Modern.az

Azərbaycanlı və misirli tələbələr arasında DAVA: Yaralananlar var

Azərbaycanlı və misirli tələbələr arasında DAVA: Yaralananlar var

10 İyul 2018, 16:12

Ukraynanın Kirovoqrad vilayətində azərbaycanlı və misirli tələbələr arasında dava olub.

 

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, Kropivnitski şəhərində baş verən dava zamanı 2 nəfər yaralanıb.

“Azərbaycanlı tələbələr bizi döyməyə başladı. Heç nədən oldu. Dostumla Misirdən gəlmişik. Biz onlarla yay akademiyasında oxuduğumuz üçün tanışıq”-deyə davada iştirak edən Məhmməd adlı misirli tələbə açıqlama verib.

 

Kirovoqrad vilayətinin patrul polisinin mətbuat xidmətinin rəhbəri Yanina Lıkova xəsarət alanlardan birinin azərbaycanlı olduğunu deyib və faktla bağlı araşdırmalara başladıqlarını deyib.

 

 

  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı