralıq dənizi hövzəsini təyyarələr və gəmilər üçün bağladı

Avstriya Azərbaycanlıları Cəmiyyəti Mehdi Hüseynzadəni andı - FOTOLAR
15.12.2018, 16:50

Avstriya Azərbaycanlıları Cəmiyyəti Mehdi Hüseynzadəni andı - FOTOLAR

Dələduzluğa görə axtarışda olan şəxs saxlanılıb
15.12.2018, 16:41

Dələduzluğa görə axtarışda olan şəxs saxlanılıb

İlham Əliyev Bəhreynin Kralını təbrik edib
15.12.2018, 16:40

İlham Əliyev Bəhreynin Kralını təbrik edib

"Formula 1" Azərbaycan Qran Prisi ən yaxşı yarışlardan biri seçilib
15.12.2018, 16:34

"Formula 1" Azərbaycan Qran Prisi ən yaxşı yarışlardan biri seçilib

Prezident İlham Əliyev müdafiə sənayesi işçilərini təltif edib - SİYAHI
15.12.2018, 16:33

Prezident İlham Əliyev müdafiə sənayesi işçilərini təltif edib - SİYAHI

Prezident İlham Əliyev qazaxıstanlı həmkarını təbrik edib
15.12.2018, 16:26

Prezident İlham Əliyev qazaxıstanlı həmkarını təbrik edib

Pentaqon Rusiya ilə danışıqlardan qaçır
15.12.2018, 16:17

Pentaqon Rusiya ilə danışıqlardan qaçır

Rusiyadan Azərbaycana qanunsuz valyuta keçirmək istəyən şəxs yaxalanıb
15.12.2018, 16:02

Rusiyadan Azərbaycana qanunsuz valyuta keçirmək istəyən şəxs yaxalanıb

Milli Məclisin 3 komitəsinin səlahiyyəti artırılır
15.12.2018, 15:41

Milli Məclisin 3 komitəsinin səlahiyyəti artırılır

UNESCO Ümumdünya İrs Komitəsinin sessiyası Bakıda təşkil olunacaq
15.12.2018, 15:32

UNESCO Ümumdünya İrs Komitəsinin sessiyası Bakıda təşkil olunacaq

Fransada etirazlar yenə başladı, polis gözyaşardıcı qaza əl atdı
15.12.2018, 15:18

Fransada etirazlar yenə başladı, polis gözyaşardıcı qaza əl atdı

Rusiya sərhədçiləri Ermənistana keçən azərbaycanlını saxladılar
15.12.2018, 15:06

Rusiya sərhədçiləri Ermənistana keçən azərbaycanlını saxladılar

İstanbulda  Gənc Azərbaycanlılar Dərnəyi fəaliyyətə başlayıb
15.12.2018, 14:39

İstanbulda  Gənc Azərbaycanlılar Dərnəyi fəaliyyətə başlayıb

DİN: 180 ədəd “Metadon” qanunsuz dövriyyədən çıxarıldı
15.12.2018, 14:27

DİN: 180 ədəd “Metadon” qanunsuz dövriyyədən çıxarıldı

2018-in səs-küylü hadisələri: Hökumətdə yenilik, enerji qəzası, Gəncə hadisələri, hərbi parad...
15.12.2018, 14:18

2018-in səs-küylü hadisələri: Hökumətdə yenilik, enerji qəzası, Gəncə hadisələri, hərbi parad...

“Azərişıq” kommunal xidmətlərin elektron ödənişlərinə görə birinci yerdədir
15.12.2018, 13:54

“Azərişıq” kommunal xidmətlərin elektron ödənişlərinə görə birinci yerdədir

Bu yolda rənglənmə işləri aparılacaq
15.12.2018, 13:38

Bu yolda rənglənmə işləri aparılacaq

ETSN-nin mətbuat katibi ilin ən yaxşı mətbuat katibi seçildi
15.12.2018, 13:27

ETSN-nin mətbuat katibi ilin ən yaxşı mətbuat katibi seçildi

Tolstoy olan yerdə Dostoyevski kim idi…   
15.12.2018, 13:11

Tolstoy olan yerdə Dostoyevski kim idi…  

Azərbaycanda hava PİSLƏŞƏCƏK – Yağış, qar yağacaq, güclü külək əsəcək
15.12.2018, 13:01

Azərbaycanda hava PİSLƏŞƏCƏK – Yağış, qar yağacaq, güclü külək əsəcək

Zahid Xəlil: “Nizaminin bu qədər böyük olduğunu bilmirdim” - MÜSAHİBƏ
15.12.2018, 12:56

Zahid Xəlil: “Nizaminin bu qədər böyük olduğunu bilmirdim” - MÜSAHİBƏ

“15 il həbsdə yatmışam, adam öldürsəydim gedib polisə məlumat verərdim?”
15.12.2018, 12:52

“15 il həbsdə yatmışam, adam öldürsəydim gedib polisə məlumat verərdim?”

Qubada tingçiliyin inkişafı müzakirə olunub
15.12.2018, 12:47

Qubada tingçiliyin inkişafı müzakirə olunub

Azərbaycanlı deputat Sloveniya parlamentində - FOTO
15.12.2018, 12:44

Azərbaycanlı deputat Sloveniya parlamentində - FOTO

Amerika Birləşmiş Ştatları - geniş imkanlar ölkəsi və...   
15.12.2018, 12:34

Amerika Birləşmiş Ştatları - geniş imkanlar ölkəsi və...  

Əli Rza Xələfli xalqına 65 yaşın hesabatını verdi    
15.12.2018, 12:30

Əli Rza Xələfli xalqına 65 yaşın hesabatını verdi  

Vəlihəd Netanyahu ilə barışmağa hazırlaşır
15.12.2018, 12:29

Vəlihəd Netanyahu ilə barışmağa hazırlaşır

“Azərişıq”ın yenilənmiş saytı təqdim olundu
15.12.2018, 12:10

“Azərişıq”ın yenilənmiş saytı təqdim olundu

Fransada fövqəladə vəziyyət - 70 min polis səfərbər oldu
15.12.2018, 12:04

Fransada fövqəladə vəziyyət - 70 min polis səfərbər oldu

Azərbaycanda 126 cinayət törədilib, 45 nəfər saxlanılıb
15.12.2018, 11:51

Azərbaycanda 126 cinayət törədilib, 45 nəfər saxlanılıb

Mahir Abbaszadə Milli Məclisdə seçicilərlə görüşüb – FOTOLAR
15.12.2018, 11:42

Mahir Abbaszadə Milli Məclisdə seçicilərlə görüşüb – FOTOLAR

ARXİV