Modern.az

“Əmtəə nişanları və coğrafi göstəricilər” jurnalı çap olunub

“Əmtəə nişanları və coğrafi göstəricilər” jurnalı çap olunub

Ölkə

3 Dekabr 2009, 17:14

Hər bir mal, məhsul və xidmət adı ilə tanınır. Əmtəə nişanı bazara çıxmaq üçün sahibkarın vizit kartıdır. Demək olar ki, müəssisənin uğurlarının açarıdır. Dünyada tanınmış Azərbaycan brendləri, əmtəə nişanlarının timsalında bunu aydın görmək olar. Uğurlu seçilmiş əmtəə nişanı keyfiyyəti tamamlayaraq gələcəkdə brend, marka halında təkcə sahibkara yox, həm də dövlətə uğur gətirir.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində əmtəə nişanlarının qeydə alınması üçün il ərzində minlərlə iddia sənədlərinə baxılır, qeydə alınmış nişanların dünyada sahiblik hüququ qorunur.

Modern.az xəbər verir ki, artıq dövlət qeydiyyatına salınmış əmtəə nişanları haqda məlumatları komitənin rəsmi bülletenində daha ətraflı tanış olmaq olar. 2009-cu il ərzində qeydə alınmış əmtəə nişanları “Əmtəə nişanları və coğrafi göstəricilər” jurnalında çap olunub. Jurnalda əmtəə nişanlarnın adı, şəkli, hüququ sahibi və hansı sahədə istifadəsinə icazə verildiyi haqda ətraflı məlumatlar verilib.

 Jurnalı əldə etmək istəyənlər (012) 440 52 40 və 055 603 01 61 nömrələrinə zəng edə bilərlər 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir