Modern.az

Gəncəli deputat Elmar Vəliyevlə bağlı VİDEO yaydı

Gəncəli deputat Elmar Vəliyevlə bağlı VİDEO yaydı

8 İyul 2018, 14:38

YAP Gəncə şəhər Təşkilatının sədri, Milli Məclisin deputatı  Naqif Həmzəyev Gəncə sakinlərinə, YAP Gəncə şəhər Təşkilatının üzvlərinə müraciət ünvanlayıb.


Modern.az xəbər verir ki. N.Həmzəyevin müraciətində deyilir:

“3 iyul tarixində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı törədilmiş sui-qəsd terror hadisəsidir. Bu terroru törədənlərin bir məqsədi var: Azərbaycandakı stabilliyi pozmaq, xaos yaratmaq. Bizlər Şah İsmayıl Xətainin, Cavad Xanın nəvələriyik. Biz gəncəlilər, biz azərbaycanlılar həmişə ulu öndər Heydər Əliyevin yolu ilə getmişik.

Mən hər birinizdən xahiş edirəm ki, bu terroru lənətliyək və ölkəmizdə stabilliyi pozmaq istəyən qüvvələrin sosial şəbəkələrdə yaydığı videoları, mesajları, statusları lənətliyək. Gəlin, birlikdə Azərbaycanı istəməyən qüvvələrə “YOX” deyək”.

N.Həmzəyevin videomüraciətini təqdim edirik:

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir