Modern.az

“Qalatasaray”ın keçmiş ulduzu həbs olunub

“Qalatasaray”ın keçmiş ulduzu həbs olunub

Dünya

12 İyul 2018, 00:31

Fildişili keçmiş futbolçu Emanuel Ebue həbs olunub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, onu 2015-də baş vermiş yanğın hadisələrində əli olduğu şübhəsi ilə həbs ediblər.

 

Məlumata görə, Ebuenin yanğını törədənlər ilə telefon görüşmə etdiyi məlum olub.

 

Qeyd edək ki, bundan öncə Ebue evsiz-eşiksiz qaldığına görə keçmiş klublarından kömək istəmişdi. Bir müddət sonra isə o, intihara cəhd etmişdi.

 

Xatırladaq ki, Ebue 2005-2011-ci illər arası “Asenal” klubunun şərəfini qorumuş, 2011-2016-cı illər arasında isə “Qalatasaray” da çıxış etmişdi.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır