20 fevral 2019, Çərşənbə
Ana Səhifə - CƏMİYYƏT - Siyasi partiyalar Gəncə hadisələrinə hansı mövqedən yanaşır...  
Siyasi partiyalar Gəncə hadisələrinə hansı mövqedən yanaşır...  
11.07.2018, 13:12

Ötən gün bir qrup adam Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq, asayişi pozmağa cəhd göstərib. Qanunsuz aksiyanın qarşısı alınarkən, xidməti vəzifələrini yerinə yetirən 2 polis polkovniki həlak olub. Modern.az saytı Gəncədəki iğtişaşlarla bağlı siyasi partiyaların mövqeyini öyrənməyə çalışıb.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa:


“Allah Gəncədə xaricdəki mərkəzlər tərəfindən idarə olunan xurafatçı şəbəkə tərəfindən şəhid edilən polislərimizə rəhmət etsin. Aylardır söylədiklətimiz, gözlədiklərimiz, hayqırdıqlarımız baş verdi. Şəxsimizi söydülər, təhqir etdilər, şəkillərimizi zibil qabına yapışdırdılar. Dəstək vermələri bir yana dursun, bir dövlət qurumundan maraqlanmadılar ki, niyə məsələnin ciddiliyi barədə gündəm yaradırsan?
Hamının başı pul qazanmağa qarışanda dövlətin taleyinə biganəlik də adi hal almağa başlayır. Millətlər var ki, nəsihətlə pisliklərdən uzaqlaşır. Millətlər var ki, nəsihəti sevməzlər, gözlərlər ki, bir müsibət baş versin, sonra nəticə çıxarsınlar. Bizsə nə nəsihətdən, nə də müsibətdən nəticə çıxarana bənzəmirik. Anadolu türklərimizin deyimi var, pərşəmbənin gəlişi çərşənbədən bəllidir. İndi heç olmazsa ölkənin sağduyulu insanlarını, siyasi partiyaları, QHT-ləri, media quruluşlarını səfərbər edərək ölkəmiz üçün düşünülən bu ssenarini pozmağa çalışmalıyıq. Bu, yalnız polisin, əsgərin, təhlükəsizlik qurumlarının işi olmamalıdır, bütün ictimai resursları, maarifçilik vasitələrini hərəkətə gətirməliyik”.

 

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev:

“Azərbaycanın ikinci şəhərində ikinci dəfə belə bir hadisənin baş verməsi bizi çox narahat edir. İnsanların bu dərəcədə aqresivləşməsi, müəyyən vəzifəli şəxlərə qarşı intiqam almaq hissi çox güclənib və durum bizi narahat edir. Belə vəziyyətdə hökumət üzvləri xalqla təmasa keçməli idi.
Biz partiya olaraq bu hadisəni pisləyirik. Belə bir hadisəyə heç bir zaman xoşməramlı don geyindirmək olmaz. Gəncədə baş verən hadisələrin başqa tərəfdən idarə olunması məndə şübhə doğurur və bu barədə bir müddət öncə mətbuata açıqlama vermişdim. Demişdim ki, Azərbaycanda vəziyyəti qarışdırmaq istəyirlər. Baş verənləri məmur səhlənkarlığı ilə də əlaqələndirmək olar. Məmurlar insaların içinə çıxmırlar, nədən qorxurlar, niyə qorxurlar?

Gəncədə xalqla görüşmək lazımdır, xalqın istəyini, arzusunu öyrənmək lazımdır. Çox təəssüf ki, mənə verilən məlumata görə, bir məmur da olsun Gəncə camaatının qarşısına çıxmayıb. Ötən gün Gəncədə iki polis əməkdaşının həlak olması çox təəssüfləndirici haldır. Allah onlara rəhmət eləsin.

Mənim fikrimcə,  hakimiyyətin içində olan bəzi qüvvələr də ustalıqla işləyir. Bu məsələ olmaya da bilərdi, sakit şəkildə millətin içinə gəlib Gəncə camaatı ilə görüşüb məsələləri birgə müzakirə etmək olardı. Gəncədə yaxın müddət ərzində iki hadisə baş verir, amma hakimiyyət daxilində arxayınçılıq var və bu məqamı da gözləyən qüvvələr hərəkətə keçib. Kimlərsə istəyir ki, ölkədə qarışıqlıq yaransın.
Məncə bütün bu məsələlər bir mənbədən idarə olunur. Bu hadisələrin ortaya çıxmasında, Azərbaycana qarşı çıxan mühacirlərin maliyyələşməsində ölkə daxilindəki keçmiş və hazırda çalışan məmurların əlləri var. Bu çox ciddi məsələdir və araşdırılmalıdır.
Biz partiya olaraq dövlətçiliyimizə qarşı çıxanların hər zaman qarşısında olacağıq”.

 

Ümid Paritasının sədri İqbal Ağazadə:

“Hələ Elmar Vəliyevə qarşı sui-qəsd olanda bu olayı qətiyyətlə pisləyərək bildirmişdim ki, hətta ən qəddar və vicdansız məmurla belə kimsə qanundan kənar davranmamalı, terror, silahlı saldırı ilə münasibət aydınlaşdırmağa çalışmamalıdır. Bu gün Gəncədə baş verən hadisələri qətiyyətlə pisləyir, bu aksiyanı provokasiya hesab edirəm. İki polisin öldürülməsi isə kimlərinsə ölkəni xaosa sürükləmək cəhdindən başqa bir şey deyil. Bu demokratikləşmə uğrunda mübarizəyə ən böyük zərbə və xəyanətdir. Allah polislərimizə rəhmət etsin.

Ölkə vətəndaşlarımıza çağırış edərək bir daha bildirirəm:

Bizim demokratiya uğrundakı savaşımızda qan, qisas, qarşıdurma, xaos yoxdur, olmayacaq. Biz onsuz da bu ölkəni demokratikləşdirib hər kəsin haqqını verəcəyik. Bu cür hərəkətlər mübarizəmizin mahiyyətini dəyişdirir, ölkəmizin insanları, onların mübarizəsi haqqında yanlış fikir formalaşdırır.
Vəzifəsini icra etməyən bir şəhər rəhbərliyinin ailəsinin Gəncədən çıxarılması adı ilə mitinq keçirmək və onu dəstəkləmək görəsən kimlərə və niyə lazım idi? Siz vəzifəsini yerinə yetirməyən məmuramı müxalifətsiniz, yoxsa onun ailəsinə? Bu mübarizə və dəyər deyil. Bu dəyərsizlik və ölkəyə, dövlətə düşmən olmaqdır...”.


Azərbaycan Demokrat Partiyasnın sədri Sərdar Cəlaloğlu:

 

“Məmur - vətəndaş münasibətlərində hər hansı bir zorakılığın edilməsi qətiyyətlə pislənməlidir. Bu, həm dövlətimiz, həm cəmiyyətimiz üçün, həm də bu prosesdə iştirak edən insanlar üçün çox ağır nəticələrə gətirib çıxara bilər. Amma bu gün bizi daha bir məsələ maraqlandırılmalıdır, nəyə görə Gəncədə bu hadisələr baş verdi və nə üçün Elmar Vəliyevin həyatına sui-qəsd olunandan sonra bu hadisələr gücləndi? Birinci növbədə yerlərdə məmurların vətəndaşlara qarşı tam özbaşına rəftar eləməsi hadisəni bu səviyyəyə çatdırdı. Elmar Vəliyevin hadisəsinə hakimiyyət düzgün qiymət vermədi. Bu günə qədər dəfələrlə belə hadisə olub.  Qubada, Mingəçevirdə, İsmayıllıda və başqa yerlərdə olan hadilərin hamısında gühan vətəndaşların üzərinə atıldı. Bir dəfə də olsun hökumət hər hansı bir məmurun fəaliyyətinə düzgün huquqi qiymət vermədi, işdən azad edilmədi.
Baxmayaraq ki, Elmar Vəliyevə qəsd edən adam haqqında hər hansı bir məhkəmə qərarı yox idi, məmurlar tələsik çıxıb bu hadisəni terror adlandırdılar. Ola bilsin sabah məhkəmə müəyyən edəcək ki, Yunis Səfərov hadisəni törədəndə anlaqsız vəziyyətdə olub və yaxud da qəsdən adam öldürməyə cəhd edib. Vaxtilə Şəmkirin icra başçının oğlunu öldürmüşdülər, başqasının namusuna sataşmasına görə. Cinayəti törədənin ailəsinə divan tutdular. Amma faktiki olaraq heç bir şəxs bu hadisənin səbəbilə maraqlanmadı ki, nəyə görə bu vətəndaş belə addım atıb.
Mən Elmar Vəliyevə qarşı qəsdi qətiyyətlə pisləsəm də, dövlətçilik tələb edir ki, bu hadisənin yaranmasının səbəbləri araşdırılsın. Nə üçün vətəndaşlar məmurlara qarşı bu cür zorakılıq addımları atırlar?
Hökumət elə bir siyasət aparır ki, sanki müxalifətlə xalqın arasında keçilməz divar var. Divarın bir tərəfində narazı kütlə, digər tərədfində isə onu təşkil edən, nizamlı siyasi mübarizəyə aparan heç kim yoxdu. Ona görə də bu cür radikal hadisələr baş verir. Hər halda hakimiyyət bundan ciddi nəticələr çıxarmalıdır”.

Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli:


“Yerdəki bəzi məmurlar bir çox hallarda xalqın sosial, iqtisadi və siyasi  hüquqlarını kobud şəkildə pozurlar. Onlar prezident tərəfindən qarşılarına qoyulan vəzifələri yerinə yetirmirlər. Bu da regionlarda çox ciddi problemlərin yaranmasına səbəb olur.
Gəncədəki hadisələrin səbəblərini dərindən araşdırmaq lazımdır. Əgər bir yerdə etiraz varsa, onun səbəbləri öyrlənilməli və səbəblərə uyğun olaraq  onun aradan qaldırılması təmin olunmaldır. Biz əgər indidən hər hansı bir etiraz dalğasını çox ciddi ittihamlar yapışdırıb onu məhv ediriksə, bu o demək deyil ki, problemi həll etmişik. Məsələni bir yerdə qapadırıqsa, digər yerdə üzə çıxa bilər, bu Azərbaycan dövlətçiliyinin əleyhinə yönələ bilər. Məsələni soyuq başla təhlil edib və uyğun bir qərar vermək lazımdır. Son dövrlər gördük ki, bəzi hökumət dairələri, hətta Gəncənin icra başçısı Elmar Vəliyevə olan sui-qəsd hadisəsi ilə bağlı da üst-üstə düşməyən versiyalar ortaya qoydular. Yunis Səfərovun Rusiya vətəndaşı olduğunu, İranın Qum şəhərində təhsil aldığını, sonradan sələfi olduğunu, Rusiya agenti olduğunu, yəni bir-birinə zidd olan müxtəlif fikirlər səsləndirildi. Bu fikirləri dövlət məmurları səsləndirdi. Bu isə o deməkdir ki, biz həmin adı çəkilən ölkələrlə qarşıdurma vəziyyətinə gəlib çıxırıq. Hər hansı bir narazılıq varsa, bu o demək deyil ki, bütövlükdə hakimiyyət təzyiq altındadır və hakimiyyət artıq yıxılır. Biz hakimiyyət nümayəndələrindən bu reaksiyanı gördük, o cür reaksiya vermək lazım deyil. Problem varsa, onun həllinə çalışmaq tələb olunur”.

Klassik Azərbaycan Xalq Partiyasının sədri Mirmahmud Mirəlioğlu:

“Bizim təkliflərə hökumət heç bir əhəmiyyət vermir. Heyif ölənlərə. Biz bəyanat veririk qulaq asmırlar, amma yenə də bəyanatımızı verəcəyik”.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı:

“Ana Vətən Partiyası 2018-ci il iyulun 10-da Gəncə şəhərində baş verən iğtişaşı  bir qrup radikal qüvvənin Azərbaycanda sabitliyi pozmaq və vətəndaş qarşıdurmasını yaratmaq, dövlətçiliyimizə zərbə vurmaq cəhdi kimi qiymətləndirir.

Ən müxtəlif küt, kəsici və deşici alətlərlə silahlanan radikal qüvvələrin məkrli niyyəti dövlətçiliyimizə qarşı düşünülmüş qəsddir. İğtişaşların qarşısını almağa çalışan və öz vəzifə borclarını yerinə yetirən iki polis zabitinin vəhşicəsinə qətlə yetirilməsi həm də dövlətçiliyimizə qarşı mənfur niyyətləri bütün çılpaqlığı ilə ortaya qoydu.

Hadisələrin gedişi göstərdi ki, bütövlükdə Gəncə əhalisi hər zaman olduğu kimi, yenə də Azərbaycan dövlətçiliyinin, ölkəmizdə ictimai-siyasi sabitliyin qorunub saxlanılmasının yanındadır və baş verən qanlı olay bir daha sübut etdi ki, Azərbaycan polisi dövlətçiliyimizə, müqəddəs dəyələrimizə, müstəqilliyimizə sadiqdir. Allah onlara rəhmət eləsin, ruhları şad olsun.

Ana Vətən Partiyası ölkəmizin gücünü, qüdrətini, beynəlxalq nüfuzunu həzm edə bilməyən Antiazərbaycan qüvvələrinin məkrli məqsədlərini qətiyyətlə pisləyir və əmin olduğunu bəyan edir ki, güclü dövlətimiz, möhtərəm cənab prezidentimizlə xalqımızın sarsılmaz birliyi və təhlükəsizliyimizin, ölkəmizdə sabitliyin qorunub saxlanılmasında müstəsna xidmətləri olan hüquq mühafizə orqanlarının peşəkarlığı və dövlətçiliyimizə sədaqəti bu və buna bənzər təxribatların, iğtişaşlara cəhdlərin qarşısını alacaq, dövlətçiliyimizi, cəmiyyətmizdə sabitliyi qoruyub saxlayacaq və heç bir qüvvə Azərbaycanımızı tutuduğu müstəqillik və inkişaf yolundan, xalqımızı vətəndaş həmrəyliyindən döndərə bilməyəcək".


Qafar Ağayev
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
İran Avrasiya İttifaqına qoşulur - SƏBƏB, YENİLƏNİB
20.02.2019, 01:05

İran Avrasiya İttifaqına qoşulur - SƏBƏB, YENİLƏNİB

Rusiyadan  ABŞ-a ittiham
20.02.2019, 00:52

Rusiyadan  ABŞ-a ittiham

Prezidentin qardaşı hakim qarşısına çıxarıldı
20.02.2019, 00:33

Prezidentin qardaşı hakim qarşısına çıxarıldı

“Səbail” klubu 2400 manat cərimələndi
20.02.2019, 00:13

“Səbail” klubu 2400 manat cərimələndi

42 il ölmüş kimi qeydiyyatda olan qadın danışdı - VİDEO
19.02.2019, 23:59

42 il ölmüş kimi qeydiyyatda olan qadın danışdı - VİDEO

Bu ölkədə 16 terrorçu zərərsizləşdirildi
19.02.2019, 23:41

Bu ölkədə 16 terrorçu zərərsizləşdirildi

Yanğında 7 uşaq öldü
19.02.2019, 23:28

Yanğında 7 uşaq öldü

Astaradakı “Yanar bulaq” palçıq püskürdü - VİDEO
19.02.2019, 23:14

Astaradakı “Yanar bulaq” palçıq püskürdü - VİDEO

Terror təşkilatının lideri Türkiyədə komaya düşdü
19.02.2019, 22:59

Terror təşkilatının lideri Türkiyədə komaya düşdü

Azərbaycanda münaqişəli ailələrin sayı artır
19.02.2019, 22:41

Azərbaycanda münaqişəli ailələrin sayı artır

Cavanşir Feyziyev: “Kimliyindən asılı olmayaraq hər kəs qanun qarşısında cavabdehdir”
19.02.2019, 22:31

Cavanşir Feyziyev: “Kimliyindən asılı olmayaraq hər kəs qanun qarşısında cavabdehdir”

Türkiyə hərbçiləri S-400 təlimlərinə başlayıb
19.02.2019, 21:56

Türkiyə hərbçiləri S-400 təlimlərinə başlayıb

12 nəfər qar uçqunu altında qalıb
19.02.2019, 21:38

12 nəfər qar uçqunu altında qalıb

Qubada “Prado” aşdı: 2 nəfər kömək gözləyir
19.02.2019, 21:24

Qubada “Prado” aşdı: 2 nəfər kömək gözləyir

“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT PA-da fikirlər səsləndiriləcək” - Bahar Muradova
19.02.2019, 21:10

“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT PA-da fikirlər səsləndiriləcək” - Bahar Muradova

Musa Urudun ingilis dilində şeirlər kitabı çap edildi
19.02.2019, 20:57

Musa Urudun ingilis dilində şeirlər kitabı çap edildi

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunda müzakirə
19.02.2019, 20:49

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunda müzakirə

Pakistan Hindistanı dialoqa çağırır
19.02.2019, 20:38

Pakistan Hindistanı dialoqa çağırır

Poçt bağlamalarına 30 faiz vergi qoyuldu
19.02.2019, 20:28

Poçt bağlamalarına 30 faiz vergi qoyuldu

“Avropa İttifaqı Azərbaycanla nəqliyyat sahəsində əməkdaşlıqda maraqlıdır” - Henrik Hololey 
19.02.2019, 20:16

“Avropa İttifaqı Azərbaycanla nəqliyyat sahəsində əməkdaşlıqda maraqlıdır” - Henrik Hololey 

Avstriya ilə iqtisadi əlaqələr müzakirə edildi
19.02.2019, 20:01

Avstriya ilə iqtisadi əlaqələr müzakirə edildi

Ağstafada 2 saylı məktəbdə ana dili günü qeyd olunub
19.02.2019, 19:26

Ağstafada 2 saylı məktəbdə ana dili günü qeyd olunub

Bakıda bu yollarda tıxac var - Rəsmi XƏBƏRDARLIQ
19.02.2019, 19:14

Bakıda bu yollarda tıxac var - Rəsmi XƏBƏRDARLIQ

“O, ölkədən qaçmaq niyyətindədir”- ADU-dan Kamal Abdulla ilə bağlı ittihamlara CAVAB
19.02.2019, 19:02

“O, ölkədən qaçmaq niyyətindədir- ADU-dan Kamal Abdulla ilə bağlı ittihamlara CAVAB

TAP layihəsi 85 faizdən çox icra olunub
19.02.2019, 18:25

TAP layihəsi 85 faizdən çox icra olunub

Netanyahu Putinlə görüşəcək
19.02.2019, 18:09

Netanyahu Putinlə görüşəcək

Muzey ziyarətləri üçün onlayn bilet almaq mümkün olacaq
19.02.2019, 18:01

Muzey ziyarətləri üçün onlayn bilet almaq mümkün olacaq

200 köçkün ailəsinə yeni mənzillər verildi - FOTOLAR
19.02.2019, 17:58

200 köçkün ailəsinə yeni mənzillər verildi - FOTOLAR

Ötən ildən axtarışda olan şəxs saxlanıldı
19.02.2019, 17:54

Ötən ildən axtarışda olan şəxs saxlanıldı

Məmmədyarov Avropa Komissiyasının rəsmisi ilə müzakirə apardı
19.02.2019, 17:38

Məmmədyarov Avropa Komissiyasının rəsmisi ilə müzakirə apardı

Rövşən Rzayev köçkünlərin problemlərini dinlədi
19.02.2019, 17:34

Rövşən Rzayev köçkünlərin problemlərini dinlədi

“Balkanlardakı türklər türkcənin varlığını qoruyur” - MÜSAHİBƏ   
19.02.2019, 17:27

“Balkanlardakı türklər türkcənin varlığını qoruyur” - MÜSAHİBƏ  

Azercell IV Buktreyler Festivalının əsas tərəfdaşıdır
19.02.2019, 17:26

Azercell IV Buktreyler Festivalının əsas tərəfdaşıdır

Koçaryanın oğlu ifadə verməkdən imtina etdi
19.02.2019, 17:22

Koçaryanın oğlu ifadə verməkdən imtina etdi

Manatın sabahkı məzənnəsi dəyişir?
19.02.2019, 17:14

Manatın sabahkı məzənnəsi dəyişir?

Baş redaktor Britaniyanın Bakıdakı səfirliyinə getdi  
19.02.2019, 17:11

Baş redaktor Britaniyanın Bakıdakı səfirliyinə getdi  

İran Avrasiya İttifaqına qoşulacaq
19.02.2019, 17:08

İran Avrasiya İttifaqına qoşulacaq

“Bu tullantılarla dənizlər, göllər, meşələr, çaylar çirklənir”
19.02.2019, 17:05

“Bu tullantılarla dənizlər, göllər, meşələr, çaylar çirklənir”

Azərbaycanla sərhəddə kamikadze öldürüldü
19.02.2019, 16:59

Azərbaycanla sərhəddə kamikadze öldürüldü

Zabit Səmədov: “Çeçen və azərbaycanlılar arasındakı bugünkü görüş dövlət başçılarının təşəbbüsü idi”   
19.02.2019, 16:58

Zabit Səmədov: “Çeçen və azərbaycanlılar arasındakı bugünkü görüş dövlət başçılarının təşəbbüsü idi”  

Rumıniya Cənub Qaz Dəhlizinə qoşulur?
19.02.2019, 16:45

Rumıniya Cənub Qaz Dəhlizinə qoşulur?

Oqtay Şirəliyev ATU-nun yeni Tədris Mərkəzinə gəldi 
19.02.2019, 16:04

Oqtay Şirəliyev ATU-nun yeni Tədris Mərkəzinə gəldi 

Meksika rəsmisi Tərcümə Mərkəzində
19.02.2019, 16:04

Meksika rəsmisi Tərcümə Mərkəzində

“Nar” sosial şəbəkələrdən abunəçilərinə müştəri xidmətləri göstərir
19.02.2019, 16:00

“Nar” sosial şəbəkələrdən abunəçilərinə müştəri xidmətləri göstərir

İlham Əliyevin vəzifə verdiyi diplomat DANIŞDI: “Prezidentin Mərkəzlə bağlı bəzi tapşırıqları var”   
19.02.2019, 15:58

İlham Əliyevin vəzifə verdiyi diplomat DANIŞDI: “Prezidentin Mərkəzlə bağlı bəzi tapşırıqları var”  

ATƏT-in Baş katibi Bakıya gələcək
19.02.2019, 15:48

ATƏT-in Baş katibi Bakıya gələcək

Bakıda beynəlxalq forum işə başlayıb
19.02.2019, 15:47

Bakıda beynəlxalq forum işə başlayıb

UNEC-də “Akademik İngilis dili” kursları başlayacaq
19.02.2019, 15:28

UNEC-də “Akademik İngilis dili” kursları başlayacaq

Anar Kərimov nazir müavini oldu - TƏYİNAT
19.02.2019, 15:25

Anar Kərimov nazir müavini oldu - TƏYİNAT

Dövlət Agentliyi yollardakı son vəziyyəti açıqladı - SİYAHI   
19.02.2019, 15:09

Dövlət Agentliyi yollardakı son vəziyyəti açıqladı - SİYAHI  

ARXİV