Modern.az

NATO-dan Gürcüstana “yaşıl işıq” – “Üzv olacaqsınız”

NATO-dan Gürcüstana “yaşıl işıq” – “Üzv olacaqsınız”

12 İyul 2018, 11:31

NATO-nun baş katibi Yens Stoltenberq Gürcüstanın NATO-ya üzv olacağını bildirib.

 

Modern.az “Ria Novosti”yə istinadən xəbər verir ki, Gürcüstanın NATO-ya qəbul olunması məsələsi iyulun 11-də artıq müzakirə olunub və bu sahədə işlər davam etdirilir.

 

“Biz Gürcüstanın Avro-Atlantik səylərini tamamilə dəstəkləyirik. Gürcüstan NATO-nun üzvü olacaq” – Stoltenberq bəyan edib.

 

Qeyd edək ki, Gürcüstan alyansa üzvlük üçün 10 ildən artıq bir müddətdir ki, mübarizə aparır. 2008-ci ildə bu ölkənin NATO-ya qəbulunun mümkünlüyü vurğulanıb. 2014-cü ildə keçirilən sammitdə isə Gürcüstanın alyansa qəbulu üçün bir sıra tədbirlər təsdiq edilib.

 

Əvəz ZEYNALOV

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir