Modern.az

Bitkoin bir qədər də ucuzlaşdı

Bitkoin bir qədər də ucuzlaşdı

Dünya

12 İyul 2018, 00:54

Dünyada ən populyar kriptovalyuta olan bitkoin ucuzlaşmaqda davam edir. Modern.az xəbər verir ki, bitkoin 6,4 min dollaradək ucuzlaşıb. Bu, İsveçrənin "Bancor" kriptovalyuta platformasının haker hücumuna məruz qalması fonunda baş verib.

 

"CoinMarketCap" portalının məlumatına əsasən bitkoinin qiyməti son sutka ərzində 1,33% ucuzlaşaraq 6,48 min dollar təşkil edib.

 

Alternativ kriptovalyutalar da ucuzlaşıb. Belə ki, "Ethereum" 6,71% və ya 435,4 dollaradək ucuzlaşıb, "Ripple" 4,21% (0,447 dollara qədər), "Bitcoin Cash" 4,7% (693,94 dollaradək) ucuzlaşıb.

 

Kriptovalyuta bazarının kapitallaşması hazırda 250,66 milyard dollar təşkil edir və bunun 44 faizi bitkoinin payına düşür.

Twitter
Sizə yeni tvit var
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı