Modern.az

Bakıdakı avtobus qəzasında 1 nəfər ölüb - Yaralı sayı 17-yə çatıb - YENİLƏNİB - FOTOLAR

Bakıdakı avtobus qəzasında 1 nəfər ölüb - Yaralı sayı 17-yə çatıb - YENİLƏNİB - FOTOLAR

12 İyul 2018, 10:46

Bu gün səhər saatlarında Qaradağ rayonu ərazisində baş verən ağır yol nəqliyyat hadisəsi zamanı xəsarət alanların sayı 17 -ə çatıb. Bu barədə Modern.az-a məlumat verən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyib ki, bəzi vətəndaşlar şəxsi avtomobilləri ilə xəstəxanaya müarciət edib:

“Onların arasında 2 uşaq da var. Uşaqlar kəllə-beyin travması alıb”.

Bu gün səhər saatlarında Bakı-Qazax avtomagistralının 21-ci kilometrliyində - Qaradağ rayonu ərazisində - “Isuzu” markalı 90-OJ-802 Dövlət Qeydiyyat Nişanı (DQN) yük maşını 149 nömrəli 10-TF-383 DQN sərnişin avtobusuna çırpılıb. Belə ki, yük maşını hərəkətdə olan avtobusa gəldiyi sürətlə çırpılıb, nəticədə, sərnişin avtobusu bir neçə dəfə aşıb.

***

Bu gün səhər saatlarında Qaradağ rayonu ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədoavanın Modern.az-a veriyi məlumata görə, xəsarət alanlardan 1 nəfər qadın xəstəxanaya çatdırılmadan hadisə yerində dünyasını dəyişib.

 

7 nəfər Kliniki Tibbi Mərkəzə, 1 nəfər Respublika Kliniki Xəstəxanasına, 2 nəfər Ələtdəki poliklinikada yardım alıb, xəsarətləri ağır olmayıb. 3 nəfərə hadisə yerində ilkin yardım göstərilib.

 

Bakı Nəqliyyat Agentliyi paytaxtda baş verən avtobus qəzası ilə rəsmi məlumat yayıb.

Məlumatda bildirilib ki, bu gün səhər saatlarında Bakı-Qazax avtomagistralının 21-ci kilometrliyində 90-OJ-802 DQN yük maşını 10-TF-383 DQN sərnişin avtobusuna çırpılıb. Hadisə zamanı ölən və yaralananlar var. Qəzanın yük maşınının sürücüsünün təqsiri üzündən baş verdiyi bildirilib.


***

Saat 09:28

 

Bakı Nəqliyyat agentliyindən (BNA) Modern.az-a verilən məlumata görə, yük maşını 149 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan avtobusa arxadan çırpılıb.

 

Nəticədə, avtobus aşıb. Xəsarət alanlar barədə bir qədər sonra məlumat veriləcək. Bakı Nəqliyyat Agentliyinin əməkdaşları hazırda hadisə yerindədir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub