Modern.az

Meydan sahibini Dünya çempionatından uzaqlaşdıran Xorvatiya YARIMFİNALDA

Meydan sahibini Dünya çempionatından uzaqlaşdıran Xorvatiya YARIMFİNALDA

Mədəni̇yyət

8 İyul 2018, 00:53

Rusiya Xorvatiya  oyunu yekunlaşdı. Modern.az xəbər verir ki, Xorvatiya penaltilər seriyasında Rusiyaya 4:3 hesabı ilə qalib gələrək sonuncu yarımfinalçı olur.

 

00:40

 

Əlavə edilmiş ikinci 15 dəqiqədə Rusiya hesabı bərabərləşdirib. Manuel Fernandes əlavə vaxtda Rusiyanın bərabərlik qoluna imza atıb. 2:2.

 

00:14

 

Rusiya  Xorvatiya  oyununda daha bir qol vurulub. Damaqoy Vida 101-ci dəqiqədə Xorvatiyanın 2-ci qolunu vurub.

 

23:57

 

Rusiya  Xorvatiya  oyununda əsas vaxt başa çatıb. Oyunun əsas vaxtı 1:1 hesabı ilə yekunlaşdığından sonuncu yarımfinalçı əlavə vaxtda müəyyənləşəcək. 

 

22:42

 

Rusiya  Xorvatiya  oyununda hesab bərabərləşdi. Oyunun 40-cı dəqiqəsində Andrey Kramariç komandasının bərabərlik qolunu vurub.

 

22:32

 

Rusiya  Xorvatiya  oyununda hesab açıldı. Oyunun 31-ci dəqiqədə Denis Çerışev gözəl qolla Rusiyanı önə keçirib.

 

22:24

 

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında 1/4 finalın sonuncu oyunu keçirilir. Modern.az xəbər verir ki, Soçidəki “Fişt” stadionunda baş tutan qarşılaşmada Rusiya və Xorvatiya komandaları üz-üzə gəlir.

 

Görüşdə Rusiya millisinin start heyətində İqor Akinfeyev, Mario Fernandes, İlya Kutepov, Sergey İqnaşeviç, Fyodor Kudryaşev, Roman Zobnin, Daler Kuzyayev, Aleksander Samedov, Denis Çerişev, Aleksandr Qolovin və Artyom Dzyuba yer alıblar.

 

Xorvatiya yığmasının ilk onbirliyində isə Daniyel Subaşiç, İvan Striniç, Domaqoy Vida, Deyan Lovren, Şime Vrsalko, İvan Perişiç, Luka Modriç, İvan Rakitiç, Ante Rebiç, Andrey Kramariç və Mario Mancukiç yer alıblar.

 

Oyunu braziliyalı referi Sandro Rikki idarə edir.

 

Qeyd edək ki, bu oyunun qalibi yarımfinalda İsveçi mundialdan uzaqlaşdıran İngiltərə millisi ilə qarşılaşacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı