19 iyul 2018, Cümə axşamı
Ana Səhifə - TƏHSİL - Universitet rektoru: “Tələbədən rüşvət tələb edən müəllim nə qədər şərəfsizdirsə…”  
Universitet rektoru: “Tələbədən rüşvət tələb edən müəllim nə qədər şərəfsizdirsə…”   +
08.07.2018, 10:11

“Bu gün ölkənin Aqrar Universitetə çox böyük ehtiyacı var. Çünki yeganə aqrar təhsil verən universitetdir”.

Modern.az xəbər verir ki, bunu Gəncə Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov Kənd Təsərrüfatı Nazirliyinin (KTN) təşkilatçılığı ilə reallaşan görüşdə bildirib. O deyib ki, kəndli torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azaddır, müxtəlif subsidiyalar alır:

"Buna baxmayaraq, çox ciddi problemlərimiz var. Bazarda rəqabət mühiti tam formalaşmalıdır, yaxşı kadr üstündə çəkişmə getməlidir. Bu baxımdan iri fermerlərə, şirkətlərə müraciət edirəm ki, universitetimizdə təhsil prosesində iştirak etsinlər. Qoy adi fermer kitab cümlələrindən kənar bizimlə öz təcrübəsini bölüşsun. Qoy desin ki, necə adi kəndlidən böyük fermerə çevrilib müvəffəqiyyət qazandı, hansı yollardan keçdi".

İ.Cəfərov kənd təsərrüfatı naziri İnam Kərimovun bu sahəyə diqqətindən də danışıb: "Bu sahəyə maraq artırmaq üçün kənd tədərrüfatı nazirinin göstərişilə 500-dən yuxarı bal toplayan tələbələrə büdcədənkənar 200 manat veriləcək. Bu, böyük stimuldur. Biz bu yolda inamla, əzmlə çalışırıq".

İ.Cəfərov qeyd edib ki, Bakıda oturub Aqrar Universitet haqqında illüziya yazmaq olmaz:

""İbrahim Cəfərov universiteti dağıdır", "universiteti talayır" demək olmaz. Bizə çamur atanlar bu monopoliyanı əldən buraxmaq istəməyənlərdir. Mən dağıdıramsa, gəl araşdırma apar. Əyrilik varsa, yaz. Amma kiminsə haqqına girib böhtan yazma. Universitetimizdə gördüklərinizin 99 faizi böyük zəhmət hesabına son 5 ildə yaradılıb. Builki məzun günündə cənab İnam Kərimova onunla hansı şəkildə əlaqə saxlayacağımı soruşdum. O dərhal mənə əlaqə nömrəsini verdi. Biz hər gün ən azı 1 dəfə əlaqə saxlayırıq. Bu bir şəxsi əlaqə deyil, universitetimizin daha da inkişafı üçündür. Çünki həllini gözləyən çox sayda problmlərimiz var. Problemlərimizi həll etməliyik, ən əsası təhsil proqramlarımız yenilənməlidir".

Rektor bu sahəyə marağın azlığını xüsusi vurğulayıb: "Unutmayın ki, hamımız iyul-avqust aylarında qarpız yemək istəyirik, yaxşı süd, qatıq axtarırıq, bax onları yaradanları bu torpaqlar, universitet yetişdirir. Bu gün hüquqşünas, jurnalist, bankir olmaq, qarpız yemək istəyənlər çoxdur, amma yetişdirmək istəyənlər azdır. Bu gün Kürdəmirdə 40-45 dərəcədə qarpız, Naxçıvanda ərik yetişdirmək asan deyil. Sizi əmin edirəm ki, yaxşı mütəxəssisin çəkdiyi əziyyət əvəzində azı 2-3 min manat götürmək imkanı var. Sadəcə insanlarımızı bu sahəyə cəlb etmək lazımdır".

Rektor bildirib ki, universitetdə rüşvətsiz təhsilə nail olunub: "Biz buna böyük çaba hesabına nail olmuşuq. Bəzən söyüş, danlaq eşitmişik. Hələ də bir qrup elə başa düşür ki, tələbədən 50 manat almaq çörək qazanmaqdır. Mən auditoriyada da demişəm, tələbədən rüşvət tələb edən müəllim nə qədər şərəfsizdirsə, ona o şəraiti yaradan tələbə də ən az onun kimi şərəfsizdir".

 

 


Gülşən RAUFQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Meksikada 5,8 bal gücündə zəlzələ oldu
19.07.2018, 21:22

Meksikada 5,8 bal gücündə zəlzələ oldu

Kanadada fövqəladə vəziyyət rejimi tətbiq olundu
19.07.2018, 21:13

Kanadada fövqəladə vəziyyət rejimi tətbiq olundu

ABŞ-da silahlı insident
19.07.2018, 21:03

ABŞ-da silahlı insident

Azərbaycanın təklifləri qəbul edildi
19.07.2018, 20:51

Azərbaycanın təklifləri qəbul edildi

Müəllimliyə imtahan verən namizəd 59 bal topladı
19.07.2018, 20:29

Müəllimliyə imtahan verən namizəd 59 bal topladı

İlham Əliyev “Naval” qrupunun sədri ilə görüşdü
19.07.2018, 20:14

İlham Əliyev “Naval” qrupunun sədri ilə görüşdü

Gürcüstan prezidenti Putinə cavab verib
19.07.2018, 20:03

Gürcüstan prezidenti Putinə cavab verib

Zərərli iş şəraitində işləyənlərin sayı 41 faiz azalıb
19.07.2018, 20:00

Zərərli iş şəraitində işləyənlərin sayı 41 faiz azalıb

Nazpəridən ETİRAF: "Fəlsəfə doktoru deyiləm"
19.07.2018, 19:49

Nazpəridən ETİRAF: "Fəlsəfə doktoru deyiləm"

Sumqayıtda 25 yaşlı qız itkin düşüb
19.07.2018, 19:37

Sumqayıtda 25 yaşlı qız itkin düşüb

Dövlət Miqrasiya Xidməti hesabat verdi
19.07.2018, 19:30

Dövlət Miqrasiya Xidməti hesabat verdi

İlham Əliyev Parisdə Fransa Beynəlxalq Əlaqələr İnstitutunun icraçı sədri ilə görüşüb
19.07.2018, 19:15

İlham Əliyev Parisdə Fransa Beynəlxalq Əlaqələr İnstitutunun icraçı sədri ilə görüşüb

İlham Əliyev Fransaya getdi
19.07.2018, 19:06

İlham Əliyev Fransaya getdi

İmişlinin baş həkim işdən azad olunub
19.07.2018, 19:00

İmişlinin baş həkim işdən azad olunub

Mövlud Çavuşoğlu Azərbaycana gəlir
19.07.2018, 18:52

Mövlud Çavuşoğlu Azərbaycana gəlir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 1,3 milyon manat ayrılıb
19.07.2018, 18:34

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 1,3 milyon manat ayrılıb

Bakıda “Heydər Əliyev: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlər” mövzusunda konfrans keçirilib  
19.07.2018, 18:27

Bakıda “Heydər Əliyev: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlər” mövzusunda konfrans keçirilib  

Faciəvi şəkildə ölən 23 yaşlı oğlanın meyiti tapıldı
19.07.2018, 18:12

Faciəvi şəkildə ölən 23 yaşlı oğlanın meyiti tapıldı

Azərbaycanda 4 regional su-kanal idarəsi YARADILDI
19.07.2018, 18:07

Azərbaycanda 4 regional su-kanal idarəsi YARADILDI

YUĞ Dövlət Teatrının yeni direktoru kollektivə təqdim edilib
19.07.2018, 18:02

YUĞ Dövlət Teatrının yeni direktoru kollektivə təqdim edilib

Bakıda tanışını öldürən şəxsə 5 il cəza verildi
19.07.2018, 17:57

Bakıda tanışını öldürən şəxsə 5 il cəza verildi

Neftçalada 23 yaşlı oğlan kanalda batdı
19.07.2018, 17:51

Neftçalada 23 yaşlı oğlan kanalda batdı

“Nar” ucqar dağ kəndini mobil rabitə ilə təmin etdi
19.07.2018, 17:35

“Nar” ucqar dağ kəndini mobil rabitə ilə təmin etdi

Taxıl sahəsini qəsdən yandıran şəxs saxlanılıb
19.07.2018, 17:32

Taxıl sahəsini qəsdən yandıran şəxs saxlanılıb

AzEdu.az portalının yeni “Çat xidməti” açıldı - Təhsilə aid sual ver, cavab al
19.07.2018, 17:22

AzEdu.az portalının yeni “Çat xidməti” açıldı - Təhsilə aid sual ver, cavab al

Putindən açıq HƏDƏ: “Ukrayna və Gürcüstan NATO-ya qəbul olunarsa...”
19.07.2018, 17:18

Putindən açıq HƏDƏ: “Ukrayna və Gürcüstan NATO-ya qəbul olunarsa...”

Bakıda yeni açılan 2 marşrut bu tarixdən fəaliyyətə başlayacaq
19.07.2018, 17:16

Bakıda yeni açılan 2 marşrut bu tarixdən fəaliyyətə başlayacaq

Beynəlxalq yay məktəbinin iştirakçıları gənclər evi ilə tanış olublar
19.07.2018, 17:14

Beynəlxalq yay məktəbinin iştirakçıları gənclər evi ilə tanış olublar

Manat və dolların sabahkı MƏZƏNNƏSİ
19.07.2018, 17:10

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

Diaspor tarixində ilk - Ukraynadakı Azərbaycan təşkilatları bir araya gəldilər - FOTO    
19.07.2018, 17:04

Diaspor tarixində ilk - Ukraynadakı Azərbaycan təşkilatları bir araya gəldilər - FOTO  

Dövlət Komitəsi jurnalistləri Qobudakı köçkün şəhərciyinə apardı - FOTOLAR
19.07.2018, 16:50

Dövlət Komitəsi jurnalistləri Qobudakı köçkün şəhərciyinə apardı - FOTOLAR

Bakıda çökən yolla bağlı daha bir rəsmi AÇIQLAMA
19.07.2018, 16:40

Bakıda çökən yolla bağlı daha bir rəsmi AÇIQLAMA

Facebook-da Bahar Muradovaya qarşı TƏXRİBAT - VİDEO
19.07.2018, 16:05

Facebook-da Bahar Muradovaya qarşı TƏXRİBAT - VİDEO

“Azərbaycanda işsizlik 5 faiz səviyyəsindədir”
19.07.2018, 15:59

“Azərbaycanda işsizlik 5 faiz səviyyəsindədir”

Pirşağıda tullantı sutəmizləyici qurğunun tikitisi davam edir
19.07.2018, 15:56

Pirşağıda tullantı sutəmizləyici qurğunun tikitisi davam edir

ARXİV