23 sentyabr 2018, Bazar
Ana Səhifə - ƏDƏBİYYAT - İntihara cəhd edən yazar ictimaiyyətə səsləndi: “Mənim məhşurluğa ehtiyacım yoxdur”  
İntihara cəhd edən yazar ictimaiyyətə səsləndi: “Mənim məhşurluğa ehtiyacım yoxdur”  
09.07.2018, 11:06

Şənbə günü "Facebook" sosial şəbəkəsindəki canlı yayımda intihara cəhd edən, lakin yaxınları tərəfindən xilas olunan yazar Cəlil Cavanşır ictimaiyyətə müraciət edib.

Cəlil Cavanşır Modern.az saytına göndərdiyi müraciətində bildirib:


“Salam əziz dostlar!
 

Bəzilərinizin narahat olduğunu nəzərə alıb, hamıya ümumi bir müsaj yazmağın yerində olacağını düşündüm.

 

Sizləri narahat etdiyim üçün hamınızdan üzr istəyirəm! 

 

Bütün baş verənlərə cavab vermək məsuliyyətini hiss etdiyim üçün, bu halımda belə cavab verməyi özümə borc bilirəm.

 

İnsanların narahat olduğunu anlayıram və xəbərsiz yoxa çıxmağı yanlış hesab edirəm. Amma nəzərə alın ki, toparlanmaq üçün təkliyə və təbiətə ehtiyacım var. Dünən hiss etdim ki, hər şey daha da pisə doğru gedir.

Yüzlərlə təsəlli verən, yaşadığıma sevinən, qayğıma qalan və yol göstərənlərlə yanaşı məni yenidən təhrik edənlər vardı. Bunu hələ də anlamıram, mənim etirazım sizi niyə qıcıqlandırır?

 

Mən düşdüyüm vəziyyətdən, qapıldığım qaranlıqdan çıxacağam, bəs siz? Siz bu kinlə, nifrətlə, qəzəblə hara gedəcəksiniz?

 

Hazırda fiziki və mənəvi ağrılarla mübarizə aparıram. Tezliklə toparlanacığama, yaralarımın sağalacağına  inanıram və heç bir həkim müdaxiləsinə, prsixoloqa, psixatra ehtiyac görmürəm. Bunları vaxtında etməli idim. İndi isə ailəmin yanında olmaq mənim üçün ən böyük stimuldur. Bu halımda belə ailəm məni tək qoymadı. Və çalışın ailənizə, sizi anlayan, sizi başa düşən insanlara belə pisliklər etməyin!

 

Etdiklərimi yanlış hesab edənlər, bunun şou olduğunu düşünənlər oldu. Hər kəsin qınağını, gileyini qəbul edirəm. Amma bu addımım affekt halında atılan bir addımdır və nə qədər sakitləşsəm də, o gün baş verənlərlə bağlı heç nəyi xatırlaya bilmirəm. Mənim bu şəkildə məhşur olmağa ehtiyacım olmadığını hər kəs bilir, çünki heç bir zaman məhşur olmaq üçün addım atmamışam. O gün ölsəm nə dəyişəcəkdi? Mahiyyət etibarı ilə bu qəddar, ruhsuz, insafsız adamlar üçün heç nə dəyişməzdi. Amma daha çox üzülənlər, əzab çəkənlər gördüm. Onlar üçün bu axmaqlığı etməməli idim.

 

Mənim məhşurluğa yox, xoşbəxtliyə ehtiyacım var. 

 

Konkret səbəblərə gəlincə, qısa olaraq izah edim ki, xoşbəxt deyiləm. Uzun müddətdir depresiyadayam. Amma bütün bunları tətikləyən bəzən kiçik səbəblər olur. Bəzən aylarla övladlarımın üzünü görə, onların kiçicik istəklərini yerinə yetirə bilmirəm.  Belə məqamda insanın özünə yaxın bildiyi, dəstək gözlədiyi yaxın dostlar, yoldaşlar olur. Həyat şəraitim elədir ki, uzun müddətdir dostlarımla görüşə bilmirdim. Və həyatımda  doğma, yaxın, əziz hesab etdiyim adam, ən çətin anımda mənə dəstək olmağı yox, mənim bu addımı atmağımı istədi. Onu da artıq qınamıram. Hər kəs mahiyyətinə görə davranır, haqqı olanı yaşayır. Deyək ki, mənim də yaşadıqlarım mənim haqqımdır.

 

Bu addımımın arxasında ciddi sosial, iqtisadi və mənəvi səbəblər  axtara bilərsiniz. Amma mən işsizlikdən, evsizlikdən şikayətçi deyiləm. Kirayələrdə yaşamaq imkanım olmasa, küçələrdə yaşaya və heç vaxt bundan şikayət edib, heç kəsdən kömək gözləmərəm. Ən sevdiyim övladlarım ac qalsa belə, mən buna görə kiməsə əyilmərəm, əyilməmişəm də.

Heç bir insan qəfildən intihar həddinə çatmır. Mənim kimi həssas bir adamın bu vəziyyətə gəlməsi isə an məsələsidir. Bəli, nə qədər səhv olsasa da mən həssas bir insanam və bu hala düşməyimdə də özüm günahkaram. Müəyyən şeyləri vaxtında ağılla həll etmədiyim üçün, ölümün bir addımlığından döndüm. 

 

Yaşadığım heç nədən utanmıram və heç nəyi unutmuram. Bütün bunlar başıma gəlməli idi və gəldi. 

 

Bir məqama da aydınlıq gətirim. Mən çoxlarının düşündüyü kimi əyyaş həyatı yaşamıram, yaşamamışam. Sadəcə 6 ay ərzində dörd kitab tərcümə etmişəm və onlarla yazı yazmışam. Çox ciddi kitabların redaktəsi ilə məşğul olmaqla yanaşı ciddi bir qurumda illərdi kitab təbliğatı ilə məşğulam. 

 

Bəlkə də fikirlərim rabitəsiz, qarışıq ola bilər. Üzürlü sayın, çünki hələ də durumum sabit deyil. Amma hər şey yaxşı olacaq!

 

Əziz dostlar, dəyərli insanlar!

Heç kəs bu nümunədən təsirlənməsin. Təbii ki əsəbləri yerində olmayan insanlar üçün çox pis nümunə olduğumun fərqindəyəm. Buna görə üzr istəsəm də, heç nə dəyişmir. Həyatınızda olan hər şeyi səbrlə, sakitliklə, soyuq başla analiz edin. Mən bunu bacarmamışamsa, bu mənim günahımdır. Sizə dəyər verən insanlardan, sizi sevənlərdən qaçmayın. Düşüncələrinizlə, reallıqla beyninizdə qurduğunuz xəyallar üst-üstə düşməyə bilər. Bağışlamağı, geri çəkilməyi, hər şeyə təmkinli yanaşmağı öyrənin.

 

Bu gün həyatda olmağımdan məmnun olmasam da, mənim həyatda qalmağım üçün hər şeyi edən sevimli, təmiz ürəkli, təmənnasız insanlara minnətdaram. Nə qədər çətin olsa da, tezliklə sizlərin arasına qayıdıb həyatımı qaldığım yerdən davam edəcəm!

 

Unutmayın, nifrət yox sevgi xilas edir!

 

Sizləri sevirəm insanlar! Yaxınlarınızdan, doğmalarınızdan muğayat olun!  Problemi olanlara həssaslıqla yanaşın! Heç kəsi intihar həddinə çatdırmayın!

Qəlbinizdə sevgini və mərhəməti bəsləyin! Kindən, nifrətdən, biganəlikdən, laqyidlikdən uzaq olun!

 

Əziz dostlarım, doğmalarım! Sizləri çox sevirəm və sizin üçün yaşamağa davam edirəm!

 

Sevgilərlə, sizin Cəlil...”..

 

Xatırladaq ki, iyulun 7-də "Facebook"da canlı yayımda intihara cəhd edən Cəlil Cavanşır sosial şəbəkədəki dostlarına vida nitqi söyləyib. Bundan sonra o, sevgi, həyat, ölkə barədə müxtəlif qarışıq fikirlər söyləyərək damarlarını kəsdiyini nümayiş etdirib.

 

Yazar sosial şəbəkə istifadəçilərinə ünvanını və harada olduğunu bildirməyib. C.Cavanşir çıxışında qeyd edib ki, indiyə qədər 11 dəfə intihara cəhd edib.

 

Lakin Cəlil Cavanşirin qardaşı yazıçının yaşadığı evə gələrək, onun intihar cəhdinin qarşısını alıb.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Dəhşətli virus 100 il sonra yenidən qayıda bilər
23.09.2018, 00:26

Dəhşətli virus 100 il sonra yenidən qayıda bilər

Övladına məktəbli geyimi ala bilməyən ata intihar etdi
23.09.2018, 00:03

Övladına məktəbli geyimi ala bilməyən ata intihar etdi

Qrenlandiyada buzlar sürətlə əriyir
22.09.2018, 23:42

Qrenlandiyada buzlar sürətlə əriyir

Hicab geyinən kişi bankı qarət etdi
22.09.2018, 23:15

Hicab geyinən kişi bankı qarət etdi

Xamenei terrora görə ABŞ-ı ittiham etdi
22.09.2018, 22:58

Xamenei terrora görə ABŞ-ı ittiham etdi

Avtobus qəzasında 13 nəfər öldü
22.09.2018, 22:41

Avtobus qəzasında 13 nəfər öldü

Mübahisə edən iki baş məşqçi meydandan qovuldu
22.09.2018, 22:27

Mübahisə edən iki baş məşqçi meydandan qovuldu

Qarabağda erməni əsgəri öldürüldü
22.09.2018, 22:14

Qarabağda erməni əsgəri öldürüldü

Saatlı sakini qaynanasını qətlə yetirdi, həyat yoldaşını yaraladı
22.09.2018, 21:58

Saatlı sakini qaynanasını qətlə yetirdi, həyat yoldaşını yaraladı

“Qarabağ”ın  oyununa 10 min bilet satıldı
22.09.2018, 21:45

“Qarabağ”ın  oyununa 10 min bilet satıldı

Hərbi paraddakı partlayışda ölənlərin sayı 28-ə çatdı
22.09.2018, 21:29

Hərbi paraddakı partlayışda ölənlərin sayı 28-ə çatdı

Əbülfəs Qarayev Moskvada müzakirələr apardı
22.09.2018, 21:12

Əbülfəs Qarayev Moskvada müzakirələr apardı

Leyla Əliyeva Beynəlxalq Sülh Gününə həsr olunan tədbirdə - FOTOLAR
22.09.2018, 20:56

Leyla Əliyeva Beynəlxalq Sülh Gününə həsr olunan tədbirdə - FOTOLAR

Bakıda ana 8 yaşlı qızını bu səbəbdən CƏZALANDILRDI
22.09.2018, 20:34

Bakıda ana 8 yaşlı qızını bu səbəbdən CƏZALANDILRDI

Tahir Süleymanov “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
22.09.2018, 20:31

Tahir Süleymanov “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

Azərbaycan paracüdoçusuna  yeddinci dan qara kəmər verildi 
22.09.2018, 20:19

Azərbaycan paracüdoçusuna  yeddinci dan qara kəmər verildi 

Milli Məclisin komitə sədri AŞPA tədbirinə qatılacaq
22.09.2018, 20:03

Milli Məclisin komitə sədri AŞPA tədbirinə qatılacaq

FHN çarpayıdan yıxılan ağır çəkili kişini xilas etdi
22.09.2018, 18:00

FHN çarpayıdan yıxılan ağır çəkili kişini xilas etdi

Prezident Bakıda Dünya Çempionatını izlədi
22.09.2018, 17:56

Prezident Bakıda Dünya Çempionatını izlədi

Prezident Səudiyyə Ərəbistanının Kralını və Vəliəhdini təbrik edib
22.09.2018, 17:45

Prezident Səudiyyə Ərəbistanının Kralını və Vəliəhdini təbrik edib

Libermanın Azərbaycan səfərinin nəticələri Yerevanda təşviş yaradıb
22.09.2018, 17:38

Libermanın Azərbaycan səfərinin nəticələri Yerevanda təşviş yaradıb

Sumqayıtda avtomobillə vurulan piyada xəstəxanada öldü
22.09.2018, 17:31

Sumqayıtda avtomobillə vurulan piyada xəstəxanada öldü

İlham Əliyev İran prezidentinə başsağlığı verdi
22.09.2018, 17:14

İlham Əliyev İran prezidentinə başsağlığı verdi

Moskva tarixinin ən isti payızını yaşayır
22.09.2018, 17:00

Moskva tarixinin ən isti payızını yaşayır

“Florens” qasırğasının vurduğu zərər hesablandı
22.09.2018, 16:40

“Florens” qasırğasının vurduğu zərər hesablandı

Türkiyədə "Google" milyon dollar cərimələndi
22.09.2018, 16:25

Türkiyədə "Google" milyon dollar cərimələndi

Ermənistanda Futbol Federasiyasına yeni prezident seçildi
22.09.2018, 16:09

Ermənistanda Futbol Federasiyasına yeni prezident seçildi

“Arxivdə Azərbaycandakı “KQB” agenturası barədə izlər hələ də qalır”
22.09.2018, 16:04

“Arxivdə Azərbaycandakı “KQB” agenturası barədə izlər hələ də qalır”

Bakıda xuliqanlıq edən şəxs tutulub
22.09.2018, 15:53

Bakıda xuliqanlıq edən şəxs tutulub

İŞİD İrandakı terror aktına görə məsuliyyəti öz üzərinə götürdü
22.09.2018, 15:42

İŞİD İrandakı terror aktına görə məsuliyyəti öz üzərinə götürdü

İranda hərbi parada silahlı hücum – Ölənlər var - VİDEO+YENİLƏNİB
22.09.2018, 15:24

İranda hərbi parada silahlı hücum – Ölənlər var - VİDEO+YENİLƏNİB

Yenot hər kəsi qorxuya saldı - VİDEO
22.09.2018, 15:20

Yenot hər kəsi qorxuya saldı - VİDEO

Neftin qiyməti yenidən 100 dolları keçə bilər - PROQNOZ
22.09.2018, 15:11

Neftin qiyməti yenidən 100 dolları keçə bilər - PROQNOZ

Hadi Rəcəbli Maltalı deputatları müşaiyət etdi
22.09.2018, 14:59

Hadi Rəcəbli Maltalı deputatları müşaiyət etdi

Beyləqanda 196 ağac yandırıldı
22.09.2018, 14:49

Beyləqanda 196 ağac yandırıldı

ARXİV