26 sentyabr 2018, Çərşənbə axşamı
Ana Səhifə - ƏDƏBİYYAT - Fenomen akademikin qeyri-adi  zəkası, tam fərqli həyat tərzi - Azad Mirzəcanzadə haqqında bilmədiklərimiz
Fenomen akademikin qeyri-adi  zəkası, tam fərqli həyat tərzi - Azad Mirzəcanzadə haqqında bilmədiklərimiz
08.07.2018, 16:43

 

Bir neçə gün bundan əvvəl ölkə başçısı, prezident İlham Əliyev böyük alim, akademik Azad Mirzəcanzadənin 90 illik yubileyinin qeyd olunması ilə bağlı sərəncam imzalayıb.

 AzEdu.az  universal zəka sahibi, professor Azad Mirzəcanzadə haqqında yazını təqdim edir:

Azad Mirzəcanzadə 1928-ci il sentyabrın 29-da Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra ali təhsilini 1944-1949-cu illərdə Azərbaycan Sənaye İnstitutunun neft-mədən fakültəsində alaraq, dağ mühəndisi ixtisasına yiyələnib. 1951-ci ildə texnika elmləri üzrə namizədlik, 1957-ci ildə doktorluq dissertasiyaları müdafiə edib. 1959-cu ildə professor adını alıb, 1962-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir 1968-ci ildə isə həqiqi üzvü seçilib.

Yazıda Azad müəllimin tələbələrinin və yaxın dostlarının köməkliyi ilə onun bir şəxsiyyət kimi görünməyən tərəflərini, xarakterinin gizli məqamlarını sizlərə çatdırmağa çalışacağıq.

Onun böyük alim olması heç kimə sirr deyildi. Hətta 1992-2001-ci illərdə Ali Attestasiya Komissiyasının sədri olarkən ona o qədər də xoş münasibət göstərməyən adamlar Azad Mirzəcanzadənin həddindən artıq böyük şəxsiyyət, böyük alim  olduğunu vurğulayırdılar.

Azad Mirzəcanzadə nə qədər böyük alim olubsa, bir o qədər də  keşməkeşli həyata sahib olub.


78 yaşında vəfat edən alim ömrünün sonuna qədər evlənmədi. Züriyyəti olmasa da, mənəvi övladları, kadrları və evinə, iş yerinə məxsusi dəvət edərək, yetişdirdiyi insanlar hələ də Azad Mirzəcanzadə düşüncə məktəbinin fəal təbliğatçılarıdır. Həmin mənəvi  övladlardan biri  hüquqşünas Baxşeyiş Əsgərov Azad Mirzəcanzadə şəxsiyyətini bu gün ən yaxşı bilənlər sırasındadır. O Azad Mirzəcanzadənin görünməyən cizgilərini həvəslə bizlərə açır: 

”Azad müəllimin axırıncı əsəri  olan “XXI əsrə gedən yol”  adlı kitabının son variantını gətirib ona göstərdim. Kitabın arxa səhifəsində minnətdar olduğu şəxslərin siyahısı var idi: Şükürova, Əsgərov və xüsusi minnətdarlıq etdiyi elm xadimləri. Mən gətirdiyim variantda adım yox idi. Mənə bir balaca kağız yazıb verdi ki, apar mətbəəyə, bunu əlavə etsinlər. Mən də heç baxmadan aparıb  mətbəəyə təqdim etdim. Sən demə, Azad müəllim mənim də adımın ora əlavə olunmasını istəyirmiş. Dedilər, harda yazaq adını?  Dedim ki, Şükürovadan sonra yazın. Həmin variantı da gətirdim. Azad müəllim açıb baxdı və razılıq əlaməti olaraq başını tərpətdi. İnanın ki, əgər mən adımı Şükürovadan əvvəl yazdırsa idim, o, bu kitabın çapına icazə verməyəcəkdi. Azad müəllim bu cür ən xırda detallara önəm verirdi. Həmişə deyirdi ki, insanda ümumi olanlara yox, konkret detallara fikir verin. Elə adam var ki, o səliqə- səhmanla geyinib məclisə gələr, amma sakit situasiyada onun stolda nəyisə götürmək, tost demə qaydası həmin adamın bütün xarakterini çox gözəl əks etdirə bilər”.

Azad Mirzəcanzadənin ən çox sevdiyi nəsnə təbii ki, kitablar idi. Onun rəğbətini yalnız ona kitab bağışlamaqla qazanmaq olardı. Dünyanın gəliş- gedişi,  hadisələrin ictimai-iqtisadi axarı alimi ən çox maraqlandıran faktorlar idi. Odur ki, istər dünya ədəbiyyatı, istərsə də elmi –fəlsəfi kitablar Azad Mirzəcanzadə üçün ən yaxşı hədiyyə olardı.

Kitablarla bərabər, ən çox sevdiyi varlıq bacısı İradə xanım olub. Onları elə məqamlar birləşdirir ki, çətin ki, bu sirli detallar başqa bacı-qardaşın həyatında olsun. Belə ki, onların heç biri ailə həyatı qurmadı. Hər ikisi 78 yaşında dünyasını dəyişdi. Ən maraqlı cəhət odur ki, Azad müəllim bacısının ölümündən iki il sonra Neftçilər xəstəxanasında eyni palatada və eyni çarpayıda dünyasını dəyişdi. Baxşeyiş müəllimin dediyinə görə onlar sanki “ultrasəslər”lə danışırdılar. Mətbəxtdə bu yavaşdan söz deyəndə evin o başından o birisi çox aydın şəkildə eşidirdi.

”Bacısından sonra Azad müəllim o evdə çox qalmadı. Ölümünə qədər günlərinin çoxuunu xəstəxanada keçirdi və elə bacısının vəfat etdiyi çarpayıda dünyasını dəyişdi”.

“Azad müəllim məni qucaqlayıb uğurlar arzuladı”

O Ali Attestasiya Komissiyasından öz istəyi ilə istefa verəndə çoxları sevinirdi. Çünki zəif elmi əsərləri ilə yüksək elmi adlara sahiblənmək istəyən şəxslərə Azad Mirzəcanzadə qətiyyən güzəştə getmirdi. Şəxsi məsələlərdə kiminsə qəlbinə dəyməyi qətiyyən bacarmayan alim, elm məsələsində çox prinsipial idi. Odur ki, ondan dəstək görməyən şəxslər tərəfindən mənfi qarşılanırdı. Əsl alimlərə isə əlindən gələni etməyə hazır idi.


Bu barədə vaxtilə onunla elmi diskusiyya və iş fəalliyyətində olan sosioloq, professor Əhməd Qəşəmoğlu maraqlı detallara toxunur:

”1990-cı illərin əvvəlində ölkəmizdə Elm Komitəsi yaradılmışdı və Azad müəllim də bu komitənin sədri təyin olmuşdu. Azad müəllim elm sistemimizdə ciddi dəyişikliklər etmək arzusunda idi. İstedadına, elmi səviyyəsinə inandığı bir necə ciddi alimi dərhal bu Komitəyə işə cəlb etdi. Onlardan da biri indi dünya şöhrətli alimimiz professor Rafiq Əliyev idi. Azad müəllimsə mənəvi dəstək olaraq onu Elm Komitəsinə işə cəlb etmişdi. Rafiq müəllimlə mən yaxından tanış idik. O Mərkəzi Komitədə işlədiyi vaxt ölkədə kompüterləşmə prosesini həyata keçirmək üçün proqram hazırlamışdı və həyata keçirirdi. Mən də bu proqramın  həyata keçirilməsində yaxından iştirak etmişdim. Elm Komitəsi elə yenicə fəaliyyətə başlamışdı ki, Rafiq müəllim axtarıb məni tapdı. Dedi ki, Azad müəllim sizinlə görüşmək istəyir. Azad müəllim, Rafiq müəllimin iştirakı ilə mənə yeni bir layihə hazırlamağı sifariş etdi. Həm elm sahəsindəki nəticələrin patentləşməsi sistemini yaratmalı, həm də elm sahəsinin inkişafı üçün sosiologoya elminin imkanlarından istifadə edilməsi sahəsində təkliflər hazırlamaq lazım idi. Başqa sözlə desək, Azad  müəllim Komitənin işinin qurulmasında elmin sosiologiyasından geniş istifadə etmək istəyirdi. Mən təbii ki, buna böyük məmuniyyətlə razı oldum.  Amma təəssüf ki…

Halbuki, indiki dövr elmi idarəetmə dövrüdür. Bir az sonra mən Ali Sovetin Elmi Mərkəzinin rəhbəri seçildim və bizim Azad müəllimlə elm sahəsinin inkişafı ilə bağlı xeyli fikir mübadilələrimiz oldu.  Təəssüf ki, bu istəklərimizin çoxunu həyata keçirmək üçün imkan olmadı.  Aramızda çox xoş bir münasibət yaranmışdı.

1997-ci idə, fevral ayında mənim rəhbərlik etdiyim, Milli Məclisin Humanitar Tədqiqatlar və Proqnozlaşdırma Mərkəzi ləğv olundu. Bir gün evə zəng gəldi. Azad müəllim özü zəng vurmuşdu. Bir az toxtaqlıq verdi, planlarımı soruşdu. Dedim ki, özümü tamamilə elmə həsr etmək istəyirəm. Məni öz yanına dəvət etdi. Ertəsi gen soruşdu ki, Elm Komitəsində hansı işlə məşğul olmaq istərdin? Mən də, təşəkkür edib, dövlər qurumlarında  işləmək  istəmədiyimi dedim.

Mən əvvələr ona, indi intensiv olaraq inkişaf etdirdiyim Ahəngyol elminin ilk prinsipləri haqda danışmışdım. O zaman mən hələ bu elmə ad verməmişdim. Prinsiplər də hələ təzə formalaşırdı. Amma, demə Azad müəllimin yadından çıxmamışmış. Bir azdan yenə mənimlə əlaqə saxladı və onun yaratdığı bir elitar klubun seminarında  bu barədə danışmamı arzu etdiyini bildirdi. Mən böyük məmuniyyətlə razı oldum. Bele bir korifey alimin mənim müddəalarıma münasibəti mənə necə deyərlər, hava-su kimi lazım idi. Vaxt təyin etdik.

Bu barədə sevincək olaraq bir neçə nəfərə dedim. Şad olanlar, təbrik edənlər də oldu, amma məni qorxudanlar da az olmadı. Məni qorxutmağa başladılar ki, o səni seminarda ruhdan salacaq. Bəziləri məni inandırmağa çalışırdılar ki, bu adam respublikada özündən başqa heç kimin elm sahəsində ciddi nəsə etməsinə razı ola bilmir. Belə adamları ruhdan salır, mane olur və s. Ümumiyyətlə, burada qeyd etmək istəyirəm ki, Azad müəllim barədə hər zaman belə şayiələr gəzdirənlər olub. O eyni zamanda Ali Atestasiya Komissiyasının də sədri idi.  Elmi dərəcə almaq istəyənlərin də bir çoxu onun barəsində neqativ şeylər danışırdılar. Mən bu şayiələri dəfələrlə təhlil etmişəm, haradan qaynaqlandğını araşdırmağa çalışmışam. Bu şayiənin mənbələri əsasən natamam psevdo alimlər, paxıl adamlar olub. Bəziləri isə özləri dəqiq məlumatı olmayıb şayiələrə meyilli adamlar olub. Azad müəllim zəif elmi əsərin kölgəsi altında yüksək elmi titullar almaq istəyənlərə qarşı çox sərt idi.  Respublikamızın bütün ciddi alimləri bir mənalı olaraq bilirlər ki, Azad müəllim yalnız saxta, qondarma elmə qarşı olub.

Seminar olduqca yüksək səviyyədə keçdi. Sonda Azad muəllim məni qucaqlayıb uğurlar arzuladı. Beləliklə, Ahəngyol elminə ilk uğur diləyən korifey alimimiz Azad Mirzəcənizadə oldu. Təəssüf ki, məişət problemləri o qədər başımı qatdı ki, mən bu sahədə hələ də Azad müəllimin istədiyi kimi çalışa bilmirəm. Amma, sonralar ahəngyola Lütfi azdə kimi dahinin, Rafiq Əliyev kimi böyük alimimizin uğurlar diləməsi, onun indi bir çox ölkələrdə yayılmasında Azad müəllimin xeyir-duasının rolu az deyil. Mən bu sahədə hər yeni nəticəm olanda, məqalə çıxanda Azad müəllimin rəhbərlik etdiyi xüsusi Orta təhsil məktəbinə gedər, ona məlumat verərdim.

Universitetdən  uzaqlaşdırılan  alimi ora kim qaytardı?

Alimin elm sahəsində güzəştə getməməsi və alimlərdən daha orijinal yanaşma tələb etməsi iş yerində ona olan  münasibəti dəyişdirdi. Vəziyyət pik nöqtəsinə çatdı və 1987-ci ildə Azad Mirəcanzadə universitetdən uzaqlaşdırıldı. Həmin  vaxtları professor Rafiq Əliyev bu cür xatırlayır:

“Onu  1987–ci ildə Neft və Kimya İnsitutundan çıxardıla. Buna baxmayaraq, biz tez-tez görüşürdük. Elə oldu ki, 1987-ci ilin axırında mən Mərkəzi Komitənin elm və təhsil şöbəsinə gəldim. Ən birinci həyata keçirdiyim iş o zaman Azad Mirzəcanzadənin öz yerinə bərpa etmək oldu. Şəxsən özüm onun qolundan tutaraq kafedraya gətirdim.  Cəmiyyətdə həmişə belə şey olub. O cür alimi işdən çıxardılar ki,  guya yaxşı alim deyil”.

Rafiq Əliyev həmin vaxt Elm və Təhsil Komitəsinin rəhbəri kimi  o zamankı Neft Akademiyasının o vaxtkı rektoru ilə görüşür. Tapşırıq kimi Azad Mirzəcanzadənin yenidən öz kafedrasına qayıtmasını bildirir. Həmin vaxt artıq onun yerinə kimsə çalışırdı. Rafiq müəllimin səyi nəticəsində Azad Mirzacanzadə öz iş yerinə qayıdır. Maraqlı məqam da odur ki, Rafiq Əliyev kabineti təmizlədəndən sonra Azad müəllimi özü ora aparıb.

“Şəxsən tanımasam da gedib onunla vidalaşdım”

BP-nin mətbuat xidmətinin rəhbəri Tamam xanım Bayatlı Azad Mirzəcanzadə haqqında da xoş sözlərini bu cür ifadə edir:

“Çox təəsüf ki, o BP ilə əməkdaşlıq edəndə mən başqa şöbədə çalışırdım. Amma bilirdim ki, həddindən artıq böyük alim və gözəl insandı. Ən yaxşı cəhəti isə bacarıqlı gəncləri ətrafına yığıb onlarla dialoqda olmaq , bərabər iş görmək idi. Elə bu məqsədlə də bir cəmiyyət yaratmışdı. Özü onun rəhbəri idi.  Neftlə əlaqəli elmi konfranslar, dəyirmi masalar keçirirdilər. Azad  müəllimin  həmin cəmiyyətdə yetirşdirdiyi gənclər indi BP-də, neft şirkətində və  nüfuzlu xarici şirkətlərdə çalışırlar. Mənim yadıma gəlir ki, o rəhmətə gedəndə Behbudov adına Mahnı Teatrında vida mərasimi keçirilirdi. BP-də çalışan və onun yetirmələri olan insanlar onunla vidalaşmağa gedirdilər. Baxmayaraq ki, mən onu tanımırdım, amma vidalaşmağa getdim. Elə bizdə çalışan mütəxəssislər onun cənazəsi qarşısında karaulda dayandılar və onu çiyinlərində son mənzilə yola saldılar.”

P.S. Bu gün də Azad Mirzəcanzadənin tələbələri öz çiyinlərində onun haqqını daşıyırlar...


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Qızılağac Milli Parkı yaradılır
26.09.2018, 18:31

Qızılağac Milli Parkı yaradılır

Prezident Gəncəyə 10 milyon manat ayırdı
26.09.2018, 18:22

Prezident Gəncəyə 10 milyon manat ayırdı

Mehriban Əliyevanın İtaliyaya rəsmi səfəri başa çatıb
26.09.2018, 18:16

Mehriban Əliyevanın İtaliyaya rəsmi səfəri başa çatıb

YAP Lerik rayon təşkilatının yaranmasının 25-ci ildönümü qeyd olunub - FOTO
26.09.2018, 18:10

YAP Lerik rayon təşkilatının yaranmasının 25-ci ildönümü qeyd olunub - FOTO

Prezident Mədət Quliyevlə bağlı sərəncam VERDİ
26.09.2018, 18:05

Prezident Mədət Quliyevlə bağlı sərəncam VERDİ

Əflatun Amaşov beynəlxalq konfransda danışıb
26.09.2018, 18:01

Əflatun Amaşov beynəlxalq konfransda danışıb

Prezident rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramını təsdiqləyib
26.09.2018, 17:58

Prezident rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramını təsdiqləyib

Putin Ermənistana səfərini təxirə saldı
26.09.2018, 17:52

Putin Ermənistana səfərini təxirə saldı

İtaliya Prezidenti Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verdi
26.09.2018, 17:47

İtaliya Prezidenti Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verdi

Komitə sədri səfirlə görüşdü - FOTO
26.09.2018, 17:47

Komitə sədri səfirlə görüşdü - FOTO

Tramp Maduro ilə görüşməyə hazırdır
26.09.2018, 17:44

Tramp Maduro ilə görüşməyə hazırdır

Bakcell “Karyerada ilk addım” məşğulluq tədbirinə qoşuldu
26.09.2018, 17:42

Bakcell “Karyerada ilk addım” məşğulluq tədbirinə qoşuldu

Nazirlik yanında İctimai Şura TOPLANDI: Əlillərlə bağlı bu çatışmazlıqlar qabardıldı
26.09.2018, 17:36

Nazirlik yanında İctimai Şura TOPLANDI: Əlillərlə bağlı bu çatışmazlıqlar qabardıldı

Deputatlar Moldovaya gediblər
26.09.2018, 17:33

Deputatlar Moldovaya gediblər

Prezident cüdo üzrə dünya çempionatının yarışlarını izləyir
26.09.2018, 17:26

Prezident cüdo üzrə dünya çempionatının yarışlarını izləyir

Manatın sabahkı MƏZƏNNƏSİ
26.09.2018, 17:21

Manatın sabahkı MƏZƏNNƏSİ

Dağıstanın keçmiş rəhbərinin qardaşı tutuldu
26.09.2018, 17:16

Dağıstanın keçmiş rəhbərinin qardaşı tutuldu

Mehriban Əliyeva Vatikanda Müqəddəs Sebastian katakombalarının açılışında - FOTO
26.09.2018, 17:10

Mehriban Əliyeva Vatikanda Müqəddəs Sebastian katakombalarının açılışında - FOTO

Bu ölkədə 5 ildə 400 min insan öldürülüb 
26.09.2018, 17:07

Bu ölkədə 5 ildə 400 min insan öldürülüb 

Tibb eksperti Azərbaycanın baş onkoloquna etiraz etdi
26.09.2018, 17:06

Tibb eksperti Azərbaycanın baş onkoloquna etiraz etdi

Agentlik jurnalistlər üçün 2 müsabiqə elan etdi
26.09.2018, 16:46

Agentlik jurnalistlər üçün 2 müsabiqə elan etdi

Azərbaycan Tərcümə Mərkəzinin Elmi Şurası ilk toplantısını keçirib
26.09.2018, 16:41

Azərbaycan Tərcümə Mərkəzinin Elmi Şurası ilk toplantısını keçirib

Mehriban Əliyeva Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşüb - FOTO
26.09.2018, 16:35

Mehriban Əliyeva Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşüb - FOTO

Azərbaycanda ilk dəfə beynəlxalq “İnnovasiyalar həftəsi” keçiriləcək
26.09.2018, 16:30

Azərbaycanda ilk dəfə beynəlxalq “İnnovasiyalar həftəsi” keçiriləcək

Hesablama Palatası Sahibkarlığa Kömək Milli Fondunu yoxladı
26.09.2018, 16:29

Hesablama Palatası Sahibkarlığa Kömək Milli Fondunu yoxladı

Hillari Klintonla şam yeməyi üçün 5400 dollar ödəniləcək
26.09.2018, 16:29

Hillari Klintonla şam yeməyi üçün 5400 dollar ödəniləcək

“Azərbaycanın Birinci vitse-prezidentinin İtaliya səfəri əlaqələrimizə əlavə təkan olacaq” - Deputat
26.09.2018, 16:28

Azərbaycanın Birinci vitse-prezidentinin İtaliya səfəri əlaqələrimizə əlavə təkan olacaq” - Deputat

ADU-da italyan dilində “Xilaskar Ömrü” sənədli filmi nümayiş olundu
26.09.2018, 16:23

ADU-da italyan dilində “Xilaskar Ömrü” sənədli filmi nümayiş olundu

Putinin Azərbaycana səfər proqramı AÇIQLANDI
26.09.2018, 16:21

Putinin Azərbaycana səfər proqramı AÇIQLANDI

Bakı Meriyası “Qarabağ  mitinqi”nə İCAZƏ VERDİ
26.09.2018, 16:16

Bakı Meriyası “Qarabağ  mitinqi”nə İCAZƏ VERDİ

Səfirliyin ərazisində qumarxana fəaliyyət göstərib?
26.09.2018, 16:10

Səfirliyin ərazisində qumarxana fəaliyyət göstərib?

Deputatlar Oqtay Şirəliyevin qızının təyinatına SEVİNİRLƏR   
26.09.2018, 16:06

Deputatlar Oqtay Şirəliyevin qızının təyinatına SEVİNİRLƏR  

Vilayət Quliyevin Topçubaşovla bağlı kitabı çıxdı
26.09.2018, 16:04

Vilayət Quliyevin Topçubaşovla bağlı kitabı çıxdı

Azərbaycanda dəfnə icazə verilməyən ərazilərdə ölü basdıranlar cərimələnəcəklər   
26.09.2018, 16:03

Azərbaycanda dəfnə icazə verilməyən ərazilərdə ölü basdıranlar cərimələnəcəklər  

BDU-da Həsən Abdullayevin xatirə barelyefi açılıb - FOTO
26.09.2018, 15:45

BDU-da Həsən Abdullayevin xatirə barelyefi açılıb - FOTO

Məktəblər arasında idman növləri üzrə respublika çempionatı keçiriləcək - FOTO
26.09.2018, 15:39

Məktəblər arasında idman növləri üzrə respublika çempionatı keçiriləcək - FOTO

Azərbaycanda hamı o sürücünü axtarır - FOTO   
26.09.2018, 15:32

Azərbaycanda hamı o sürücünü axtarır - FOTO  

Bakıda məktəblərin həyətində şagirdlərə qarşı əxlaqsızlıq edən şəxs yaxalandı - FOTO
26.09.2018, 15:27

Bakıda məktəblərin həyətində şagirdlərə qarşı əxlaqsızlıq edən şəxs yaxalandı - FOTO

Bolton İranı sərt hədələdi
26.09.2018, 15:21

Bolton İranı sərt hədələdi

Mehriban Əliyeva Roma Papası ilə görüşdü 
26.09.2018, 15:20

Mehriban Əliyeva Roma Papası ilə görüşdü 

“Qanımızı axıdan namussuzun cəzasını...” - Sevil Nuriyeva Etimaddan YAZDI  
26.09.2018, 14:58

“Qanımızı axıdan namussuzun cəzasını...” - Sevil Nuriyeva Etimaddan YAZDI  

“Paşinyan Yerevan küçələri ilə BMT Baş Assambleyasının kürsüsünü qarışıq salıb”
26.09.2018, 14:49

“Paşinyan Yerevan küçələri ilə BMT Baş Assambleyasının kürsüsünü qarışıq salıb

Qəbiristanlıqlarda sanitar normaları pozanlar cərimələnəcək   
26.09.2018, 14:43

Qəbiristanlıqlarda sanitar normaları pozanlar cərimələnəcək  

Ağcabədidə konsert keçirildi
26.09.2018, 14:43

Ağcabədidə konsert keçirildi

Fransalı müsəlmanlarının düşməni xəstəxanaya düşdü
26.09.2018, 14:29

Fransalı müsəlmanlarının düşməni xəstəxanaya düşdü

Azərbaycanda broyler toyuqlarını rəbgləyib “kənd toyuğu” kimi satanlar həbs edildilər
26.09.2018, 14:27

Azərbaycanda broyler toyuqlarını rəbgləyib “kənd toyuğu” kimi satanlar həbs edildilər

Bakıdakı universitetdə ölüm hadisəsi - tələbə dünyasını dəyişdi
26.09.2018, 14:27

Bakıdakı universitetdə ölüm hadisəsi - tələbə dünyasını dəyişdi

“ARB 24”ə yeni direktor təyin olundu
26.09.2018, 14:18

“ARB 24”ə yeni direktor təyin olundu

Ələtdə qəza - sürücü öldü
26.09.2018, 14:12

Ələtdə qəza - sürücü öldü

İranla Böyük Britaniya yaxınlaşır
26.09.2018, 14:11

İranla Böyük Britaniya yaxınlaşır

ARXİV