Modern.az

Amerikalı senatorun Moskva SƏFƏRİ: “Putin diktatordur, Lavrov isə cığal adamdır”

Amerikalı senatorun Moskva SƏFƏRİ: “Putin diktatordur, Lavrov isə cığal adamdır”

Dünya

10 İyul 2018, 11:49

Rusiyaya səfər edən amerikalı respublikaçı senator Rusiya hakimiyyətini İtaliya mafiyasına bənzədib.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, senator Con Kennedi Putinə etibar etməməyi məsləhət görüb və xarici işlər naziri Sergey Lavrovu xuliqan adlandırıb.

 

O, Moskvadakı görüşlərin gərgin keçdiyini deyib.

İyunun 30-dan iyulun 4-nə qədər Rusiyada səfərdə olan senator qrupu iyulun 9-da səfərin yekunları barədə açıqlama verib.

 

“Rusiyada siyasi fəlsəfə yoxdur. Hakimyyətin fəlsəfəsi pul və gücdür. Bu, Putinin də fəlsəfəsidir. Ölkəni dəmir əllə idarə edir. O diktatordur”.

Kennedi Tramp-Putin görüşü zamanı ciddi irəliləyiş gözləmədiyini deyib, amma prezidentlərin danışıq aparmasında pis heç nəyin olmadığını da bildirib.

“Putinə etibar etmək olmaz. Bizim edə biləcəyimiz ən yaxşı iş, onu dayandırmaq olacaq”.

 Con Kennedi Rusiyanın hakim nümayəndələri ilə görüşləri emosional, Rusiya xarici işlər naziri Sergey Lavoru isə “çığal” insan adlandırıb. O, rusiyalı nazirlə danışıqları həyatının ən çətin sınağı sayıb.

 

Senator Rusiyada müstəqil mətbuatın olmamasına diqqət çəkib və varlılarla kasıblar arasında ciddi fərqlərə görə böyük çətinliklərin olduğunu etiraf edib.

 

Con Kennedi deyib ki, Rusiyaya ABŞ-dakı seçkilərə müdaxilə etməmək barədə xəbərdarlıq ünvanlayıblar. Və deyiblər ki, əgər noybarda Konqresə keçiriləcək seçkilərlə bağlı yenə hazırki siyasətlərini sürdürəcəklərsə, ABŞ indiki sanksiyalardan daha güclüsünə əl atacaq. O, Rusiyanın bu ittihamlara cavabının yalnız “inkar, inkar və inkar” olduğunu deyib.

 

“Rusiya Putinin istədiyini arzulayır. Putinin arzuladığı isə statusdur. Bu həqiqətən mafiya ilə əlaqə qurmaq kimi bir şeydir”.

 

Amerikalı senatorlar qrupu 2016-cı ildən bəri ilk dəfə Rusiyaya səfərə edib. Səfər zamanı onlar Rusiya xarici işlər naziri, Duma sədri, ictimai fəallar və siyasətçilərlə danışıqlar aparıblar.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı