Modern.az

Paşinyanın oğlu Qarabağın harasında yerləşdi?

Paşinyanın oğlu Qarabağın harasında yerləşdi?

10 İyul 2018, 12:29

Dünən Ermənistan KİV-i işğalçı ölkənin baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanın hərbi xidmətə yola düşməsi barədə məlumat tirajladı.

 

Modern.az saytı xəbər verir ki, düşmən mətbuatı Aşot Paşinyanın işğal altındakı Dağlıq Qarabağ torpaqlarında könüllü xidmətə yollanmasını şişirdilmiş və daxili auditoriyaya hesablanmış emosional rənglərlə çatdırdı. Emosional effekti gücləndirmək üçün isə baş nazirin oğlunun təmas xəttinin ən çətin mövqelərindən birində xidmətə yollandığı bəyan edildi.

 

Maraqlıdır ki, həmin hərbi hissənin yerləşdiyi dəqiq, yaxud təxmini yer açıqlanmasa da, Ermənistan mətbuatı o ərazinin çətinlik dərəcəsinə görə ən ağır mövqe adlandırıb. Aydin məsələdir ki, baş nazirin oğlu hərbi hissədə xüsusi qonaq olacaq və onun Azərbaycan ordusu ilə üzbəüz mövqedə dayanması, yaxud xidmət zamanı fiziki işlərə cəlb olunması real görünmür.

 

Bu fonda iyulun 7-də Ermənistan Daxili Qoşunlarının bir qrup hərbi qulluqçusunun xidmət üçün Dağlıq Qarabağa göndərilməsi təsadüf sayıla bilməz. Bu addımla ola bilsin ki, Paşinyan oğlunun Qarabağda təhlükəsiz və komfortlu şəraitdə xidmət keçməsinə çalışıb.

 

İstənilən halda, Aşot Paşinyanın Dağlıq Qarabağda hərbi xidmətə yollanması Ermənistandakı yeni hakimiyyətin populizm xatirinə atdığı addımdır və seçkilərə qədər daxili auditoriyada korrupsiya qalmaqalları ilə sarsılan orduya cəmiyyətin hörmətini qaytarmağa yönəlib.

Ötən əsrin 80-ci illərinin sonlarında başlayan müharibə nəticəsində Azərbaycan Dağlıq Qarabağ və ətraf rayonlara nəzarəti itirib. Hazırda erməni silahlı qüvvələrinin işğalı altında olan ərazilərə Ermənistan nəzarət edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi