Modern.az

Kərgədan ovu

Kərgədan ovu

Dünya

3 Dekabr 2009, 18:23

Dünyada kərgədan buynuzlarının qanunsuz ticarəti genişlənməkdədir. Bu, Asiya bazarlarında kərgədan buynuzlarına tələbatın artması ilə bağlıdır.

Xarici KİV-lər xəbər verirlər ki, bu xammala Çində daha çox maraq göstərirlər. Həmin ölkədə kərgədan buynuzlarından uzun ömürlülüyün eliksiri hazırlanır. Kərgədan ovu ilə bağlı bütün hadisələrin 95 faizi Zimbabvenin və CAR-ın payına düşür. Həmin ölkələrdə heyvanları baytarlıq preparatları ilə öldürürlər. Heyvanları qoruyan təşkilatlar Afrika ölkələrini təcili surətdə kərgədanların müdafiəsinə dair əlavə tədbirlər görməyə çağırırlar. Əks halda bu heyvanların sayı tükənə bilər. Ekoloqlar həm də Malayziya, İndoneziya və Vyetnamda Asiya kərgədanlarının sayının azalmasına görə narahatdırlar.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir