Modern.az

Azərbaycanda II qrup əlillərə iş yerləri yaradılacaq  

Azərbaycanda II qrup əlillərə iş yerləri yaradılacaq  

12 İyul 2018, 12:22

“II qrup əmək qabiliyyətli əlilliyi olan şəxslərə ixtiaslaşmış iş yerləri yaradılacaq”.

Bu barədə  Modern.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib.


Komitə sədri bildirib ki, bununla bağlı xüsusi qanun layihəsi hazırlanır.

“Yeni qanun layihəsində elə məqamlar göstəriləcək ki, sahibkarlar həmin qrup insanlar üçün iş yerlərinin yaradılmasına maraqlı olsun.  Həmçinin qanun layihəsində  iş yerləri üçün müəyyən kvota məsələsi də əksini tapacaq”.

H.Rəcəbli bildirib ki, yeni qanun layihəsi Milli Məclisin payız sessiyasında müzakirəyə təqdim olunacaq.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı