Modern.az

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü 4 saat sürüb - YENİLƏNİB

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü 4 saat sürüb - YENİLƏNİB

12 İyul 2018, 07:07

Brüsseldə Azərbaycan və Ermənistan xarici işlər nazirləri – Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında görüş keçirilib.

Bu barədə Modern.az-a  Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

 

Məlumata görə, görüş ATƏT-in Minsk Qrupunun həmsədrlərinin (İqor Popov-Rusiya Federasiyası, Stefan Viskonti-Fransa və Əndrü Sxofer-ABŞ) vasitəçiliyi ilə keçirilib. Görüşdə ATƏT-in Fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edib.

Görüş 4 saata yaxın müddət ərzində davam edib. Bundan əvvəl xarici işlər naziri Elmar Məmmədyarov ilə həmsədrlər arasında ayrıca görüş keçirilib. 

 
Görüş əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi ətraflı müzakirə olunub və mövcud danışıqlar formatının davam etdirilməsi qeyd olunub. Həmçinin, danışıqlar prosesinin irəli aparılması  üçün növbəti addımlara və həmsədrlərinin fəaliyyət planlarına dair fikir mübadiləsi aparılıb.
Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?