19 iyul 2018, Cümə axşamı
Ana Səhifə - QARABAĞ - Könüllərin Milli Qəhrəmanı: RAQUF ORUCOVU sağlığında tanımadıq
Könüllərin Milli Qəhrəmanı: RAQUF ORUCOVU sağlığında tanımadıq
12.07.2018, 09:46

Mən onu sağlığında tanımadım!!!

Mən onu  sağlığında yazılarımın real qəhrəmanı, Vətənimin layiqli və ləyaqətli kişisi kimi təqdim edə bilmədim!!!

Ancaq hər zaman qəhrəman axtarışındaydım. Qəhrəmanımın arxasınca Çeçenistana Şamil Basayevin  evinə getdim. Onu Vətənimə təqdim etdim. Şamil Basayev məndən Qarabağı soruşdu, dedi  ki, o bizim Vətənimizin uğrunda da öz dəstəsi ilə vuruşub. Hakimiyyətdaxili çəkişmələr, onun dəstəsinin sona qədər vuruşmasına mane olub... Peşəmiz, şakərimiz belədir, vətəndaşlarımızın layiqli böyüməsi üçün qəhrmanları göstərməliyik ki, onlara oxşamağa çalışsınlar.


...Lakin mən nə o vaxt, nə də 2016-cı ilin aprelin 4- ü gecəsi saat 12-dən 1-ə işləmişə qədər bilmirdim ki, Azərbaycan Ordusunda 26 ildir xidmət edən,  polkovnik rütbəsinə qədər yüksələn, sonra hansısa çəkişmələrin və intriqantların qisasına görə rütbəsi polkovnik-leytenanta endirilən, bununla belə əsgərlərindən pul yığmayan, əsgərlərinin cibinə pul qoyan, balalarına çatacaq halal maaşı ilə  qulluq etdiyi hərbi  hissələrdə əsgərlərinə bulaq çəkdirən, təmzi su içirdən, onlar üçün şərait yaradan, erməninin içərisinə gedib, onun “razvod”unu çəkib, Ali Baş komandan Heydər Əliyevə çatdıran, gözünü belə qırpmadan ermənilərin içərisinə gedib düşmən generalının oğlunu əsir gətirən Raquf  Orucov adlı qəhrəman bir zabitimiz var. Boyu çox da uca olmayan, gözlərində gizli kədər, əsgərləri ilə danışanda, Vətəndən söz düşəndə bəbəklərində qığılcım, alov yanan bir igid qəhrəman var imiş... Mən onu tanımadım... Çünki o kəşfiyyatçı idi.


2016-cı il aprel ayının 4-dən 5-nə keçən gecə,  Sumqayıtın dəniz kənarından gələn səsə doğru getdim... Qaranlıq küçə və dalanlardan keçib, səs-küylü yerə çatdım. Təəccüb, təlatüm, heyrət var idi içimdə. 14 mərtəbəli bunanın həyətində iynə atsan yerə düşməzdi. Gənclərin əllərində Azərbaycan bayraqları, hamısı qışqırırdı: “Xoş gəlmisən, cənab komandir!!!”, “Şəhidlər ölməz, Vətən bölünməz!”.
Onu əsgərləri çiyinlərində 13-cü mərtəbəyə qaldırdılar. Dedilər ki, “cənab komandir Raquf Orucov hər zaman bizim əziyyətimizi çəkib, bir anlığa biz də onun əziyyətini çəkmək şərəfinə nail olaq!!!”.

Onun tabutunu  idmanda qəlbəbə qazanan qalibi başlarında gəzdirdikləri kimi, yerə qoymaq istəmirdilər. Elə bil ki, əllərindəki Qələbə kuboku idi!!! Raquf Orucov həqiqətən də Azərbaycanın Qarabağ müharibəsindəki Qələbə kuboku idi!!!


Mən Raquf Orucovu  gecədən sonra tanımağa başladım!!! Bu günə qədər də, hər gün yenidən tanıyıram, hər gün yenidən kəşf edirəm, hər gün yenidən vurulub, sevirəm ONU!!!


Bu gün Azərbaycan xalqının könlünün, Vətənimin qəhrəmanı Raquf Orucovun 46 yaşı tamam olur. Artıq 3-cü ildir ki, onun doğum gününü az qala ölkə səviyyəsində qeyd edir vətənsevənlərimiz, qələbə istəyənlərimiz!


Bir gün bundan əvvəl  komandirin əziz  və sevimli qardaşı Zabil Orucovla yenə  Aprel döyüşlərini və o döyüşün qəhrəmanlarını xatırladıq. İndi Zabilin həmin günlərdəki həyəcanlarını və ağrılarını dəyərli oxucularımla bölüşürəm:


“...Aprelin 3-ü komandir (onlar Raquf Orucovu ailədə də belə çağırırdılar) son dəfə həyat yoldaşı Sevinc xanıma zəng vurub söyləmişdi ki, “Aqşinə, Nihada de ki, dərslərindən yayınmasın, təhsilinə fikir versin. Uşaqlar təhsildən geri qalmasın”. (Sonradan biləcəkdik ki, heç vaxt telefonla danışanda uşaqların təhsilindən danışmayan komandir, sən demə ailəsinə son tapşırıqlarını verirmiş).
Sonra da deyib ki, “mənim daha telefonum tutmayacaq, narahat olmayın”.
Hamı kimi bizim ailə, qohumlar, dost-tanışlar Azərbaycan Ordusunun irəliləmə xəbərlərinə sevinir, tək-tək gələn şəhid xəbərlərinə isə acıyırdıq. Ancaq ürəyimizdə bir qürur, fəxarət var idi”.


Aprelin 4-dən etibarən isə erməni saytında  xüsusi təyinatlıların Ağdərə - Talış kəndi istiqamətində  həlak olmaları haqqında verdikləri xəbərləri eşidəndən sonra isə Zabil özünə yer tapa bilmir. Qadaşının telefonuna nə qədər zəng vursa da, telefon əhatə dairəsindən kənarda olur. Və polkovnik- leytenant Raquf Orucovla eyni xüsusi hərbi hissədə xidmət edən dostuna zəng vurub, xəbər öyrənmək istəyir. Dostu narahat halda bildirir ki, o özü xəstəxanada əməliyyatdan təzə çıxıb, bir başqa zabitin nömrəsini verir ki, həmin zabit komandirin yerini biləcək. Zabil ona verilən telefon nömrəsinə zəng vurur, zabit onun kim olduğunu soruşur. Zabil fikirləşir ki, indi durub bu zabitə desə ki, “Raqufun qardaşıyam”, yəqin ki, ona bir doğru-düzgün xəbər deməyəcək. Deyir ki, “ailənin yaxın adamıyam,  komandirdən bir xəbər deyin”. Telefon xəttinin o başındakı adam “Qardaş, biz komandiri itirdik...” deyir. Zabil heyrətlə “Necə?”- deyə soruşanda, həmin adam eyni sözü təkrar edir... Zabil özünə gələndə böyük qardaşları Amil və Kamili axtarır, onlara deyir ki, komandir  öz arzusuna çatıb, şəhid olub!!!


Yaxın qohumlar, qardaşlar günorta saat 13 radələrində Bakıdan Gəncəyə yola çıxırlar...  


O qardaşlar ki, Raqufu bəzən aylarla görmürdülər o qardaşlar ki, komandirlə fəxr  edir, onu ailədə özlərinin böyüyü sayırdılar. O dostlar, o əsgərlər ki, komandirdən hər zaman vəfa , etibar, mərdlik, səmimiyyət və qeyrət görmüşdülər, indi aldıqları qara xəbərin ardınca gedirdilər...  Gəncəyə gedən yol nə uzun imiş...

Yol boyu qoyulmuş postları keçib günorta saat 15:30 radələrində Gəncədəki 3 saylı xəstəxananın həyətinə gəlib çatanda,  gördükləri  qələbəlikdən təccüblənmədilər.  Raqufu tanıyan dostları, əsgərləri, Ağdamdan olan qohum-əqraba da burada idi.  Xəstəxananın həyətinə yığılan digər insanlar  döyüşdə həlak olan və ya yaralanan doğmalarını axtarırdılar. Zabil də hər kəsdən qabaqda gedirdi. Elə bilirdi ki,  komandiri ancaq o tapa bilər, o axtara bilər.  Xəstaxanada  dayanan bir polis işçisinə yaxınlaşıb, komandirin qardaşı olduğunu dedi. Xahiş etdi ki,  Raquf Orucovun nəşinin tapılmasında yardımçı olsun: “Biz komandirin arxasınca gəlmişik. Arxayın olun, qara –qışqırıq salan deyilik,  sakitcə götürüb aparacağıq”.


Həmin pols işçisi də ehtiramla, onun  içəri keçməsinə şərait yaratdı.  Zabil ona göstərilən otağa keçdi, amma komandiri tapmayanda sevindi. Ürəyində bir ümid yarandı. Fikirləşdi ki, bəlkə də qarmaqarışıqlıqdır, məlumat səhv olub, müharibədə o qədər belə hadisələr olur ki...  Otaqdan çıxdı, Raquf Orucovu orada tapmadığını deyəndə, digər bir polis zabiti, yüksək çinli zabitlərin meyitlərinin başqa otaqda olduğunu dedi. Zabili  həmin otağa apardılar. Və soruşdular ki, sən onu tanıya biləcəksənmi?


Zabil Orucov: “Bu sözü eşidəndə belim bir də sındı. Diz çöküb yerə oturdum. Özülüymdə fikirləşdim ki, biz elə 1992-ci ildən şəhid basıdırırıq da... nə qədər doğmalarımı, qohumlarımı bu torpağın uğrunda şəhid olub. Anam, dayım, qohumlarım... Öyrəncəliydik.  Onların tanınmaz meyitlərini də görmüşdük, başı-bədəni üstündə olmayanını da dəfn etmişdik. Öz-özümə fikirləşdim ki, əgər Raquf tanınmaz halda olsa, başı üstündə olmasa, mən onu ayaqlarından tanıyacam. Ayağının birində qəlpələr var idi. Dəfələrlə qardaşımın çəkmələrini şişmiş ayaqlarından çəkib çıxaranda, həmin qəlpələri əllərimlə oynadıb demişdim ki, “ay komandir, niyə bu qəlpələri ayağından çıxartdırmırsan  ki?!”. Raquf cavab vermişdi ki, “Zabil, mən o qəlpələri ancaq torpaqlarımız düşməndən təmizlənəndən sonra çıxaracağam. İndi çıxarsam, ağrılarım azalar, o ağrılar mənə rahat yatmağa imkan vermir, o ağrılar mənə deyir ki, Vətən torpaqları hələ dardadır”. 
Mən qardaşımın qollarındakı, əllərindəki, üzündəki bütün nişanələri gözüyumulu tanıyırdım. Gözübağlı da onun şəhid olmuş bədəninə əlimi vursaydım, tanıyardım. Bu fikirlərin içərisində məni Raqufun saxlandığı otağa saldılar. Gördüm ki, otağın yuxarısında uzandırıblar. Üzündə bir gülüş, təbəssüm var. Özümdən asılı olmayaraq dedim: - Bu gülür ki...


İçəridəki  hərbçilər və həkimlər tez məni dövrəyə aldılar,  otaqdan çıxarmaq istədilər. Elə bildilər ki, havalanmışam. Dedim ay qardaş,  mane olmayın, mən görürəm axı, qardaşım həqiqətən gülür... Özümə ata, arxa-kömək bildiyim, fəxr etdiyim qardaşımın cansız  uzandığı yerə yaxınlaşdım. Onu bağrıma basıb, alnından öpdüm. Xoşbəxt idim ki, döyüşdən qalib çıxan bir Azərbaycan zabitinin alnından öpürdüm.  Sonra digər qardaşlarımı da çağırdım. Üç qardaş birlikdə başımızın tacını, nəsıimizin sultanını, paşasını aparıb, məsciddə yuduq. Elə bil ki, yatmışdı. Söhbət elədik, dərdləşdik. Hallaşıb, görüşdük. Ancaq doymadıq.  Bizi həmin dəqiqələrdə  sınmağa qoymayan, ayaqda saxlayan qardaşımın üzündəki təbəssüm idi. Onu tabuta qoyanda elə bil ki, birdən ayıldım, ətrafdakılara dedim ki, “Komandiri bükməyə bayraq gətirin!”. O sevdiyi bayrağını son dəfə Talışda dalğalanan görmüşdü, o Talışda, Ağdərədə  İkinci Qarabağ döyüşünü başlamışdı. Və bu döyüşü Qələbə ilə bitirmişdi. Komandirin üzündəki təbəssümü, gülüşü Tanrı ona görə əbədi yadigar qoymuşdu ki, Qələbə qazanan, torpağı işğaldan azad edən şəhidin necə göründüyünü bizə göstərsin! Çünki 1992-ci ildən sonra biz qardaşımızı nə ailə içərisində, nə toyda-şənlikdə ürəkdən gülən görmədik”.



Raquf Orucov 1992-ci ildən sonra ürəkdən gülə bilmədi. Talış yüksəkliyində dalğalandırdıqları üçrəngli bayraqımız, qələbəmiz onun üzünü əbədiyyətə qədər  güldürmüşdü. O Tanrı dərgahına gülərüzlə gedirdi.


Gəncədən  qəhrəman Raquf Orucovun təxti- tacını aparan maşın karvanı yola düzəlmişdi. Gəncədən Yevlaxa qədər böyük bir avtomobil izdihamı var idi.  Avtomobil karvanı Yevlaxdan keçəndə, insanlar yola çıxıb, komandirlə vidalaşmaq istəyirlər. Ağdamdan olan həmyerliləri və ağsaqqallar təvəqqe edirlər ki, komandirin, “Murov qartalı”nın tabutunu Sumqayıta aparmasınlar. Onu Ağdamın Azərbaycan bayrağı dalğalanan hündürlüyündə dəfn etmək istəyirdilər.  Ağdamın Milli Qəhrəmanlarının əksəriyyətinin qəbri, işğal altında olduğundan, Raquf Orucov orada dəfn olunarsa, elə hesab edərlər ki, 1-ci Qarabağ savaşının qəhrəmanlarını ziyarət edirlər.


...Komandiri isə Sumqayıtda gözləyirdilər. Yol boyu həyat yoldaşı Sevinc xanım zəng vurub  Raqufu tapa bilmədiyindən nigaran olduğunu deyirmiş. Sonuncu dəfə zəng vuranda Zabil deyir ki, Raquf yaralıdır, onu Bakıya gətirirlər... Sevinc xanım nə illah edirsə ki barı telefonla danışıb səsini eşitsin, qaynı bəhanə edərək,   komandirin təcili yardım maşınında həkimlərin nəzarəti altında olduğunu deyir. Sevinc xanım, hətta hirslənib deyir ki, niyə onu vertolyotla deyil, maşınla gətirirlər, bir vertolyot tapılmadı, o boyda zabiti gətirməyə?.. Sonra  4 oğul atası Cahangir kişi zəng edir, digər oğlanlarına da deyir ki, “siz telefonu Raqufun qulağına qoyun, o məni hiss edəcək, səsimi eşidəcək və ağrıları kecəcək”... Qardaşlar məcbur olub telefonlarını söndürürlər.


Gecə saat 12-də Raquf Orucovu gətirən karvan Sumqayıt şəhərininın girəcəyinə çatanda, komandirin qardaşları gördükləri mənzərədən iftixar və qürur hissi keçirirlər.

Raquf Orucovun karvanı yol gələndə Sevinc xanım həyat yoldaşının yaralı olduğunu zənn edib, xəstəxanaya getmək üçün hazırlıqlara başlayır. Yataq otağındakı paltar dolabından ərinin paltarlarını götürür, mətbəxdə yemək hazırlayır, qab-qacaq, döşəküzü, balışüzü çıxarır  ki, xəstəxanada ərinin qulluğunda duracaq. Bir də baxır ki, qaynı arvadı ağlayır. Təəccüblə ondan niyə ağladığını soruşur. Qayınxatını deyir ki, Raqufun yaralanması ona da pis təsir edir. Sevinc xanım, əllərini yelləyib deyir: “Ehhhh, sən də qəribə adamsan e... Raqufa nə olacaq ki, o qədər elə yaralandığı olub ki, yenə sağalacaq, ağlama...”.


Qapının zəngi çalınanda, kiçik qaynı Zabili görən Sevinc xanım sevincək: “Ay Zabil, məni Bakıya hospitala sən aparacaqsan?” deyə, soruşur. Zabil içəri keçib, onun boynun qucaqlayıb deyir ki, “yox bacı, aparmıram, Raquf özü gəlib, daha sənin getməyinə ehtiyac yoxdur...”.

Bu zaman 13-cü mərtəbəyə çiyinlər üzərində qalxan Komandiri əsgərləri son dəfə 21 martda qapısını örtüb getdiyi mənzilinə gətirirlər...


...O tabutun arxasınca həmin qapıdan girənlərdən biri də mən idim...

Mən Raquf Orucovu tabutda tanıdım. Üçrəngli bayrağımıza bükülmüş tabutda...


Həmin otaqdakı doğmalar, qohumlar “Raquf... Raquf...” deyib sızıldayır, ah-nalə edirdilər. Yan otaqda bir kişi də səssizcə ağlayırdı. Bir qəhrəman oğulun atası. Bax, o gecə boynunu qucaqlayıb üzündən öpdüyüm o kişinin göz yaşları ürəyimə axmışdı. Bu gün də göynədir ürəyimi, o kişinin, Çahangir dayının göz yaşları. Həyətdən səslər gəlirdi: “Cənab komandir, biz sənin əmrinə hazırıq!!!”.

Artıq ayrılıq vaxtı idi. Raqufu əsgərləri uyuyan Şəhidlər Xiyabanındakı yeni mənzili gözləyirdi. Zabil hamını otaqdan çıxararaq tabutun üzünü açıb, Sevinc xanımı həyat yoldaşı, səngər yoldaşı ilə baş-başa qoydu. O görüşdən qulaqlarında bir səs qaldı: “Raquf, haqqını bizə halal et!”.


Hamı 5 aprel səhərini dirigözlü açdı. Hər zaman keşiyini çəkdiyi əsgərləri bu gecə onun keçiyini çəkdilər, yenə əmrinə müntəzir dayandılar!!! O gün Sumqayıt bütöv Azərbaycan idi. O gün Raquf Orucovun dəfni bütün türk dünyasında - qəhrəmana, əsil zabitə, Vətən oğluna sədaqətin və hörmətin necə olduğunun əyani göstəricisi idi. O gün aramızdan  əksəriyyətimizin tanımadığı, həmin günü kəşf etdiyi, sirləri həmin günü açılan bir qəhəmanı Vətən torpağına qovuşdurmaq üçün aparırdıq. O səslər, o titrəyişlər, o təlatümlər, əsl qəhrəmana olan məhəbbət və sevgi Azərbaycanın qəhrəmanlıq və Qalibiyyət tarixinə yazıldı.


Komandir Raquf Orucovla xatirələrini danışmaqla bitirməyən Zabil maraqlı bir hadisəni də xatırlayır:


“Sumqayıtda məskunlaşmışdıq. 9-cü sinifdə oxuyurdum. Qardaşım evə gəlmişdi. Payız günləri idi. Qardaşımla görüşüb, dərsə getməyə hazırlaşırdım, gedib çəkmələrimi geyinməzdən əvvəl ayaqlarıma sellafon torba keçirdim. Təəccüblə soruşdu ki, niyə elə edirsən... Dedim ki, çəkmələrim su buraxır. Mənə dedi ki, bu gün dərsə getmə. Dərsə getmədim. Məni “Sputnik” deyilən mərkəzdəki dükana apardı. Özüm həmin yeri demişdim. Orada sarı rəngli bir gözəl ayaqqabı görmüşdüm. Hərdən gedib oğrun-oğrun o ayaqqabıya baxıb, qayıdardım. Raquf o ayaqqabını aldı mənim üçün. Elə bilirdim ki, dünyanın xoşbəxtiyəm. Aradan illər keçdi. 2014-cü ilin avqust ayında qardaşımgilin yenə uğurlu əməliyyatları olmuşdu. Döyüş başa çatandan sonra, mən də getdim onun xidmət etdiyi hərbi hissəyə. Mənə dedi ki, “çəkmələrimin bağına 4 gündür ki, əlim dəymir, ayaqlarım şişib, gör onları dartıb ayağımdan çıxara bilərsən”. Çəkmələri çıxarmaq istədim, elə bil ki, çəkmələr ayaqlarına yapışmışdı. Dedim ki, “dartsam dərisi soyulacaq ayaqlarının”, dedi ki, “narahat olma, çək çıxart...”.
Sonra həmin, 1995-ci ildəki hadisəni xatırladı. Dedi ki, “sənin üçün o bahalı ayaqqabını alanda, cibimdə hərbi hissəyə qayıtmağa pulum qalmamışdı. Sən heç vaxt bilməyəcəksən ki, mən Ağdama necə qayıtmışdım”. Onda ona demişdim ki, “mən sənə bir ayaqqabı borcluyam...”. Mən qardaşıma o ayaqqabını qaytara bilmədim...

Bir dəfə də, təsadüfən bir qohumumuzun toyuna gəlmişdi. Toy mağarına girəndə baxdım ki, onun üst-başı, ayaqqabları toz-torpaq içərisindədir. Özlüyümdə elə utandım, elə sıxıldım ki... hamının komandir, qəhrəman kimi tanıdığı bir zabit, toya tozlu paltarla gəlmişdi. Yaxınlaşıb bu iradımı ona bildirəndə, gülə-gülə mənə dedi: “Sən məgər bilmirsən ki, mən kabinet komandiri deyiləm?! Səngər komandiriyəm! Mənim çəkməmin tozlu olub-olmaması önəmli deyil, önəmlisi  düşmənin 300 metirliyində keşik çəkən əsgərimin yanında olmaqdır, onların təhlükəsizliyidir...”.


... Azərbaycan xalqının könlünün Milli Qəhrəmanı, vətən qəhrəmanı polkovnik leytenant Raquf Orucov haqqında hələ çox yazacaqlar.  Ömür vəfa etsə, mən də bacardığım qədər yazacağam. Çünki mən hər zaman qəhrəmanları sevdim.  Vətəninin azadlığı üçün döyüşən Şeyx Şamili sevdim, Türk dünyasının təməl prinsiplərini daşlara yazan xaqan Kül Təgini, xaqan Bilgəni sevdim, Əmir Teymura aşiq oldum. Mən Qəhrəmanlar aşiqiyəm. Ona görə ki, Vətənimin adı tarixlərdə qəhrəmanlarla əbədiləşir, ona görə ki, Vətəni qəhrəman xaqanlar və döyüşçülər Vətən edirlər. Raquf Orucovu isə Vətənimin ikinci Qarabağ döyüşlərinin Qalibiyyətinin başlanğıcı kimi sevirəm! Onun qəhrəmanlıqla həlak olduğu Ağdərəyə, Talış yüksəkliyinə ziyarətə gedə bilməsəm də, özünün və döyüş yoldaşlarının qanı axan Talış yüksəkliyinin adı Lələtəpə ilə birlikdə çəkilməsə də, bilənlər bilir ki, Talış yüksəkliyində məhz onlar bayrağımızı dalğalandırdılar. Raquf Orucov Vətənimin Qəhrəmanlıq simvoludur. Mənim üçün indi bütün qəhrəmanlıq tənliklərinin həllinin bir cavabı var. O cavabı  hansı rəqəmə vurub, bölsəniz də, azaldıb çoxaltsanız da, son cavabı Raquf Orucovdur!!! Azərbaycan Ordusunun şərəfli və unudulmaz zabiti Raquf Orucov Qalibiyyətimizin riyazi qanunauyğunluğudur!!!

Qəhrəman komandir, Raquf Orucov!!! 46 yaşın qutlu olsun!!! Haqqını bizə halal etmə!!!

Aida Eyvazlı


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Meksikada 5,8 bal gücündə zəlzələ oldu
19.07.2018, 21:22

Meksikada 5,8 bal gücündə zəlzələ oldu

Kanadada fövqəladə vəziyyət rejimi tətbiq olundu
19.07.2018, 21:13

Kanadada fövqəladə vəziyyət rejimi tətbiq olundu

ABŞ-da silahlı insident
19.07.2018, 21:03

ABŞ-da silahlı insident

Azərbaycanın təklifləri qəbul edildi
19.07.2018, 20:51

Azərbaycanın təklifləri qəbul edildi

Müəllimliyə imtahan verən namizəd 59 bal topladı
19.07.2018, 20:29

Müəllimliyə imtahan verən namizəd 59 bal topladı

İlham Əliyev “Naval” qrupunun sədri ilə görüşdü
19.07.2018, 20:14

İlham Əliyev “Naval” qrupunun sədri ilə görüşdü

Gürcüstan prezidenti Putinə cavab verib
19.07.2018, 20:03

Gürcüstan prezidenti Putinə cavab verib

Zərərli iş şəraitində işləyənlərin sayı 41 faiz azalıb
19.07.2018, 20:00

Zərərli iş şəraitində işləyənlərin sayı 41 faiz azalıb

Nazpəridən ETİRAF: "Fəlsəfə doktoru deyiləm"
19.07.2018, 19:49

Nazpəridən ETİRAF: "Fəlsəfə doktoru deyiləm"

Sumqayıtda 25 yaşlı qız itkin düşüb
19.07.2018, 19:37

Sumqayıtda 25 yaşlı qız itkin düşüb

Dövlət Miqrasiya Xidməti hesabat verdi
19.07.2018, 19:30

Dövlət Miqrasiya Xidməti hesabat verdi

İlham Əliyev Parisdə Fransa Beynəlxalq Əlaqələr İnstitutunun icraçı sədri ilə görüşüb
19.07.2018, 19:15

İlham Əliyev Parisdə Fransa Beynəlxalq Əlaqələr İnstitutunun icraçı sədri ilə görüşüb

İlham Əliyev Fransaya getdi
19.07.2018, 19:06

İlham Əliyev Fransaya getdi

İmişlinin baş həkim işdən azad olunub
19.07.2018, 19:00

İmişlinin baş həkim işdən azad olunub

Mövlud Çavuşoğlu Azərbaycana gəlir
19.07.2018, 18:52

Mövlud Çavuşoğlu Azərbaycana gəlir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 1,3 milyon manat ayrılıb
19.07.2018, 18:34

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 1,3 milyon manat ayrılıb

Bakıda “Heydər Əliyev: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlər” mövzusunda konfrans keçirilib  
19.07.2018, 18:27

Bakıda “Heydər Əliyev: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlər” mövzusunda konfrans keçirilib  

Faciəvi şəkildə ölən 23 yaşlı oğlanın meyiti tapıldı
19.07.2018, 18:12

Faciəvi şəkildə ölən 23 yaşlı oğlanın meyiti tapıldı

Azərbaycanda 4 regional su-kanal idarəsi YARADILDI
19.07.2018, 18:07

Azərbaycanda 4 regional su-kanal idarəsi YARADILDI

YUĞ Dövlət Teatrının yeni direktoru kollektivə təqdim edilib
19.07.2018, 18:02

YUĞ Dövlət Teatrının yeni direktoru kollektivə təqdim edilib

Bakıda tanışını öldürən şəxsə 5 il cəza verildi
19.07.2018, 17:57

Bakıda tanışını öldürən şəxsə 5 il cəza verildi

Neftçalada 23 yaşlı oğlan kanalda batdı
19.07.2018, 17:51

Neftçalada 23 yaşlı oğlan kanalda batdı

“Nar” ucqar dağ kəndini mobil rabitə ilə təmin etdi
19.07.2018, 17:35

“Nar” ucqar dağ kəndini mobil rabitə ilə təmin etdi

Taxıl sahəsini qəsdən yandıran şəxs saxlanılıb
19.07.2018, 17:32

Taxıl sahəsini qəsdən yandıran şəxs saxlanılıb

AzEdu.az portalının yeni “Çat xidməti” açıldı - Təhsilə aid sual ver, cavab al
19.07.2018, 17:22

AzEdu.az portalının yeni “Çat xidməti” açıldı - Təhsilə aid sual ver, cavab al

Putindən açıq HƏDƏ: “Ukrayna və Gürcüstan NATO-ya qəbul olunarsa...”
19.07.2018, 17:18

Putindən açıq HƏDƏ: “Ukrayna və Gürcüstan NATO-ya qəbul olunarsa...”

Bakıda yeni açılan 2 marşrut bu tarixdən fəaliyyətə başlayacaq
19.07.2018, 17:16

Bakıda yeni açılan 2 marşrut bu tarixdən fəaliyyətə başlayacaq

Beynəlxalq yay məktəbinin iştirakçıları gənclər evi ilə tanış olublar
19.07.2018, 17:14

Beynəlxalq yay məktəbinin iştirakçıları gənclər evi ilə tanış olublar

Manat və dolların sabahkı MƏZƏNNƏSİ
19.07.2018, 17:10

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

Diaspor tarixində ilk - Ukraynadakı Azərbaycan təşkilatları bir araya gəldilər - FOTO    
19.07.2018, 17:04

Diaspor tarixində ilk - Ukraynadakı Azərbaycan təşkilatları bir araya gəldilər - FOTO  

Dövlət Komitəsi jurnalistləri Qobudakı köçkün şəhərciyinə apardı - FOTOLAR
19.07.2018, 16:50

Dövlət Komitəsi jurnalistləri Qobudakı köçkün şəhərciyinə apardı - FOTOLAR

Bakıda çökən yolla bağlı daha bir rəsmi AÇIQLAMA
19.07.2018, 16:40

Bakıda çökən yolla bağlı daha bir rəsmi AÇIQLAMA

Facebook-da Bahar Muradovaya qarşı TƏXRİBAT - VİDEO
19.07.2018, 16:05

Facebook-da Bahar Muradovaya qarşı TƏXRİBAT - VİDEO

“Azərbaycanda işsizlik 5 faiz səviyyəsindədir”
19.07.2018, 15:59

“Azərbaycanda işsizlik 5 faiz səviyyəsindədir”

Pirşağıda tullantı sutəmizləyici qurğunun tikitisi davam edir
19.07.2018, 15:56

Pirşağıda tullantı sutəmizləyici qurğunun tikitisi davam edir

ARXİV