Modern.az

Adnan Oktar və tərəfdarları saxlanıldı - FOTO  

Adnan Oktar və tərəfdarları saxlanıldı - FOTO   

Dünya

11 İyul 2018, 09:10

Türkiyədə Harun Yahya adı ilə tanınan və özünü ilahiyyatçı adlandıran Adnan Oktar saxlanılıb. Modern.az saytı "Sabah" qəzetinə istinadən xəbər verir ki, A.Oktarla yanaşı, onun 235 tərəfdarının da saxlanıldığı bildirilir

Məlumata əsasən, A.Oktar kiçik qız uşaqlarına təcavüz və mütəşəkkil cinayətlər, çirkli pulların yuyulması və casusluqda ittiham olunur.

İttihamlar arasında böhtan, təhdid və şantaj, dinin inancın sui-istifadəsilə dələduzluq, korrupsiya və qanunsuz silah saxlama da yer alır. 


Adnan Oktarın saxlanılması üçün keçirilən əməliyyatda çox sayda silah, zirehli jilet və zirehli maşın müsadirə olunub.

Məlumata görə, saxlanılarkən Adnan Oktar və tərəfdarları polisə müqavimət göstəriblər.

Digər xəbər görə, Adnan Oktarın nəzarətində olan A9 TV kanalında da əməliyyat keçirilib.
 
Adnan Oktar və tərəfdarları haqqında polisə çoxsaylı şikayət edildiyi öyrənilib. Şikayət edənlərin arasında kiçik yaşda qız uşaqlarının ailələri, aldadılanlar, onun təşkilatından ayrıldığı üçün böhtan və şantaja məruz qalanlar yer alır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır