20 iyul 2018, Cümə
Ana Səhifə - MEDİA - Baş Prokurorluq Elmar Vəliyevə sui-qəsdlə bağlı bir neçə saytı cəzalandırdı - ADLAR
Baş Prokurorluq Elmar Vəliyevə sui-qəsdlə bağlı bir neçə saytı cəzalandırdı - ADLAR
09.07.2018, 17:27

2018-ci il iyulun 3-də Rusiya Federasiyası vətəndaşı Yunis Səfərovun Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı törətdiyi məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı ilə əlaqədar bəzi kütləvi informasiya vasitələrinin vəzifəli şəxsləri, həmçinin ayrı-ayrı şəxslər tərəfindən internet informasiya resursları vasitəsilə həqiqətə uyğun olmayan təxribat xarakterli məlumatlar yayılıb.

Baş Prokurorluqdan Modern.az-a bildirilib ki, həmin məlumatlara ictimai rəyi çaşdırmaq, ictimai-siyasi sabitliyi pozmaq, terrorçuluğu dəstəkləyən, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmaq, cinayətkarlığa qarşı mübarizə sahəsində hüquq mühafizə orqanları tərəfindən görülən işlərin üzərinə kölgə salmaq məqsədilə bilə-bilə yalan məlumatlar, eləcə də yayılması qanunla qadağan edilən informasiyalar daxil edilərək terrorçuluğa və hakimiyyətin zorla ələ keçirilməsinə və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar edilib.

"Belə ki, bəzi profillər vasitəsi ilə sosial şəbəkələrdə müxtəlif məzmunlu paylaşımlarda və ya şərhlərdə terrorçuluğa açıq çağırışlar edilməsi faktları üzrə Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar) maddəsi ilə cinayət işləri başlanıb.

Bundan başqa, sosial şəbəkələrdə müxtəlif məzmunlu paylaşımlar etməklə insanları qanunsuz etiraz aksiyaları təşkil edərək hakimiyyətin zorla ələ keçirilməsinə və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar edilməsi faktı ilə bağlı isə Cinayət Məcəlləsinin 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) maddəsi ilə cinayət işi başlanıb.

Həmin cinayət işləri ibtidai istintaqın aparılması üçün Dövlət Təhlükəsizliyi Xidmətinə göndərilmiş və hazırda təqsirli şəxslərin müəyyən edilib məsuliyyətə cəlb edilmələri üçün əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Göstərilənlərlə yanaşı, “criminalaz.com” və “bastainfo.com” internet saytlarının internet informasiya resurslarına məlumatları yerləşdirməyə məsul olan vəzifəli şəxsləri ötən dövr ərzində “Kütləvi informasiya vasitələri” haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələblərini pozduqlarına görə Baş Prokurorluq tərəfindən iki dəfə rəsmi xəbərdarlıq edilmələrinə baxmayaraq, həmin qanunun tələblərini qərəzli şəkildə yenidən pozaraq 03-06 iyul 2018-ci il tarixlərdə dərc edilmiş müxtəlif başlıqlı məqalələrdə ictimai rəyi çaşdırmaq, ictimai-siyasi sabitliyi pozmaq, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmaq məqsədi ilə bilə-bilə yalan məlumatlar, eləcə də yayılması qanunla qadağan edilən informasiyalar daxil edərək yayımlayıblar.

Həmin faktlarla bağlı Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi) maddəsi ilə cinayət işi başlanmaqla ibtidai istintaqın aparılması Bakı şəhər prokurorluğuna tapşırılıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunda aparılmış araşdırmalarla “topxeber.az” və “fia.az” internet saytlarının vəzifəli şəxsləri tərəfindən “Kütləvi informasiya vasitələri” haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələblərinin kobud şəkildə pozulması, cəmiyyətdə çaşqınlıq yaranmasına səbəb olan, konkret faktlara əsaslanmayan, sensasiya xarakterli məlumatların məqsədli şəkildə yayılması müəyyən edilib.

Bununla əlaqədar, internet saytlarının rəhbərləri Baş Prokurorluğa dəvət edilərək, onlardan “Prokurorluq haqqında” Qanunun tələblərinə müvafiq olaraq rəhbəri olduqları internet saytlarında sensasiya naminə informasiyaların yayılmasına son qoyulması tələb edilməklə, gələcəkdə dövlətin rəsmi qurumlarının mətbuat xidmətləri ilə dəqiqləşdirmə aparmadan qanunazidd əməllərini davam etdirəcəkləri təqdirdə barələrində cinayət məsuliyyəti də daxil olmaqla qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəkləri barədə rəsmi xəbərdarlıq edilmişlər.

“Bastainfo.com”, “criminalaz.com”, “topxeber.az” və “fia.az” internet saytlarının internet informasiya ehtiyatına müraciətlərinin məhdudlaşdırılması və digər məhdudiyyətlərin tətbiqi üçün müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edilib.

Baş Prokurorluq tərəfindən bir daha kütləvi informasiya vasitələrinə, o cümlədən sosial şəbəkə istifadəçilərinə (“facebook”, “twitter”, “instagram” və s.) “Kütləvi informasiya vasitələri” haqqında Qanunun tələblərinə riayət etmələrinə dair xəbərdarlıq olunmaqla ölkəmizdə bərqərar olmuş ictimai-siyasi sabitliyin pozulmasına, terrorçuluğu dəstəkləyən, əhali arasında vahimə yaratmaq məqsədilə dövlət və ictimai xadimlərin həyatına sui-qəsd etməklə terrorçuluğa açıq çağırışlar, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmaq, insanları konkret yeri və vaxtı göstərilərək qanunsuz etiraz aksiyaları keçirməyə təhrik etməklə hakimiyyətin zorla ələ keçirilməsinə və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar və digər istənilən qanunazidd hərəkətlərin qarşısının alınması üçün respublikanın hüquq mühafizə orqanları tərəfindən monitorinq həyata keçirilməklə bu cür hərəkətlərə yol verən müvafiq şəxslər barəsində ən ciddi məsuliyyət tədbirlərinin görülməsi təmin ediləcək".

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Sabah hava necə olacaq? - PROQNOZ   
20.07.2018, 12:41

Sabah hava necə olacaq? - PROQNOZ  

Mehriban Əliyeva MDB ölkələrinin DİN rəhbərləri ilə GÖRÜŞDÜ
20.07.2018, 12:36

Mehriban Əliyeva MDB ölkələrinin DİN rəhbərləri ilə GÖRÜŞDÜ

İlham Əliyev Fransada şirkət rəhbərləri ilə görüşdü - YENİLƏNİB
20.07.2018, 12:22

İlham Əliyev Fransada şirkət rəhbərləri ilə görüşdü - YENİLƏNİB

ABŞ-ın müdafiə nazirindən Türkiyəyə satılacaq F-35-lərlə bağlı önəmli MESAJ   
20.07.2018, 12:21

ABŞ-ın müdafiə nazirindən Türkiyəyə satılacaq F-35-lərlə bağlı önəmli MESAJ  

Əbülfəs Qarayev Qazaxda şikayətləri dinlədi
20.07.2018, 12:15

Əbülfəs Qarayev Qazaxda şikayətləri dinlədi

“Prezident gənclər siyasətinə xüsusi diqqət ayırır”
20.07.2018, 12:02

“Prezident gənclər siyasətinə xüsusi diqqət ayırır”

Həyətlərdə çətənə kolları aşkarlandı
20.07.2018, 11:49

Həyətlərdə çətənə kolları aşkarlandı

Azərbaycanda sarılıq təhlükəsi - 365 mindən çox heyvan peyvənd olundu
20.07.2018, 11:35

Azərbaycanda sarılıq təhlükəsi - 365 mindən çox heyvan peyvənd olundu

Bakıda daha bir piyada ölümü
20.07.2018, 11:22

Bakıda daha bir piyada ölümü

ABŞ-da gəmi faciəsi: 11 ölü
20.07.2018, 11:18

ABŞ-da gəmi faciəsi: 11 ölü

“Bakcell”dən “Təhsil Avtobusu-2018” Yay Məktəbinin keçirilməsinə dəstək
20.07.2018, 11:15

“Bakcell”dən “Təhsil Avtobusu-2018” Yay Məktəbinin keçirilməsinə dəstək

“Səba” istehlakçılara müraciət etdi - XƏBƏRDARLIQ
20.07.2018, 11:14

“Səba” istehlakçılara müraciət etdi - XƏBƏRDARLIQ

AZAL narazı sərnişinlərə cavab verdi
20.07.2018, 11:02

AZAL narazı sərnişinlərə cavab verdi

Məşhur şirkət malı endirimlə satmamaq üçün yandırır
20.07.2018, 10:59

Məşhur şirkət malı endirimlə satmamaq üçün yandırır

IV qrupda 150 bal toplayan abituriyentlərə şans verildi   
20.07.2018, 10:58

IV qrupda 150 bal toplayan abituriyentlərə şans verildi  

10 min manatlıq stəkan oğurlayanlar saxlanıldı
20.07.2018, 10:55

10 min manatlıq stəkan oğurlayanlar saxlanıldı

Bakıda ağır yol qəzası - 13 nəfər yaralandı
20.07.2018, 10:52

Bakıda ağır yol qəzası - 13 nəfər yaralandı

Nazir arxeoloji qazıntılarla tanış oldu
20.07.2018, 10:47

Nazir arxeoloji qazıntılarla tanış oldu

Təbiəti çirkləndirənlər CƏRİMƏLƏNDİ
20.07.2018, 10:44

Təbiəti çirkləndirənlər CƏRİMƏLƏNDİ

Dövlət qulluğuna qəbul üçün sınaq imtahanına qeydiyyat başa çatır
20.07.2018, 10:41

Dövlət qulluğuna qəbul üçün sınaq imtahanına qeydiyyat başa çatır

Tramp Putini HƏDƏLƏDİ: “Ən qatı düşməni olacam”   
20.07.2018, 10:36

Tramp Putini HƏDƏLƏDİ: Ən qatı düşməni olacam”  

Qızlar da maşinist olmaq istəyir - 9 xanım “Bakı Metropoliteni”nə SƏNƏD VERDİ   
20.07.2018, 10:29

Qızlar da maşinist olmaq istəyir - 9 xanım “Bakı Metropoliteni”nə SƏNƏD VERDİ  

Bakı Ali Neft Məktəbinin 5  məzunu BP-dən iş təklifi aldı
20.07.2018, 10:28

Bakı Ali Neft Məktəbinin 5  məzunu BP-dən iş təklifi aldı

ABŞ müdafiə naziri Türkiyəni sakitləşdirməyə çalışdı
20.07.2018, 10:25

ABŞ müdafiə naziri Türkiyəni sakitləşdirməyə çalışdı

“Şollerin arxivi” bədii filminə daha bir təqdimat keçirildi
20.07.2018, 10:16

“Şollerin arxivi” bədii filminə daha bir təqdimat keçirildi

Salyanda ağır qəza: 5 yaralı
20.07.2018, 10:00

Salyanda ağır qəza: 5 yaralı

I və IV qruplar üzrə test tapşırıqlarının izahı açıqlandı   
20.07.2018, 09:47

I və IV qruplar üzrə test tapşırıqlarının izahı açıqlandı  

Keçmiş prezidentin həbs müddəti 30 ilədək artırıla bilər   
20.07.2018, 09:43

Keçmiş prezidentin həbs müddəti 30 ilədək artırıla bilər  

Azərbaycanın İnterpol xətti ilə axtarışa verdiyi türkiyəli sahibkarlar...
20.07.2018, 09:36

Azərbaycanın İnterpol xətti ilə axtarışa verdiyi türkiyəli sahibkarlar...

Təhsil və Mədəniyyət nazirliklərində işləmək üçün elan edilən müsahibə başa çatdı
20.07.2018, 09:27

Təhsil və Mədəniyyət nazirliklərində işləmək üçün elan edilən müsahibə başa çatdı

Berlindən Buxarestə qədər azərbaycanlılar, yaxud diasporla bağlı nikbin gələcək
20.07.2018, 09:22

Berlindən Buxarestə qədər azərbaycanlılar, yaxud diasporla bağlı nikbin gələcək

Axtarışda olan daha 26 nəfər tutuldu
20.07.2018, 08:42

Axtarışda olan daha 26 nəfər tutuldu

AvroLiqada 43 klub II mərhələyə çıxdı - Bizimkilər biabır oldu - Bütün NƏTİCƏLƏR   
20.07.2018, 08:40

AvroLiqada 43 klub II mərhələyə çıxdı - Bizimkilər biabır oldu - Bütün NƏTİCƏLƏR  

Aldadılan sənətçilər - Könül, Məleykə, Aygün...   
20.07.2018, 08:31

Aldadılan sənətçilər - Könül, Məleykə, Aygün...  

Məşhur idmançını kimlər öldürüb?   
20.07.2018, 08:21

Məşhur idmançını kimlər öldürüb?  

ARXİV