Modern.az

Ərəb biznesmen Qarabağda fındıq bağları salacaq - TƏXRİBAT

Ərəb biznesmen Qarabağda fındıq bağları salacaq - TƏXRİBAT

Qarabağ

9 İyul 2018, 15:52

Livanlı iş adamı, “Gardenia Lebanese Farms” şirkətinin prezidenti Nikolya Əbu Feysəl Ermənistan Silahlı Qüvvələrinin işğalı altındakı Dağlıq Qarabağ torpaqlarına səfər edib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, ərəb iş adamı bölgədə 300 hektar sahədə fındıq bağları salmaq istəyir. O bunun üçün Xocavənd və keçmiş Ağdərə rayonlarının ərazisini gözdən keçirir. 


Ərəb biznesmen Xankəndinə gedərək, separatçı rejimin rəhbələri ilə görüşüb və öz investisiya planını təqdim edib.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir