Modern.az

“Qarabağ” Çempionlar Liqasına qələbə ilə başladı - VİDEO

“Qarabağ” Çempionlar Liqasına qələbə ilə başladı - VİDEO

11 İyul 2018, 23:59

Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununa çıxan "Qarabağ" Sloveniyanın "Olimpiya" komandası ilə qarşılaşıb. Modern.az xəbər verir ki, oyunun ilk hissəsində qapılara qol vurulmayıb.

 

İkinci hissədə daha üstün "Qarabağ" 79-cu dəqiqədə istəyinə çatıb.  Donald Gerrye dəqiq zərbə ilə komandasını hesabda önə çıxarıb.

 

Bundan sonra oyunda gərginlik artıb və  rəqib komanda 85-ci dəqiqədə azlıqda qalıb. Belə ki, "Olimpiya"nın oyunçusu İssah Abass qırmızı vərəqə alıb.

90+1-ci dəqiqədə isə  Qara Qarayev qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

 

Buna baxmayaraq "Qarabağ" səfərdə "Olimpiya"nı 1:0 hesabı ilə məğlub edərək onun üçün vacib olan 3 xalı qazanıb.

 

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu iyulun 18-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. “Qarabağ” mərhələ adlayacağı təqdirdə ikinci seçmə mərhələsində “Kukesi” (Albaniya)-“Valetta” (Malta) cütünün qalibi ilə qarşılaşacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir