Modern.az

Nazir müavini: “Buraxılış siniflərində imtahan nəticələri 4,75 faiz yaxşılaşıb”  

Nazir müavini: “Buraxılış siniflərində imtahan nəticələri 4,75 faiz yaxşılaşıb”   

9 İyul 2018, 10:54

“Ümumi ölkə üzrə şagirdlərin qiymətləndirilməsini Dövlət İmtahan Mərkəzi (DİM) həyata keçirir. Biz hazırda DİM tərəfindən buraxılış sinifləri üzrə götürülmüş imthanların nəticələrini təhlil prosesinə başlamışıq”.

Modern.az xəbər verir ki, bu sözləri təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir vəzifəsini icra edən Məhəbbət Vəliyeva deyib. O bildirib ki, bu təhlil prosesi əsasında təhsildə keyfiyyət haqqında danışmaq mümkün olacaq.

“Ümumilikdə götürəndə ötən dərs ili əvvəlki dərs illəri ilə müqayisədə daha yaxşı nəticə əldə etməyə imkan verib. Yalnız Bakı şəhəri üzrə ötən dərs ilində məktəblərin buraxılış siniflərinin şagirdlərinin imtahan nəticələri 4,75 faiz yaxşılaşıb. Güman edirik ki, “Keyfiyyət ili”ndə həyata keçirlilən tədbirlər nəticəsində bu il də keyfiyyətin artmasına nail ola bildik”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir