Modern.az

Polis postuna silahlı hücum: 4 ölü

Polis postuna silahlı hücum: 4 ölü

9 İyul 2018, 00:47

Polis postuna silahlı hücum olub. Modern.az xəbər verir ki, hadisə Səudiyyə Ərəbistanının Əl-Kasim mərkəzi inzibati dairəsinda qeydə alınıb.

Məlumata görə, silahlı hücum nəticəsində bir polis əməkdaşı və bir Banqladeş vətəndaşı həlak olub.

 

Səudiyyə Ərəbistanı DİN-nin nümayəndəsi bildirib ki, üç naməlum silahlı avtomobildən postu atəşə tutub. Polislər cavab atəşi ilə 2 silahlını öldürüb, 1-ni isə yaralanıb.

 

Prokurorluq hadisə ilə bağlı araşdırmaya başlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı