Modern.az

Elmar Məmmədyarov Ermənistanın XİN rəhbəri ilə nə haqda danışdı? - DETALLAR

Elmar Məmmədyarov Ermənistanın XİN rəhbəri ilə nə haqda danışdı? - DETALLAR

12 İyul 2018, 11:20

Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyan iyulun 11-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla keçirdiyi görüşün detallarını bölüşüb.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, görüşün koqnitiv xarakter daşıdığını və bir-birinin mövqeyini öyrənmək üçün təşkil edildiyini deyib.

 

Mnatsakanyan sülh danışıqlarına alternativin olmadığını və atəşkəs rejiminin pozulmamasının çox önəmli şərt olduğunu dilə gətirib.

 

Görüşdə iştirak edən ATƏT-in Minsk Qrupunun həmsədrləri isə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə öz proqramlarını təqdim ediblər.  

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı