14 noyabr 2018, Çərşənbə axşamı
Ana Səhifə - PARLAMENT - “Bu hadisə ölkə başçısının iqtisadi siyasətinə xəyanət idi” - Deputat günahkarlara cəza İSTƏYİR  
“Bu hadisə ölkə başçısının iqtisadi siyasətinə xəyanət idi” - Deputat günahkarlara cəza İSTƏYİR  
10.07.2018, 16:50

“Prezident İlham Əliyev iyulun 8-də Nazirlər Kabinetinin iclasında  geniş xarakterli və ölkənin iqtisad-sosial sahələrinin bütün tərəflərini özündə etiva edən fikirlər səsləndirib. Bu fikirlərdə əvvəlki inkişafın məntiqinə uyğun olaraq son 6 ayda da Azərbaycanın inkişafında əldə edilən uğurlar üzərində konkret rəqəmlərlə ətraflı dayandı və inkişafın ayrı-ayrı tərəflərini diqqətə çatdırdı.  Ölkə başçısının aparmış olduğu uğurlu islahatlar nəticəsində Azərbaycan dünya miqyasında inkişaf baxımından diqqəti cəlb edən ölkələrdən birinə çevrilib.  İki faktı demək kifayətdir : Azərbaycan inkişaf edən ölkələr arasında inklüziv inkişaf indeksinə görə 3-cü yerdədir. Eyni zamanda ölkəmiz ayrı-ayrı sahələrdə Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə, əhəmiyyətli yerlərdən birini tutur. Bu artıq inkişafımızın səviyyəsini ortaya qoyan konkret amillərdir”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı Prezident İlham Əliyev iyulun 8-də Nazirlər Kabinetinin iclasındakı yekun çıxışı zamanı qeyd etdiyi məsələlərə münasibət bildirərkən deyib.

Deputat bildirib ki, Prezidentin çıxışında diqqəti cəlb edən digər məqamlardan biri məmur məsuliyyətinin artması və bu məsuliyyətin onun fəaliyyətində yer tutmasının önəmi ilə bağlı oldu.

“Bir neçə gün bundan öncə “Azərenerji”nin  günahı ucbatından ölkənin qaranlığa qərq olunması ilə bağlı Prezidentin keçirmiş olduğu müşavirədə dediyi sərt  fikirlər bir daha təkrarlandı. Deyilən fikirlərdən çıxarılan nəticə belə bir fikir deməyə əsas verir ki, ölkə prezidenti bu cür nöqsanlara, məsuliyyətsizliyə, cinayətə güzəşt etməyəcək. Əlbəttə, nöqsan varsa aradan qalxmalıdır. Ancaq cinayət varsa, mütləq cəza olmalıdır. Və “Azərenerji”nin günahı ucbatından baş vermiş hadisə ölkə başçısının uzun illərdən bəri həyata keçirdiyi iqtisadi siyasətə tamamilə ziddir. Hətta mən deyərdim ki, bu xəttə xəyanətdən başqa bir şey deyil. Ona görə bu məsələnin önə çəkilməsi əlbəttə təsadüfi deyil. Hər kəs nəticə çıxarmalıdır. Məmur məsuliyyətli, peşəkar olmalıdır. Kim bu məsuliyyətdən, peşəkarlıqdan uzaqdırsa, ölkə prezidentinin söylədiyi kimi, o, heç bir zaman komandada yer almayacaq. Mən istisna etmirəm ki, onlar haqqında da cinayət işi  açılacaq”.

 
F.Ağamalı deyib ki, 2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkilərindən sonra Azərbaycan yeni bir mərhələyə qədəm qoyub. 

 

“Bu, ölkə prezidentinin islahatları daha da dərinləşdirmək  və bütün sahələrdə şəffaflığı təmin etmək, korrupsiyaya qarşı kəskin mübarizə aparmaq, vətəndaşlara qarşı diqqət və qayğını yüksəltmək, Azərbaycanı tezliklə dünyanın inkişaf etməkdə deyil, inkişaf etmiş ölkələi sırasına çıxarmaqdır. Ona görə də məmurlar onlara verilmiş olan səlahiyyətlərdən sui-istifadə etməli deyillər. Xalqa xidmət etməkdən şərəfli heç nə ola bilməz. Bu şərəf hər kəsə qismət olmur. Ona görə də yüksək səviyyəli məmurlar, Azərbaycan xalqı ilə işləyən məmurlar bu şərəfin məsuliyyətini hər zaman dərk etməlidir.  Bunu unutmaq olmaz. Unudanlar ölkə başçısının sərt iradəsi və Azərbaycan qanunlarının bütün şərtlərilə cəzalandırılacaqlar”.   


Deputat qeyd edib ki, müvafiq qurumlar ölkə başçısının qanunsuz tikililərlə bağlı səsləndirdiyi fikirlərindən nəticə çıxarmalıdır.

“Tamah ucbatından Bakı və digər böyük şəhərlərdə insanların dincəldiyi, uşaqların oyun yerlərinin tikinti meydançalarına çevrilməsi yolverilməzdir.  Görünür ki, ölkə başçısı qanunsuz tikililərlə bağlı gizli məlumatlara malikdir. Xalqın istirahəti, narahatlığının pozulması üzərində biznes qurulmalı deyil.  Ev tikmək lazımdır.  Buna ehtiyac da var. Amma qanuni surətdə. Bir də ev tikən zaman Bakının mərkəzində ev tikmək lazım deyil. Bakının kənarında ev tikmək lazımdır. Hesab edirəm ki, ölkə başçısı çox haqlı olaraq qanunsuz tikililərin üzərində dayandı”.

 

F.Ağamalı deyib ki, bütün sahələrdə özünü göstərən nöqsanlar, səhvlər, məsuliyyətsizlik və cinayətlər Nazirlər Kabinetinin 6 aylıq hesabatı zamanı ölkə başçısının dilindən səsləndirildi:

“Xəbərdarlıqlar edilib. Mən əminəm ki, bu xəbərdarlıqdan hər kəs özü üçün nəticə çıxaracaq. Səlahiyyətli orqanlar nöqsanların aradan qaldırılması istiqamətində öz addımlarını atacaq. Yəqin ki, biz ölkə başçısının bu çağırışlarının qısa zaman kəsiyində konkret nəıticələrini görəcəyik”.


Mirmahmud KAZIMOĞLU
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
OPEC prezidenti neftin qiymətinin kəskin şəkildə aşağı düşməsindən danışdı
14.11.2018, 19:01

OPEC prezidenti neftin qiymətinin kəskin şəkildə aşağı düşməsindən danışdı

İlham Əliyev Mahmud Abbası təbrik edib
14.11.2018, 18:52

İlham Əliyev Mahmud Abbası təbrik edib

PSJ Çempionlar Liqasından kənarlaşdırıla bilər
14.11.2018, 18:47

PSJ Çempionlar Liqasından kənarlaşdırıla bilər

Mətbuat Şurası Mərkəzi Elmi Kitabxana ilə memorandum imzaladı
14.11.2018, 18:36

Mətbuat Şurası Mərkəzi Elmi Kitabxana ilə memorandum imzaladı

Ümumdünya Diabet Gününə həsr olunmuş tədbir  keçirilib
14.11.2018, 18:31

Ümumdünya Diabet Gününə həsr olunmuş tədbir  keçirilib

“Həmas” Libermanın istefası haqda
14.11.2018, 18:24

“Həmas” Libermanın istefası haqda

Azərbaycanla Çili arasında memorandum təsdiqlənib
14.11.2018, 18:17

Azərbaycanla Çili arasında memorandum təsdiqlənib

“Bakcell”in baş direktoru rəqəmsal transformasiya haqqında  danışıb
14.11.2018, 18:10

“Bakcell”in baş direktoru rəqəmsal transformasiya haqqında  danışıb

Prezident Xələf Xələfova yeni vəzifə tapşırdı
14.11.2018, 18:04

Prezident Xələf Xələfova yeni vəzifə tapşırdı

Bakı məktəblərində şəffaflığı necə artırmalı...
14.11.2018, 17:54

Bakı məktəblərində şəffaflığı necə artırmalı...

Səhiyyə Nazirliyi şəkərli xəstələrə görə hökümətə müraciət etdi
14.11.2018, 17:35

Səhiyyə Nazirliyi şəkərli xəstələrə görə hökümətə müraciət etdi

Yaşayış minimumu və ehtiyac meyarı ilə bağlı layihələr I oxunuşda qəbul edildi
14.11.2018, 17:27

Yaşayış minimumu və ehtiyac meyarı ilə bağlı layihələr I oxunuşda qəbul edildi

Dövlət Sosial Müdafiə Fondunun büdcə layihəsi I oxunuşdan keçdi
14.11.2018, 17:21

Dövlət Sosial Müdafiə Fondunun büdcə layihəsi I oxunuşdan keçdi

UNEC-də elmi konfrans keçirilib - FOTO 
14.11.2018, 17:18

UNEC-də elmi konfrans keçirilib - FOTO 

Ermənistanda nazir istefa verdi
14.11.2018, 17:17

Ermənistanda nazir istefa verdi

Manat sabah hansı məzənnədə olacaq?
14.11.2018, 17:12

Manat sabah hansı məzənnədə olacaq?

Spiker deputata hirsləndi: “Eşitməyi bacarın”
14.11.2018, 17:08

Spiker deputata hirsləndi: “Eşitməyi bacarın”

Bako Saakyan ianə toplamaq üçün Parisə getdi
14.11.2018, 17:04

Bako Saakyan ianə toplamaq üçün Parisə getdi

Xanım deputat şəhid ailələri ilə bağlı hökumətə təklif verdi
14.11.2018, 17:02

Xanım deputat şəhid ailələri ilə bağlı hökumətə təklif verdi

“Azərbaycanın Belarusdan hərbi texnika alması Ermənistanda psixoz tutmalara səbəb olur”
14.11.2018, 17:00

Azərbaycanın Belarusdan hərbi texnika alması Ermənistanda psixoz tutmalara səbəb olur

Sosial şəbəkələrdə qrup yaradan 15 avtoxuliqan saxlanıldı - FOTO
14.11.2018, 16:58

Sosial şəbəkələrdə qrup yaradan 15 avtoxuliqan saxlanıldı - FOTO

“Biz özümüz üçün danışırıq?” - Elman Məmmədov nazirlərin gedişinə hirsləndi
14.11.2018, 16:52

“Biz özümüz üçün danışırıq?” - Elman Məmmədov nazirlərin gedişinə hirsləndi

“Gənclər uşaq dünyaya gətirmək istəmirlər”
14.11.2018, 16:49

“Gənclər uşaq dünyaya gətirmək istəmirlər”

“Keçmiş nazirlərin mülkləri satılsın, pulları şəhid ailələrinə verilsin”
14.11.2018, 16:39

“Keçmiş nazirlərin mülkləri satılsın, pulları şəhid ailələrinə verilsin”

Pensiya yaşına yenidən baxılsın! - Milli Məclisdə hökumətə MÜRACİƏT EDİLDİ
14.11.2018, 16:27

Pensiya yaşına yenidən baxılsın! - Milli Məclisdə hökumətə MÜRACİƏT EDİLDİ

İnam Kərimov görüş vaxtını dəyişdi 
14.11.2018, 16:27

İnam Kərimov görüş vaxtını dəyişdi 

“Azay Quliyevin qaldırdığı məsələ çox aktualdır” - QHT sədrləri də DANIŞDILAR
14.11.2018, 16:25

“Azay Quliyevin qaldırdığı məsələ çox aktualdır” - QHT sədrləri də DANIŞDILAR

Nazirlik “quş qripi” ilə bağlı monitorinqlərə start verdi
14.11.2018, 16:18

Nazirlik “quş qripi” ilə bağlı monitorinqlərə start verdi

Elmira Axundova nazirlik işçilərinin maaşını artırmağı təklif etdi
14.11.2018, 16:15

Elmira Axundova nazirlik işçilərinin maaşını artırmağı təklif etdi

“Azərsu” sərgidə xüsusi pavilyonla təmsil olunur - FOTO
14.11.2018, 16:08

“Azərsu” sərgidə xüsusi pavilyonla təmsil olunur - FOTO

Deputat nazirlərdən xahiş etdi: “Kömək göstərin”
14.11.2018, 16:01

Deputat nazirlərdən xahiş etdi: “Kömək göstərin”

Abituriyentləri ən çox narahat edən suallara CAVABLAR
14.11.2018, 15:55

Abituriyentləri ən çox narahat edən suallara CAVABLAR

Səfər Mehdiyev Gömrük Akademiyasının 3 xanım məzununa iş verdi
14.11.2018, 15:48

Səfər Mehdiyev Gömrük Akademiyasının 3 xanım məzununa iş verdi

Deputat şəhid ailələrinin salındığı biabırçı vəziyyətə ETİRAZ ETDİ: “Bu yaxşı hal deyil!”
14.11.2018, 15:46

Deputat şəhid ailələrinin salındığı biabırçı vəziyyətə ETİRAZ ETDİ: “Bu yaxşı hal deyil!”

Azay Quliyev Kiyevdəki beynəlxalq konfransda çıxış edəcək   
14.11.2018, 15:37

Azay Quliyev Kiyevdəki beynəlxalq konfransda çıxış edəcək  

Aliment öhdəliyi olan valideynin iş yeri yoxdursa... - Ailə PROBLEMİ   
14.11.2018, 15:19

Aliment öhdəliyi olan valideynin iş yeri yoxdursa... - Ailə PROBLEMİ  

Müdafiə naziri istefa verdi
14.11.2018, 15:16

Müdafiə naziri istefa verdi

BMT Təhlükəsizlik Şurası təcili toplandı
14.11.2018, 15:10

BMT Təhlükəsizlik Şurası təcili toplandı

Ayxan Abbasov “Sumqayıt”ın baş məşqçisi təyin olunub
14.11.2018, 14:55

Ayxan Abbasov “Sumqayıt”ın baş məşqçisi təyin olunub

Ermənistan ordusunun polkovnikinə qarşı sui-qəsd olub
14.11.2018, 14:47

Ermənistan ordusunun polkovnikinə qarşı sui-qəsd olub

Qarabağda şəhid olan Ahıska türklərinin SİYAHISI   
14.11.2018, 14:46

Qarabağda şəhid olan Ahıska türklərinin SİYAHISI  

Ağalar Vəliyev: “Vergi islahatları özəl sektorda maliyyə intizamını möhkəmləndirəcək”
14.11.2018, 14:43

Ağalar Vəliyev: “Vergi islahatları özəl sektorda maliyyə intizamını möhkəmləndirəcək”

Novruz Məmmədov slovakiyalı həmkarı ilə nahar etdi - FOTO
14.11.2018, 14:40

Novruz Məmmədov slovakiyalı həmkarı ilə nahar etdi - FOTO

Obama 60 milyon dollar qonorar alacaq
14.11.2018, 14:38

Obama 60 milyon dollar qonorar alacaq

Daşkəsəndəki dəhşətli yanğında ölən uşaqlar... - FOTOLAR
14.11.2018, 14:27

Daşkəsəndəki dəhşətli yanğında ölən uşaqlar... - FOTOLAR

Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə görüşlər keçirib - FOTO
14.11.2018, 14:20

Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə görüşlər keçirib - FOTO

Hadi Rəcəbli doğumun azalmasından NARAHATDIR
14.11.2018, 14:19

Hadi Rəcəbli doğumun azalmasından NARAHATDIR

Komitə sədri veteranların müdafiəsinə qalxdı
14.11.2018, 14:16

Komitə sədri veteranların müdafiəsinə qalxdı

Rektor Perunun Azərbaycandakı səfiri ilə görüşüb - FOTO
14.11.2018, 14:14

Rektor Perunun Azərbaycandakı səfiri ilə görüşüb - FOTO

Vətəndaşların “kupça” almasına MTK-lar mane olur
14.11.2018, 14:09

Vətəndaşların “kupça” almasına MTK-lar mane olur

ARXİV