Modern.az

Kəmaləddin Heydərov bütün nazirləri geridə qoydu  

Kəmaləddin Heydərov bütün nazirləri geridə qoydu   

7 İyul 2018, 20:53

Prezident İlham Əliyevin sərəncamı ilə fövqəladə hallar nazirinə müavin təyin edilib.

 

APA-nın məlumatına görə, Nazim Məmmədov fövqəladə hallar nazirinin müavini təyin edilib.

 

Qeyd edək ki, Nazim Məmmədov buna qədər Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsində çalışıb.  


Modern.az xəbər verir ki, bu təyinatdan sonra fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müavinlərinin sayı 8 nəfərə çatıb.

Bununla da K.Heydərov nazirlər arasında ən çox müavini olan məmura çevrildi.

Fövqəladə hallar nazirinin müavinləri bunlardır:

Birinci müavin - general-leytenant Rəfael Mirzəyev (2006-cı ildən);

Müavinlər:

- tibb xidməti general-leytenantı Faiq Tağızadə (3 may 2006-cı ildən);
- general-leytenant Etibar Mirəzyev (avqust 2006-cı ildən);
- general-leytenant Ragim Lətifov (avqust 2006-cı ildən);
- Orucəli Hacıyev (avqust 2006-cı ildən);
- general-mayor Teymur Mehdiyev (5 may 2014-cü ildən);
- Tapdıq Əmiraslanov (5 may 2014-cü ildən).
- general-leytenat Nazim Məmmədov (7 iyul 2018-ci ildən).


A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir